Azərbaycan miniatürləri (film, 1971)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Azərbaycan miniatürləri
Janr sənədli
qısametrajlı
Rejissor Musa Bağırov
Ssenari müəllifi Oqtay Orucov
Operator N. Setxanyan
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 1971
Filmin növü qısametrajlı sənədli film
Ölkə Azərbaycan Azərbaycan SSR
İl 1971
Texniki məlumatlar 1 hissə
273 metr
Rəng rəngli

Azərbaycan miniatürləri qısametrajlı sənədli filmi rejissor Musa Bağırov tərəfindən 1971-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Elmi-kütləvi film ən yaxşı nümunələri dünya sənəti xəzinəsinə daxil olan XIV-XVII əsrlər Azərbaycan miniatürü, bu sənətin inkişafı və təşəkkülü tarixi haqqındadır.

Elmi-kütləvi film ən yaxşı nümunələri dünya sənəti xəzinəsinə daxil olan XIV-XVII əsrlər Azərbaycan miniatürü, bu sənətin inkişafı və təşəkkülü tarixi haqqındadır.[1]

Filmdə görkəmli miniatürçü rəssamlar Sultan Məhəmməd, Ağa Mirək, Behzat və başqaları haqqında söhbət gedir. Filmdə bizə qədim əlyazmalar göstərilir. Bu əlyazmaların səhifələrində rəssamlar tərəfindən böyük ustalıqla çoxlu miniatürlər çəkilmişdir.[1]

Müxtəlif miniatür məktəblərinin (Təbriz, İsfahan, Qəzvin, Hindistan) işləri nümayiş etdirilərək filmdə bunların fərqləndirici cəhətləri də göstərilmişdir.[1]

Filmin üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]

Ssenari müəllifi: Oqtay Orucov
Rejissor: Musa Bağırov
Operator: N. Setxanyan

  1. 1 2 3 Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 136

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.

Azərbaycan filmlərinin siyahısı
1971-ci ilin Azərbaycan filmləri
1970-ci illər Azərbaycan filmlərinin siyahısı