Bill Dük

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bill Dük
Doğum tarixi (81 yaş)
Doğum yeri Nyu York, ABŞ
Vətəndaşlığı ABŞ ABŞ
Fəaliyyəti rejissoraktyor
Fəaliyyət illəri 1961 - günümüz
Təhsili
IMDb ID0004886
billduke.com

Bill Dük (26 fevral 1943[1][2]) — 26 fevral 1943-cü ildə Poukipzi şəhərində (Nyu-York ştatı, ABŞ) anadan olub. Etel Luis və Uilyam Henri Dük (böyük) ailəsində anadan olub. Datçess Kommuniti kollecində aktyorluq və yazıçılıq üzrə təhsil alıb. Daha sonra aktyor sənətinin incəliklərini Boston Universitetində, ardınca Nyu-Yorkun Universiteti nəzdində Tiş ali məktəbində və Amerika Kino-İncəsənət İnstitutunda mənimsəyib.

Xarizmatik xarici görünüş və ədaya malik aktyoru, rejissorlar başlıca olaraq döyüş filmlərinə çəkib. Çəkildiyi lentlərdə daha çox mənfi obrazlar yaradıb. 80-ci illərdə ABŞ teleməkanında bir sıra səs-küylü seriallara, o cümlədən "Hill-Strit blüzü" və "Mayami Polisi" seriallarına rejissorluq edib.

Kinoda aktyor debütü 1976-cı ildə baş tutub. "Avtoyuyucu" adlı filmdə radikal müsəlman inqilabçı Əbdül Məhəmməd Əkbər roluna çəkilib. 1980-ci ildə "Amerikalı jiqolo" melodramında homoseksual sutenyor rolunu oynayıb. Yekəpər afroamerikalı aktyorun boyu 194 sm-dir. Kinoda onu məşhur edən rollar "Kommando", "Yırtıcı" və "Motor ləqəbli Cekson" filmlərində oynadığı rollar sayılır.

  1. Deutsche Nationalbibliothek Record #1019243775 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. Bill Duke // SNAC (ing.). 2010.