Bərdə Dövlət Dram Teatrı
Bərdə Dövlət Dram Teatrı | |
---|---|
Ümumi məlumatlar | |
Teatrın tipi | Kukla Teatrı |
Əsası qoyulub | 1944 |
Yerləşməsi | |
Ünvan | Azərbaycan, Bərdə |
Bərdə Dövlət Dram Teatrı — Azərbaycanda fəaliyyət göstərmiş dram teatrlarından biri.
Teatr 1944-cü ilin sonlarında yaradılıb və fəaliyyətə 1945-ci il may ayının 1-də başlayıb. Mürşüd Haşımlı, Ağası Zeynalov və Oqtay Xəlilov bədii rəhbər, Alp Ağamirov və Yusif Məmmədov aktyor-rejissor, Abbas Babayev rəssam, İsfəndiyar Abdullayev musiqi hissə müdiri olublar.
1948-ci ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə bütün teatrlar özünümaliyyələşdirmə sisteminə keçdi. Maddi çətinliklərlə qarşılaşan Bərdə Teatrı 1948-ci ilin mart-aprel aylarında bağlandı və əmlakın əsas hissəsi Ağdam Dövlət Teatrına verildi. Truppanın bir sıra aktyorları və rekvizitin, butaforun, geyimin az bir hissəsi Bərdə rayon mədəniyyət evinin sərəncamına keçdi [1].
Truppanın üzvləri
[redaktə | mənbəni redaktə et]- Süleyman Quliyev
- Nəkəddin Quliyev
- Çıraq İsmayılov
- Əvəz İsmayılov
- Əyyub Qəhrəmanov
- İsfəndiyar Abdullayev
- Nüsrət Muxtarov
- Mikayıl Nuriyev
- Musa Cəfərov
- Əyyub Qəhrəmanov
- Kəriş Hacıyev
- Xuduş Məmmədov
- Əhməd Əhmədov
- Abbas Köçərli
- Ayaz Köçərli
- Tamara Əliyeva
- Zemfira Şərifova
- Şura Şərifova
- Səlimə Atakişiyeva
- Xanım Ağayeva
- Qumru Hacıyeva
- Tahirə Quliyeva
- Hökümə Babayeva
- Adilə Muxtarova
- Hökümə Zeynalova
- Gülnaz Yusifova
Teatrın əsas repertuarı
[redaktə | mənbəni redaktə et]Teatrın əsas repertuarı: "Aydın", "Sevil", "Yaşar" (Cəfər Cabbarlı), "Toy" (Sabit Rəhman), "Eşq və intiqam" (Süleyman Sani Axundov), "İntizar" (Mehdi Hüseyn və İlyas Əfəndiyev),
Musiqili tamaşalardan: "Ər və arvad", "Məşədi İbad" (Üzeyir Hacıbəyov), "Beş manatlıq gəlin" (Məmməd Səid Ordubadi və Səid Rüstəmov), "Durna" (Süleyman Rüstəm və Səid Rüstəmov);[2].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ İlham Rəhimli.Azərbaycan Teatr Ensiklopediyası Bakı. 2016
- ↑ "Bərdə Dram Teatrı". 2021-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-01.