Azov səfərləri (rus.Азо́вские похо́ды) — 1686–1700-cü illərdə Rusiya–Osmanlı müharibəsi zamanı Azov dənizinə və Qara dənizə çıxmaq üçün I PyotrunAzov qalasına hərbi səfərləri. 1695-ci ildə baş tutmuş birinci səfər ordunun pis təşkili və donanmanın olmaması üzündən müvəffəqiyyətsizliyə uğramışdır. 1696-cı ildə rus ordusu ikinci səfərə başlamışdır. Azov donanmasının, Don və Ukrayna kazaklarının köməyi ilə 19 iyunda Azov qalası alınmışdır. Azov səfərləri Rusiyanın dəniz dövlətinə çevrilməsinin başlanğıcı olmuşdur.[1]
↑Азов сәфәрләри (1695–1696) // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 184.