Cəmil Fərəcov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Cəmil Fərəcov
Doğum tarixi 13 fevral 1946(1946-02-13)[1]
Doğum yeri
Vəfat tarixi 1 avqust 2023(2023-08-01)[1] (77 yaşında)
Fəaliyyəti kinorejissor
Fəaliyyət illəri 1970–2023
Təhsili
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1989

Cəmil Əliqulu oğlu Fərəcov (13 fevral 1946[1], Bakı1 avqust 2023[1]) — Azərbaycan kinorejissoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989).

Cəmil Əliqulu oğlu Fərəcov 13 fevral 1946-cı ildə Bakıda anadan olub. Azərbaycan Neft və Kimya İnstitutunu (1969), Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirib (1974).

1970-ci ildən "Azərbaycanfilm" kinostudiyasında rejissor işləyib. 1997–2002-ci illərdə "Yaddaş" sənədli filmlər studiyasının bədii rəhbəri və direktoru, 2002–2006-cı illərdə Mədəniyyət Nazirliyinin Kino İşləri Baş İdarəsinin müdiri, 2006–2012-ci illərdə Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri vəzifələrində çalışıb.[2] Əməkdar incəsənət xadimidir. Ailəlidir, iki övladı, üç nəvəsi var idi.

Cəmil Fərəcov Fərəcov 1 avqust 2023-cü ildə vəfat edib. "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.[3]

  1. Arvadım Mənim, Uşaqlarım Mənim (1978)
  2. "Azərbaycan" dünyanı gəzir (film, 1984)
  3. "Azərbaycan"da dəniz səyahəti (film, 1976)
  4. Ağır şkaf (film, 1971)
  5. Axırıncı maqın sonu (film, 1974)
  6. Ayna və Həmid (film, 1990)
  7. Azərbaycan kinosu-80 (film, 1996)
  8. Azərbaycan məktəbi yüksəlişdə (film, 1972)
  9. Azərbaycan və Nobel qardaşları (film, 1991)
  10. Başdan ayağa (film, 1973)
  11. Bəhrə (film, 1984)
  12. Bir səfərin izilə (film, 1980)
  13. Biz qayıdacağıq (veriliş, 2007) (II)
  14. Çay daşının göz yaşı... (film, 1971)
  15. Cəh-cəh həsrətində (film, 1983)
  16. Diplomlu mütəxəssis (film, 1974)
  17. Ev dirəyi-el dirəyi (film, 1982)
  18. Fərhad (film, 1987)
  19. Foto həvəskarı (film, 1985)
  20. Gecikmiş gündəlik (film, 1986)
  21. Gəmiqaya (film, 1981)
  22. Həmrəylik günü (film, 1976)
  23. İkinci həyat (film, 1984)
  24. İnsanlar, atlar, təkərlər (film, 1979)
  25. Kimdir müqəssir? (film, 1984)
  26. Küləyapardı (film, 1986)
  27. Qızıl balıqlar (film, 1975)
  28. Mikayıl Abdullayev (film, 1972)
  29. Musaküçə kəndinin sakinləri (film, 1973)
  30. Nailiyyətlər estafeti (film, 1981)
  31. Neft maşınqayırmasının flaqmanı (film, 1992)
  32. Neft və qaz çıxarılan rayonlarda qəza-xilasedici və bərpa işləri (film, 1974)
  33. Nəticə (film, 1984) (I)
  34. Nəzarətin reydi "Mozalan"ın qeydi (film, 1977)
  35. Od əsgərləri (film, 1978)
  36. Sən həmişə bizimləsən (film, 1997)
  37. Sənin həyat mövqeyin (film, 1979)
  38. Super ağcaqanad (film, 1981)
  39. Sürpriz (film, 1977)
  40. Suvenir (film, 1972)
  41. Suya səyahət (film, 1996)
  42. Toya dəvətnamə (film, 1973)
  43. Xəzinə (film, 1970)
  44. Xoş gəlmisiniz! (film, 1973)
  45. Yeraltı əhvalat (film, 1975)
  46. Zamanın əsas yolu (film, 1977)
  47. Mən Bakını sevirəm (film, 2014)
  • Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
  • Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
  1. 1 2 3 4 https://apa.az/az/incesenet/kinorejissor-cemil-ferecov-vefat-edib-779515.
  2. "Arxivlənmiş surət". 2024-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-12. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  3. "Kinorejissor Cəmil Fərəcov dəfn olunub". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-04. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)