Avanti çarlığı
Naviqasiyaya keç
Axtarışa keç
Avanti çarlığı (sanskr. अवन्ति) — Mərkəzi Hindistanda, Malva yaylasında qədim dövlət. Müasir Madhya-Pradeş ştatının ərazisində mövcud olmuşdur. Paytaxtı Udcayn şəhəri olmuşdur. Bəzi salnamələrdə Mahişmati şəhəri də Avantinin paytaxtı adlanır. Alimlərə görə, Udcayn və Mahişmati şəhərləri Avantinin müxtəlif hissələrinin paytaxtları olması ehtimalı da mövcuddur. Buddizm dövründə Avanti dinin yayılması üçün bir mərkəzə çevrilmişdir. Buddist salnamələrində Avanti 16 mühüm dövlət arasında qeyd olunur. Avanti bir sıra qonşu əraziləri ilhaq edərək dörd əsas Şimali Hindistan əyalətindən birinə çevrilmişdir.[1]
Avanti b.e. IV əsrdə Çandraqupta Maurya tərəfindən fəth edilmişdir.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]Əlavə ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Jain, Kailash Chand, Malwa Through the Ages (First), Motilal Banarsidass, 1972, ISBN 978-81-208-0805-8
- Raychaudhuri, Hemchandra. Political History of Ancient India: From the Accession of Parikshit to the Extinction of Gupta Dynasty. University of Calcutta. 1953.