Bney Yehuda Tel-Əviv FK
Bney Yehuda Tel-Əviv FK | |
---|---|
Ölkə | |
Ləqəb(lər) |
qızıllar aslanlar |
Yaranma tarixi | 1936 ) |
Stadionu | Blumfild stadionu |
Sahibi | Barak Obramov |
Liqa | Liqası Leumit |
2022–23 | 8-ci |
Vikianbarda əlaqəli mediafayllar |
Bney Yehuda İsrailin futbol klubudur. Tel-Əviv şəhərini təmsil edir. İsrail Premyer Liqasında iştirak edən klublardan biridir.
Tarixi
[redaktə | mənbəni redaktə et]1936-cı ildə yaranmışdır. İsraildə "qızıllar" ləqəbi ilə tanınan kollektivin ölkə tarixində müəyyən uğurları var. Bunlardan ən başlıcası 1989/1990-cı illər mövsümündə əldə edilən çempionluqdur. Bu, Təl-Əvivin "Makkabi" və "Hapoel"dən sonra nüfuz və azarkeş ordusuna görə üçüncü komandasıdır.
Qazanılan çempionluğa və iki ölkə kubokuna baxmayaraq, həmin illərdə İsrail Asiya Futbol Konfederasiyasında yer aldığından, klublar isə təbii ki, UEFA bayrağı altında yarışlarda iştirak etmədiyindən "Bney Yehuda" Avropa sərgüzəştlərini 2000-ci illərin sonlarına qədər təxirə salmalı olub. Ümumiyyətlə, klub Natan Sulami adlı şəxs və onun dostları tərəfindən 1936-cı ildə yaradılsa da, İsrailin yüksək liqasında 21 il sonra - 1959-cu ildə debüt edib. İki mövsüm sonra aşağı dəstəyə yuvarlanan "qızıllar" elitaya 1965-ci ildə dönərək, uğurlu seriya əldə ediblər və 3 il sonra İsrail kubokunu qazanıblar. Lakin heç cür yüksək divizionda möhkəmlənə bilməyən "Bney Yehuda" 1972-1978-ci illərdə iki dəfə ikinci diviziona düşüb və iki dəfə də geri qayıdıb. 80-ci illəri Təl-Əviv təmsilçisi üçün uğurlu saymaq olar. Bu onilliyin əvvəlində ikinci dəfə kuboka sahib çıxan "qızıllar", onilliyin sonunda tarixinin ən böyük uğurunu - İsrail çempionluğunu bayram edib. Aradakı 8 il ərzində isə klub bir dəfə aşağı dəstəyə düşüb qayıtmağa macal tapıb. 90-cı illər "Bney Yehuda"nın tarixinə 2 dəfə İsrail Liqa kubokunun qazanılması ilə düşüb. 2000-ci illərdə isə "lift-komanda" imici "bərpa edilib". Lakin 2002-ci ildən premyer-liqada çıxış edən "narıncı-qaralar" yavaş-yavaş bu uğursuz imicdən yaxa qurtarmağa başlayıblar. Son illərdə klubun müəyyən inkişaf əldə etdiyini görürük. 2003-2005-ci illərdə ardıcıl olaraq, iki dəfə 10-cu, bir dəfə 6-cı olan "Bney Yehuda", 2006-cı ildə 4-cü pilləyə sahib çıxıb. 2006/2007 və 2007/2008 mövsümlərini klub 9-cu yerdə bitirib. Sonuncu - çempionatda isə 5-ci olub. Maraqlıdır ki, reqlamentə görə, komanda avrokuboklardan kənarda qalmalı idi. Lakin 3-cü yeri tutan "Beytar" klubunun lisenziya ala bilməməsi "Bney Yehuda"nın Avroliqaya yolunu açıb. Biznesmen Hezi Maqenin prezidenti olduğu klubun ofisi Tel-Əviv şəhərində yerləşir, şəhərin Hatikva rayonunu təmsil edən komanda isə 2004-cü ildən etibarən ev oyunları paytaxtın ən böyük stadionu olan, 29400 azarkeş tutumuna malik "Blumfeld"də keçirir. "Bney Yehuda"dan əlavə Tel-Əvivin digər iki komandası - İsrail futbolunun nəhəngləri "Makkabi" və "Hapoel" də rəqiblərini bu arenada qəbul edirlər.
Baş məşqçisi Qay Luzonun yetirmələri ötən mövsüm İsrail çempionatında beşinci yeri tutub.
Uğurları
[redaktə | mənbəni redaktə et]- 1989/1990 mövsümündə İsrail Çempionu olub.
- 1968 və 1981-ci illərdə İsrail Kubokunu başı üzərinə qaldırıb.
- 1992 və 1997-ci illərdə isə indi "Toto Cup" adlanan İsrail Liqa Kubokunu muzeyinə aparıb.
Avrokuboklarda iştirak
[redaktə | mənbəni redaktə et]"Bney Yehuda" klubu tarixi ərzində iki dəfə Avropa kuboklarında oynayıb. İlk dəfə 2006/2007 mövsümündəki bu siftəni isə Neftçi Bakı klubunun futbolçusu Março Dafçev və yoldaşları korlayıb.
2006-cı ildə İsrail kubokunun finalına çıxan təl-əvivlilər həmşəhərliləri Hapoel Tel-Əviv klubuna məğlub olsalar da, rəqib həmçinin ölkə çempionu olduğundan "Bney Yehuda" UEFA Kubokuna vəsiqə qazanıb. Lakin debüt uğursuz olub: komanda Bolqarıstanın Lokomotiv Sofiya komandasına iki görüşün nəticəsinə görə 0:6 - evdə 0:2, səfərdə 0:4 - hesabı ilə məğlub olaraq, elə ilkin mərhələdəcə mübarizəni dayandırıb.
- Q2 Bney Yehuda - Lokomotiv Sofiya (Bolqarıstan) 0:2 / 0:6
- Q1 Simurq (Azərbaycan) - Bney Yehuda 0:1 / 0:3
- Q2 Bney Yehuda - Dinaburq (Latviya) 4:0 / 1:0
- Q3 Bney Yehuda - Pakuş Ferreyra (Portuqaliya) 1:0 /
Heyəti
[redaktə | mənbəni redaktə et]"Bney Yehuda"nın heyətinə gəldikdə isə, ilk baxışdan burada ulduz oyunçu görməsək də, komandada serbiyalı Milan Martinoviç, xorvatiyalı Xrvoe Kovaçeviç, nigeriyalı qapıçı Dele Ayenuqma, argentinalı Pedro Qalvan, kolumbiyalı İvan Qarrido kimi "möhkəm" legionerlər görürük. Heyətin əsasın yəhudi futbolçular təşkil edir ki, onların da əksəriyyəti gəncdir. Komandanın liderləri orta xətt oyunçuları - 30 yaşlı Assi Baldout, 32 yaşlı Kfir Eder və gənc hücumçu Eliran Atardır. 22 yaşlı forvard İsrailin ən ümidverici oyunçularından sayılır və sonuncu mövsümdə 14 dəfə fərqlənərək daha iki nəfərlə birgə çempionatın bombardiri olub. Bununla o, İsrail yığmasının məşqçilərinin diqqətini də cəlb edib.
Mənbə
[redaktə | mənbəni redaktə et] Futbol klubu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |