Ayətullah
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Məqalələr seriyasından |
Ayətullah (ərəb. آية الله; fars. آيتالله — Āyatollāh), Şiəlikdə xüsusilə Cəfərilikdə istifadə edilən bir dərəcədir.
İranda dini bir dərəcə olaraq da tanınır. Ayətullah dərəcəsində olanların fətva vermək səlahiyyəti var. Tarixdə ilk dəfə müctəhid Əllamə Hilli ayətullah dərəcəsi almışdır.[1]
Ayətullah Allahın ayəsi (dəlili) deməkdir.
Ayətullah dərəcəsi olanların Quran, Sünnə, İcma və Ağıl əsas olmaqla Əsli dəlillərdən istifadə edərək ictihad etmə hüquqları var. Öz sahəsində elmi hövzədə müəllimlik edə bilər və istiftaatlar üçün fətva verə bilər. Hazırda İranda 1.000-dən çox ayətullah var.
Ən böyük ayətullahlar fiqhi məsələlərin toplusu olan “Risalə” (رسالة توضيح المسائل) yazmaqla Ayətullahül üzma (ərəb. آية الله العظمی Ayatollah al-Uzma) başqa sözlə Mərceyi təqlid (مرجع تقليد / Marja Dini مرجع ديني Marja Taqlid) seçilə bilərlər.
Böyük ayətullah
[redaktə | mənbəni redaktə et]Böyük ayətullah (ərəb. آية الله العظمى, fars. آیتالله العظمی ) — şiəlikdə dini titul. Bu ad islam hüququnda (fiqh) və metodologiyada (üsul ül-fiqh) yüksək zirvələrə çatmış və fətva vermək hüququna malik olan şiə üləmalarına verilir. Böyük ayətullah "mərcə ət-təqlid" titulu daşıyır.[2][3]
"Böyük ayətullah" titulu Əli Xamenei, Sadiq Şirazi, Məkarim Şirazi, Əli Sistani və bir sıra digər din xadimlərinə məxsusdur. Böyük ayətullahın mütləq ictihad etmək hüququ var. Başqa sözlə desək, o, dini normaları subyektiv dərk etməsinə əsaslanaraq, ictimai münasibətlərin bütün sahələrində yeni davranış qaydaları formalaşdıra bilir.[2][3]
İstinadlar
[redaktə | mənbəni redaktə et] İslam haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |