40°25′10″ şm. e. 49°50′08″ ş. u.HGYO

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası
AƏSMA
Xəritə
40°25′10″ şm. e. 49°50′08″ ş. u.HGYO
Əvvəlki adları Moskva Əmək və Sosial Münasibətlər Akademiyasının Bakı filialı
Əsası qoyulub 1999
Rektor Hüseyn Qaraşov
Şəhər Bakı Bakı
Ölkə
Ünvan Azadlıq prospekti 181
Sayt aesma.edu.az

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası — Azərbaycanda özəl ali təhsil müəssisəsi.

Kadr hazırlığı həmişə Azərbaycan həmkarlar ittifaqlarının diqqət mərkəzində olmuşdur. Kadr və fəalların ixtisasının artırılması və yenidən hazırlanması vəzifəsini 1952-ci ildən müxtəlif adlarla fəaliyyət göstərmiş həmkarlar ittifaqlarının tədris mərkəzi yerinə yetirmişdir. Eyni zamanda, ali təhsilli kadrlar hazırlamaq üçün 1962-ci ildə keçmiş SSRİ-nin Həmkarlar İttifaqları Hərəkatı Ali məktəbinin Bakı Tədris-Məsləhət Məntəqəsi yaradılmışdır. Həmin məntəqə 1998-ci ildə Rusiya Federasiyası Əmək və Sosial Münasibətlər Akademiyasının Bakı filialına çevrildi. 2006-cı ildə isə Filialın bazasında müstəqil ali təhsil müəssisəsi — Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası yaradıldı. Akademiyaya ümumi rəhbərliyi mövcud qaydada təşkil olunmuş və rektorun başçılıq etdiyi Elmi Şura həyata keçirir. Elmi Şura fəaliyyətini Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Ali təhsil müəssisəsinin Elmi Şurası haqqında əsasnamə"sinə uyğun həyata keçirir. Elmi Şuranın səlahiyyət müddəti 3 (üç) ildir. Elmi Şuranın üzvləri 17 nəfərdən ibarətdir.

Təsisçisi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, BHİK-in və Pan Avropa Regional Şurasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyevdir.

"Əmək və Sosial Münasibətlər" Jurnalı

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının əsas mətbu orqanı "Əmək və sosial münasibətlər" elmi-praktiki jurnalıdır. Jurnal ildə iki dəfə 8–10 çap vərəqi həcmində, 300 tirajla çap olunur. Bu gün, elmi jurnalların çoxluq təşkil etdiyi bir zamanda, "Əmək və sosial münasibətlər" elmi-praktiki jurnalının qarşısında təqdim edilən məqalələrdə elmi səviyyənin yüksək olması, intellektual potensialın yetişdirilməsi və möhkəmləndirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, sosialəmək münasibətləri problemlərinin öyrənilməsinə töhfə vermək, informasiya texnologiyaları sahəsində son illərdə əldə olunmuş uğurları beynəlxalq elmi əməkdaşlıqda tətbiq etmək və s. bu kimi mühüm vəzifələr durur."Əmək və sosial münasibətlər" elmi-praktiki jurnalı intellektual diskussiyalar və elmi məsələlər ətrafında fikir mübadiləsi aparmaq üçün həmişə açıqdır. Jurnal həmkarlar ittifaqı hərəkatı, sosial problemlər və müasir elmin iqtisadiyyat, sosiologiya, hüquq və s. inkişafı ilə bağlı olan aktual məsələlərin əsl müzakirə meydanıdır.

Gender Araşdırmaları Mərkəzi

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında "Gender Araşdırmaları Mərkəzi" (GAM) fəaliyyət göstərir. Mərkəzin yaradılmasında məqsəd Azərbaycanda gender sahəsində olan problemləri araşdırmaq, ölkədə müvafiq sahədə aparılan tədbir və islahatları təhlil etmək, yeni fikir və ideyalarla çıxış etmək, fərqli təklifləri aidiyyəti orqanlara çatdırmaq, cəmiyyətdəki cinslərarası zorakılıq hallarının aradan qaldırılması yollarını aramaq, tələbələr arasında gender mədəniyyətinin formalaşmasında maarifləndirici işlər aparmaqdan ibarətdir. Bunun üçün Mərkəzə bu sahədə təcrübəsi olan mütəxəssislər, qabaqcıl tələbələr cəlb olunub. Mərkəzin xətti ilə Akademiyada artıq üç dəfə "Azərbaycanda gender problemləri: mövcud vəziyyət və əsas istiqamətlərdə inkişaf" mövzusunda respublika konfransı keçirilib. Akademiyanın müəllimləri tərəfindən "Qadın: ailədə, cəmiyyətdə, təhsildə, dində, ədəbiyyatda" və "Gender asimmetriyası" adlı əsərlər yazılmışdır.

İqtisadi Araşdırmalar Mərkəzi

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında "İqtisadi Araşdırmalar Mərkəzi" (İAM) fəaliyyət göstərir. Mərkəzin yaradılmasında məqsəd ölkədə iqtisadi sahədə aparılan islahatları təhlil etmək, yeni fikir və ideyalarla çıxış etmək, fərqli təklifləri aidiyyəti orqanlara çatdırmaqdan ibarətdir. İqtisadi mövzularda dəyirmi masalar keçirmək, debatlar təşkil etmək, layihələr tərtib etmək bu yolda atılan addımlardandır. 2014-cü ildə Mərkəzin xətti ilə Akademiyada "Vergi yükünün iqtisadi artıma təsirinin müəyyənləşdirilməsi: I və II tip Laffer nöqtələrinin tapılması" mövzusunda dəyirmi masa, "Dövlət büdcəsinin gəlirlərinin formalaşmasında neft sektorunun rolu" və "Cəmiyyətin sosial-iqtisadi inkişafına kreditlərin təsiri" mövzularında debatlar keçirilmişdir. Sevindirici haldır ki, Mərkəzin gənc üzvlərinin hazırladığı iqtisadi layihə Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən bəyənilmiş və həyata keçirilməsi üçün maliyyələşdirilməsinə qərar verilmişdir.