Birinci Konstantinopol Kilsə Məclisi
Naviqasiyaya keç
Axtarışa keç
Birinci Konstantinopol Kilsə Məclisi — 381-ci ildə keçirilmişdir. Burada Ata-Oğul cütlüyünə Müqəddəs Ruhu da əlavə etməklə, onların substansional vahidliyini elan edərək, Trinitar (Üçlük) inancın formalaşması başa çatdırıldı. Burada imperiyanın Şərqindən olan 150 yepiskop iman simvoluna da əlavələr etdilər. İmperator Feodosius tərəfindən çağrılan bu məclis əsasən arianlığı pisləmək üçün çağrılmışdı. Belə ki, bu məclisdə Müqəddəs Ruhun ilahililiyini inkar edən qrupların fikirləri də rədd edildi. Onların fikrincə Müqəddəs Ruh Oğul tərəfindən yaradılmışdır. Bu məclisdə həm çinin Konstantinopolis yepiskopunun statusu Roma yepiskopundan sonra nüfuzuna görə ikinci dərəcəli hesab oluması haqqında qərar qəbul edildi.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Ümumdünya Kilsə Məclisləri // Aydın Əlizadə. Xristianlıq: Tarix və fəlfəsə (ilk çağlar), Bakı: Əbilov, Zeynalov və qardaşlar, 2007, c. 94–96.