Axel Springer SE
Axel Springer SE | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | nəşriyyat işi |
Məhsulu | jurnal |
Təsis tarixi | 1946[1] |
Baş qərargahın yeri | |
Struktur | |
İşçi sayı |
|
Tərəfdaşlar | Bild |
Rəhbərlik | |
Təsisçi | |
axelspringer.de axelspringer.com/en |
|
Vikianbarda əlaqəli mediafayllar |
Axel Springer-Verlag[3] — Almaniya, Fransa, İspaniya, Rusiya, İsveçrə, Macarıstan, Polşa, Çexiya və s. də daxil olmaqla 32-dən çox ölkədə 150-dən çox qəzet və jurnal nəşr edən Avropanın ən böyük nəşriyyat və media konsernilərindən biri. Şirkətdə işçilərin ümumi sayı 10,000 nəfərdən, illik gəliri isə 2 milyard avrodan çoxdur.
Almaniyada ən məşhur nəşrləri "Welt", "Bild, "Auto Bild", "Computer Bild", "Maxim", "YAM" və bir çox başqaları aiddir.
Tarix
[redaktə | mənbəni redaktə et]"Axel Springer-Verlag" 1946-cı ildə Almaniyanın Hamburq şəhərində naşir Henrix Şpringer və onun oğlu, jurnalist Aksel Şpringer tərəfindən təsis edilmişdir.
1960–1970-ci illərdə konsern bir çox solçu və tələbə qruplarının hədəfi idi. Xüsusilə yazıçı Reynhard Lettau onu Berlin Azad Universitetinə qarşı qızışdırıcı çıxışlarda ittiham etmişdir. 1968-ci ildə şirkətin Berlindəki baş ofisi konsernin müsadirə edilməsini tələb edən tələbələr tərəfindən mühasirəyə alınmışdı. 1972-ci ildə Qırmızı Ordu Fraksiyası Hamburq ofisinə yerləşdirilmiş altı bombaya görə məsuliyyəti öz üzərinə götürmüşdür. Bombalardan yalnız üçü partlasa da, 17 nəfər yaralanmışdır. Nəhayət, 1975-ci ildə konsernin Paris ofisində bomba partlayışı baş vermiş və bunun üçün məsuliyyəti 6 Mart Qrupu öz üzərinə götürmüşdür.
1970-ci ildə "Axel Springer-Verlag" səhmdar cəmiyyətinə çevrilmişdir. 1986-cı ildə nəşriyyatın nəzdində Jurnalistika Məktəbi yaradılmışdır. 10 aprel 1996-cı ildə Berlindəki Lindenştrasse ərazisinin bir hissəsi Aksel-Şhpringer-Ştrasse adlandırılmışdır.
Qrup indi həm solçular, həm də müsəlmanlar tərəfindən İsraili açıq şəkildə dəstəklədiyinə görə yenidən tənqid olunur. 2003-cü ildə "Axel Springer AG" adlandırılmışdır. Konsert Almaniya Sol Partiyasının 2005-ci il seçki kampaniyası materialını dərc etməkdən imtina edən yeganə nəşriyyat şirkəti idi.
İstinadlar
[redaktə | mənbəni redaktə et]Əlavə ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- «Аксель Шпрингер-Ферлаг» / Г. Ф. Вороненкова // А — Анкетирование. — М. : Большая российская энциклопедия, 2005. — С. 354. — (Большая российская энциклопедия : [в 35 т.] / гл. ред. Ю. С. Осипов ; 2004—2017, т. 1). — ISBN 5-85270-329-X.
- Орехова О. Е. Печатные СМИ Германии в условиях социально расколотого общества. — М.: МГИМО-Университет, 2008. — 158 с. — ISBN 978-5-9228-0421-9
- Стржижовский Л. Ф. Стреляет пресса Шпрингера. — М.: Политиздат, 1978. — 80 с. — (Владыки капиталистического мира).