21°52′09″ şm. e. 33°44′52″ ş. u.HGYO

Bir Tavil

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bir Tavil
بير طويل
21°52′09″ şm. e. 33°44′52″ ş. u.HGYO
Ölkə Yoxdur
Region Misir və Sudan sərhədində ərazi
Tarixi və coğrafiyası
Sahəsi 2.060 km² (790 mil²)
Mərkəzin hündürlüyü 662 m
Saat qurşağı
Bir Tavil xəritədə
Bir Tavil
Bir Tavil
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bir Tavil (ərəb. بيرطويل‎ "uzun bulaq") — şimaldan Misirlə, qərbdən, cənubdan və şərqdən Sudanla həmsərhəd olan ərazi. Adını yerli su mənbəyinin adından almışdır (hazırda fəaliyyət göstərmir). Hər iki ölkə Bir Tavilə iddialarından imtina edir; beləliklə, o, terra nullius, "heç kəsin torpağı" statusuna malikdir.

Bir Tavil dördbucaqlı formasına malikdir, lakin buna baxmayaraq, bəzən onu "Bir Tavil üçbucağı" da adlandırırlar. 2014-cü ildə Alastair Bonnett əsərində Bir Tavili Yer kürəsində yaşayış üçün əlverişli olan, lakin heç bir tanınmış hökumət tərəfindən iddia edilməyən yeganə yer kimi təsvir etmişdir.[1]

Misirin iddiasını (sarı və yaşıl), Sudanın iddiasını (mavi və yaşıl), Həlaib üçbucağını (açıq yaşıl), Halfa Salient vadisi (tünd yaşıl) və Bir Tavil (Misir və Sudan arasındakı ağ ərazi) göstərən sadələşdirilmiş xəritə
1912-ci ildə Həlaib Üçbucağı və Bir Tavil xəritəsi
Bir Tavil 1960-cı il Amerika hərbi topoqrafik xəritəsində

1899-cu ildə Sudanda İngiltərə-Misir kondominium müqaviləsinə əsasən, Misir və Sudan arasındakı sərhəd 22-ci paralel boyunca keçməli idi.[2] Lakin 1902-ci ildə İngiltərə "siyasi sərhəd"dən asılı olmayaraq yeni "inzibati sərhəd" çəkdi və nəticədə Həlaib Üçbucağı Sudan administrasiyasının nəzarətinə keçdi. Eyni zamanda, Bir Tavil Misirin nəzarətinə keçdi. Çünki onun ərazisi Misirdə yaşayan Ababde tayfası tərəfindən otlaq kimi istifadə edilirdi.[2]

Hər iki dövlət müstəqillik əldə etdikdən sonra Həlaib Üçbucağı Sudanın, Bir Tavil isə Misirin nəzarətində qaldı. 1958-ci il fevralın 1-də Misir Sudandan 1899-cu il sərhədinə qayıtmağı və Həlaib Üçbucağını təhvil verməyi tələb etdi. Bunun müqabilində Misir hökuməti, daha az dəyərli ərazi - Bir Tavilə hüququndan imtina etdi. Sudan üçbucağı verməyə razı olmadı və 1902-ci il sərhədini tanıdı. Amma 1995-ci ildə Misir hərbi toqquşmalar nəticəsində üçbucağın bir hissəsini özünə qaytardı. 2000-ci ildə Həlayib Üçbucağı tamamilə Misirin bir hissəsi oldu. Beləliklə, Bir Tavillə həmsərhəd olan hər iki dövlətin buranı öz ərazisi hesab etmədiyi bir vəziyyət yaranıb.[3][4]

Ərazinin ümumi sahəsi 2060 km² təşkil edir. Bir Tavilin qərbdən şərqə doğru uzunluğu şimalda 95 km-dən cənubda 46 km-ə qədər, şimaldan cənuba uzunluğu 26-dan 31 km-ə qədərdir. Bir Tavilin şimal hissəsində hündürlüyü 459 metr olan Tavil dağı, şərqdə Xəzər-əz-Zərka dağı (662 metr), cənubda Tavil vadisi yerləşir. Daimi əhalisi yoxdur.

Bir Tavil iqlimi, Köppen iqlim təsnifatına görə, çox isti səhra iqlimidir. Yaz aylarında, ilin təxminən dörddə üçü, temperatur 40 °C-dən (104 °F) yuxarı qalxa bilər. Ən isti üç ayda isə (iyun-avqust) temperatur 45 °C-ə (113 °F) çata bilər. Qısa qış zamanı (dekabr və yanvar ən mülayim aylarıdır), Bir Tavil adi temperatur olaraq 26 °C (79 °F) təşkil edir. Ərazi okeandan uzaqda (Qırmızı dənizdən ən azı 200 km (120 mil) uzaqda) yerləşdiyinə görə, bütün regionda gündəlik temperatur diapazonu böyükdür, il boyu 18 °C ilə 20 °C (32 ilə 36 °F) arasında dəyişir.[5]

Əraziyə iddialar

[redaktə | mənbəni redaktə et]

Şimali Sudan Krallığı - 2014-cü ilin iyun ayında Amerikanın Abinqdon (Virciniya) şəhərinin sakini Ceremi Heaton əraziyə öz hüquqlarını elan etdi.[6][7][8]

Orta Yer Krallığı - 2015-ci ildə rus iş adamı Dmitri Jixarev özünü Bir Tavil kralı elan edib.[9][10][11][12]

  1. Bonnett, Alastair. Bir Tawil // Unruly Places: Lost Spaces, Secret Cities and Other Inscrutable Geographies. Houghton Mifflin Harcourt. 2014. səh. 73. ISBN 978-0-544-10160-9. LCCN 2013050983. OCLC 890509603. 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-02. the only place on the planet that is both habitable and unclaimed.
  2. 1 2 "International Boundary Study: Sudan – Egypt (United Arab Republic) Boundary" (PDF). law.fsu.edu. Bureau of Intelligence and Research. 27 July 1962. 2, 3. 13 January 2014 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-05-28.
  3. "Official version of map of Egypt". 2013-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-05.
  4. Egypt // CIA World Factbook 2010. CIA. 2010. ISBN 9781602397279.
  5. ""Climate: Bir Tawil". 2018-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-10.
  6. "Чтобы исполнить мечту дочери стать принцессой, американец создал в Африке своё королевство". 2014-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-15.
  7. Va. man plants flag, claims African country, calling it ‘Kingdom of North Sudan’ Arxivləşdirilib 2017-12-30 at the Wayback Machine (ing.)
  8. Сказочная страна Arxivləşdirilib 2015-05-28 at the Wayback Machine // ru:Lenta.ru, 27.05.2015.
  9. Двое москвичей спорят с американцем за бесхозные земли в Африке Arxivləşdirilib 2017-09-08 at the Wayback Machine // ru:НТВ
  10. Алексей Нарышкин. "Своими глазами. Как основать собственное государство?". ru:Эхо Москвы. 2015-07-01. 2015-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-02.
  11. Юлия Дудкина. "Последний русский король Африки". Батенька, да вы трансформер. 2015-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-08.
  12. Русские отхватили целую страну у американца Arxivləşdirilib 2016-08-26 at the Wayback Machine // ru:Ридус

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]