Azot oksidləri
Azot oksidləri — N2 rəngsiz, iysiz və dadsız qazdır, havadan bir az yüngüldür. Oksigenə nisbətən suda az həll olur: 20°C-də (0,1 MPa) 1 l suda 15,4 ml azot həll olur. 0,1 MPa təzyiqdə və −196°C-də azot mayeləşir.
Molekul quruluşu
[redaktə | mənbəni redaktə et]N2 molekulunun quruluşu. Azot molekulunun quruluş formulu N ≡ N, elektron formulu isə : N ⋮⋮ N : kimidir. Molekulda üçqat rabitə çox davamlı rabitədir. Bu rabitələrdən biri σ -, ikisi isə π-rabitədir. Hər üç rabitənin elektron sıxlığı atomlar arasında simmetrik paylandığından N2 molekulu qeyri-polyardır.
Bor nitratı
[redaktə | mənbəni redaktə et]Bor-nitrit (BN) 3000°C-də əriyir və bərkliyinə görə almaza oxşardır. Nitritlər ammonyakın alınması ilə hidrolizə uğrayır
Azot oksidlərinin siyahısı
[redaktə | mənbəni redaktə et]Azotun 8 oksidi N2O, NO, N2O3, NO2, N2O4, N2O5, NO3, N2O6 və 6 oksigenli turşusu məlumdur: H2N2O2, H2N2O3, H2NO2, HNO2, HNO3 və HNO4. Lakin bunlardan sərbəst şəkildə yalnız HNO3 davamlıdır. Başqaları isə suda məhlulda mövcuddur.
-
NO -
NO2 -
N2O -
N2O3 -
N2O4 -
N2O5 -
N4O6
Xarakteristikası
[redaktə | mənbəni redaktə et]Oksidlərdən N2O və NO duzəmələgətirməyən, qalanları isə turşu oksidləridir. Bu oksidlərdən yalnız azot-monooksid (NO) azotun oksigenlə bilavasitə qarşılıqlı təsirindən alınır. O, yüksək temperaturda və ya atmosferdə ildırım çaxarkən yaranan elektrik boşalması zamanı əmələ gəlir. Diazot-trioksidə (N2O3) – nitrit turşusu (HNO2), diazot-pentaoksidə (N2O5) – nitrat turşusu (HNO3) uyğun gəlir. Azot-dioksid (NO2) su ilə iki turşu – nitrat (HNO3) və nitrit (HNO2) turşularını əmələ gətirir:
Alınması
[redaktə | mənbəni redaktə et]N2O
[redaktə | mənbəni redaktə et]N2O quru ammonium-nitrat 170oC-yə qədər qızdırıldıqda əmələ gəlir:
- NH4NO3=N2O+2H2O
N2O rəngsiz, zəif şirinvari iyli qazdır. Qaynama temperaturu −89,5oC-dir. O, karbon qazına oxşar olaraq, xətti quruluşa malikdir. Onu rezonans formulların köməyi ilə aşağıdakı kimi təsvir etmək olar:
- N-=N+=O↔N=N+-O-
- N2O+H2=N2+H2O
- ΔH=-77,3 kkal/mol.
N2O-in fizioloji xassələri maraqlıdır. Tərkibində N2O olan hava ilə tənəffüs etdikdə, sərxoşluq əlamətləri müşahidə edilir. Buna əsasən, onu "şənləndirici qaz" adlandırırlar. Tərkibində azotu N2O ilə əvəz edilən hava (20% O2 və 80% N2O qarışığı) cərrahiyyədə narkotik kimi işlədilir. N2O-in narkotik kimi istifadəsinin bu məqsədlə işlədilən başqa maddələrdən (efir, xloroform) müəyyən üstünlüyü vardır. N2O digər narkotiklərdən daha uçucu olduğundan, orqanizmdən tez xaric olur və beləliklə əlavə zərərli hadisələrin meydana çıxmasına səbəb olmur.
NO
[redaktə | mənbəni redaktə et]NO bəsit maddələrin bilavasitə qarşılıqlı təsiri nəticəsində əmələ gəlir:
- N2+O2↔2NO
ΔH=+(2•21,6)kkal.
NO rəngsiz qazdır. Suda pis həll olur. Havada dərhal NO2-ə çevrilir. NO-in hidrogen və ya karbon-sulfid buxarı ilə qarşığına alov yaxınlaşdırıldıqda, partlayış baş verir.
N2O3
[redaktə | mənbəni redaktə et]N2O3 orta qatılıqlı nitrit turşusunun müxtəlif reduksiyaedicilərlə reduksiyası və ya qələvi metalların nitriti məhlulunun turşulaşdırılması zamanı alınır. N2O3 davamsız birləşmə olub, −10oC-də parçalanır.
- N2O3↔NO+NO2
N2O3 qələvilərlə qarşılıqlı təsiri zamanı nitritlər əmələ gətirir:
- N2O3 + 2NaOH=2NaNO2+H2O
Yuxarıda göstərilənlərdən aydın olur ki, N2O3 nitrit turşusunun anhidridindən ibarətdir:
- N2O3 + H2O↔2HNO2
HNO2
[redaktə | mənbəni redaktə et]HNO2 sərbəst halda məlum deyil. O yalnız suda məhlulda mövcuddur. Nisbətən yüksək temperaturda öz-özünə oksidləşmə-reduksiya reaksiyası üzrə tədricən parçalanır. Özünün parçalanmaya olan yüksək meyili sayəsində HNO2-nin reaksiya qabiliyyəti yüksəkdir. HNO2 birəsaslı zəif turşudur. Onun duzları nitridlər adlanır. Nitridlər turşuya nisbətən davamlıdır. yalnız yüksək temperaturda parçalanır.
HNO3
[redaktə | mənbəni redaktə et]Nitrat turşusu qüvvətli oksidləşdiricidir. Qeyri-metallar nitrat turşusu ilə adətən özünün ən yüksək oksidləşmə dərəcəsinə qədər oksidləşir. Nitrat turşusunun xlorid turşusu ilə qarışığı qızılı və platini həll edir. Zərhəl (çar arağı) adlanan bu qarışıqda iki turşu arasında gedən qarşılıqlı kimyəvi təsir nəticəsində atomar xlor ayrılır:
- HNO3+3HCl=NOCl+2Cl+2H2O
Nitrozilxlorid davamsız birləşmə kimi parçalanaraq, həmçinin atomar xlor ayrılır:
- NOCl=NO+Cl
Nitrat turşusunun bir çox vacib tətbiq sahələri vardır. Onun böyük bir hissəsi partlayıcı maddələrin istehsalında istifadə edilir. Nitrat turşusu müxtəlif üzvi birləşmələrin alınmasında, sulfat turşusunun istehsalında və s tətbiq tapır. Nitrat turşusunun duzları nitratlar adlanır. Nitratlar nisbətən yüksək temperaturda asan parçalanaraq, oksigen ayrılır. Buna əsasən nitratlar, adətən, partlayıcı maddələrin tərkib hissəsini təşkil edir.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Химическая энциклопедия / Редкол.: И. Л. Кнунянц и др.. — М.: Советская энциклопедия, 1988. — Т. 1 (Абл-Дар). — 623 с.
- Z. Qarayev "Qeyri-üzvi kimya", Maarif-1975.