Axarbaxar (dağ)
Axarbaxar | |
---|---|
Ümumi məlumatlar | |
Növü | Yatmış vulkan |
Vulkan forması | Stratovulkan |
Son püskürmə | b. e. ə 782-773 |
Mütləq hündürlüyü | 3047 m |
Yerləşməsi | |
40°01′ şm. e. 45°47′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Kəlbəcər rayonu |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Axarbaxar və ya Axar-Baxar — Azərbaycan Respublikasının qərbində, Kəlbəcər rayonunun qərb hissəsində, Qarabağ vulkanik yaylasında yerləşən yatmış vulkan. Vulkan dəniz səviyyəsindən 3047 metr yüksəklikdə yerləşir. Vulkan tipinə görə qarışıq vulkan və ya stratovulkanlara aiddir. Son püskürmənin e. ə. 782–773 illərdə baş verdiyi ehtimal edilir.
Etimologiyası
[redaktə | mənbəni redaktə et]Axarbaxar sözünün bir neçə mənası vardır. Sözün birinci mənası hər tərəfi açıq və xoş mənzərəli yer, göz işlədikcə görünən yer, mənzərə deməkdir. İkinci mənası isə suayrıcı, iki çay və ya su hövzəsini bölən xətt anlamına gəlir.[1][2] Bu da ounun yerləşdiyi ərazinin coğrafiyasına uyğun gəlir. Belə ki, onun yerləşdiyi coğrafi ərazi Kür və Araz çaylarının suayrıcısı olan Kiçik Qafqaz dağlarının Qarabağ vulkanik yaylası hissəsində yerləşir. Axarbaxar oroniminin digər mənası isə "axar" — su axarı, çay və "baxar" — dağın çayabaxar tərəfi sözlərinin birləşməsindən əmələ gəlib "çayətrafı, çayabaxar tərəf" mənasındadır. Azərbaycan dili və onun dialektlərində "axar-baxar" — "dağların döşü, mənzərəli yer" mənasını ifadə edir.[3]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Axar-Baxar sözünün mənası - azerdict.com". 2016-06-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-23.
- ↑ "Axar-Baxar sözünün mənası — obastan.com". 2015-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-23.
- ↑ Axarbaxar sözünün mənası — Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. Birinci cild. Şərq-Qərb. Bakı-2007. səh.34