Cəlal Adan
Cəlal Adan | |
---|---|
Türkiyə Böyük Millət Məclisinin sədr əvəzi | |
18 fevral 2019 – 24 fevral 2019 | |
Əvvəlki | Binəli Yıldırım |
Sonrakı | Mustafa Şəntop |
Türkiyə Böyük Millət Məclisinin sədr müavini | |
Vəzifədədir | |
12 iyul 2018-ci ildən | |
Əvvəlki | Koray Aydın |
Türkiyə Böyük Millət Məclisinin 21, 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı | |
Vəzifədədir | |
28 iyun 2011-ci ildən | |
Seçki dairəsi | 2011 — İstanbul (2.) iyun, 2015 — İstanbul (2.) noyabr, 2015 — İstanbul (2.) 2018 — İstanbul (2.) 2023 — İstanbul (2.) |
18 noyabr 1999 – 14 noyabr 2002 | |
Seçki dairəsi | 1999 — İstanbul |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 sentyabr 1951 (73 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | Türkiyə |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
celaladan.com.tr |
Cəlal Adan (10 sentyabr 1951, Tutağ, Ağrı ili) — meşə mühəndisi və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 21, 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı.[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Cəlal Adan 1951-cı ildə Ağrı ilinin Tutağ ilçəsində anadan olub. İstanbul Universiteti Meşə təsərrüfatı Bölməsindən məzun olub.[1]
Uzun illərdir MHP üzvüdür. 12 sentyabr 1980-ci il hərbi çevrilişindən əvvəl MHP-də müfəttiş və təlilçi olub. Daha sonra 1999-2002-ci illərdə DYP, 2007-2011-ci illərdə isə DP üzvü olub. 2011-ci ildə MHP-yə qayıdıb. MHP sədrinin baş müşaviri olub. 4 noyabr 2012-ci ildə MHP sədrinin siyasi məsələlərdən və TBMM-dən məsul müavini vəzifəsinə seçilib. 12 iyul 2018-ci ildə TBMM sədr müavini seçildiyinə görə vəzifəsindən istefa verib.[1]
1991-ci ildə Doğru Yol Partiyasının namizədi olaraq İstanbul ilindən TBMM-nin 21-ci çağırışının deputatı seçilib. 2011, iyun 2015, noyabr 2015, 2018 və 2023-cü illərdə isə MHP namizədi olaraq İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı seçilib. TBMM Plan və Büdcə Komissiyasının və TBMM Ədalət Komissiyasının üzvü vəzifələrində təmsil olunub.[1]
12 iyul 2018-ci ildə TBMM sədrinin müavini seçilib. TBMM sədri Binəli Yıldırımın 18 fevral 2019-cu ildə istefa verməsindən sonra 18-24 fevralda TBMM sədri olub.[1]
İngiliscə bilir. Evli və 2 uşaq atasıdır.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 TBMM. "Celal ADAN". www.tbmm.gov.tr (türk). 10.01.2024. 2024-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.01.2024.
- 10 sentyabrda doğulanlar
- 1951-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Ağrı ilində doğulanlar
- Doğru Yol Partiyasının (Türkiyə, 1983) üzvləri
- Demokrat Partiya üzvləri (Türkiyə, 2007)
- Milliyətçi Hərəkat Partiyasının üzvləri
- İstanbul Universitetinin məzunları
- Əlifba sırasına görə vəzifəli şəxslər
- TBMM XXI çağırış deputatları
- TBMM XXIV çağırış deputatları
- TBMM XXV çağırış deputatları
- TBMM XXVI çağırış deputatları
- TBMM XXVII çağırış deputatları
- TBMM XXVIII çağırış deputatları