Cümə Cami (Evpatoriya)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İslam
Cümə Cami
krımtat. Büyük Han Cami
Din
Statusu Cümə məscidi
Yerləşməsi
Ölkə  Ukrayna
Memarlıq
İnşa tarixi 1552 – 1564
Memarı Sinan Xoca
Materialı Əhəng daşı
Cümə Cami xəritədə
Cümə Cami
Cümə Cami
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Cümə Cami məscidi

Cümə Cami (krımtat. Cuma Cami), və ya Xan-Cami (krımtat. Han Cami) — Evpatoriya şəhərində yerləşən cümə məscidi. Şəhərin əsas məscidi sayılır. Məscid Karaev adına park ətrafında yerləşir. Ətrafında tikililər vardır. Onu dənizdən və sahildən aydın şəkildə görmək mümkündür. Krımın işğalından sonra Rusiyanın mədəniyyət irsi siyahısına daxil edilmişdir.

Cümə Cami Qezlevdə 1552-ci ildə I Dövlət Gərayının hakimiyyəti zamanı inşa edilmişdir.

İnşa edildiyi tarixdən bəri məscid dəfələrlə inşa və təmir işlərinə mənruz qalmışdır. Təzəlikcə məscid mövcud imkanlardan istifadə edilməklə əvvəlki formasında bərpa edilmişdir. 1985-ci ildə məscidin iki minarəsi bərpa edilmişdir. Belə ki, minarələrdən biri 1665-ci ildə, digəri isə 1836-cı ildə dağılmışdı[1].

Sovet hakimiyyəti illərində məscid bir dini məskən kimi bağlanılmış, sadəcə artitektur abidə və muzey kimi istifadə edilmişdir. 1990-cı illərdə bina yenidən inanclıların istifadəsinə qaytarılmışdır.

2014-cü ildə əvvəllər məscidin imamı olmuş və Krım müsəlmanlarının dini idarəsinin üzvü artıq bu idarəni tərk etdiyini və «Tavri müftiliyinə» tabe olduğunu bəyan etmişdir. Bundan sonra məscidin mülkiyyət hüququ «Tavri müftiliyinə» keçmişdir. 2015-ci ildı Krım Respublikasının ali məhkəməsi Krım müsəlmanlarının dini idarəsinin vəsaddətini təmin etmiş və «Tavri müftiliyinə» məscidi boşaltmağa göstəriş vermişdir[2].

2016-cı ildə Rusiya Mərkəzi Bankı 3 rublluq metal pulun üzərində məscid təsvir edilmişdir[3].

3 rubl (2016)

Xoca Sinanın memarı olması onun hörünüündən bəlli olur. Tikintisində əsasən mişar daşındanistifadə edilmişdir. Bina kvadrat formaya malikdir. Şərqi və qərbində bir minarəsi vardır. Mərkəzi zalın hündürlüyü 22 metrdir. Güçlü gümbəzə sahibdir ki, buradada 16 pəncərə vardır. 2015-ci ilin oktyabr ayından Cümə Cami Rusiyanın federal əhəmiyyətli mədəniyyəni irsi siyahısına daxil edilmişdir[4].

  • "О мечети Джума-Джами (Хан-Джами) на сайте по истории города" (rus). old.evpatoriya-history.info. 2012-11-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-03-07.
  • Свежие снимки и номера телефонов на сайте города Arxivləşdirilib 2016-04-23 at the Wayback Machine
  • "Евпатория в энциклопедии «Города Мира»" (rus). panoramy.ru. 2013-03-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-03-07.
  • "Ханская мечеть в Крыму передана мусульманам" (rus). portal-credo.ru. 2011-12-09. 2013-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-09.