Cənubi Koreya Boinqi ilə hadisə (1983)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Cənubi Koreya Boinqi ilə hadisə
Ümumi məlumatlar
Tarix 1 sentyabr 1983[1]
Yer
Ölkə
Yaralı sayı
  • 0
Ölü sayı
Qalxma yeri Con Kennedi adına hava limanı, Nyu-York
İstiqamət Seul
Uçuş nömrəsi KE007
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cənubi Koreya Boinqi ilə hadisə1983-cü il sentyabrın 1-də Koreyanın 007 Aviareysi (Boeing 747), kommersiya təyyarəsi Sovet hava məkanına daxil olanda, Sovet İttifaqı reaktiv qırıcısı (SU-15) tərəfindən vurulan hadisə. Təyyarədə ABŞ Konqresmeni Lorens MakDonald da daxil olmaqla 269 nəfər həlak olmuşdur.

Öz uçuş xəttindən çıxmış Koreya Hava Yollarının 007 reysi ilə uçan mülki xidmət təyyarəsinin Sovet reaktiv təyyarəsi tərəfindən vurulması hadisəsi Birləşmiş Ştatlar-Sovet münasibətlərindəki gərginliyi gücləndirmişdir.

Təfərrüatlar

[redaktə | vikimətni redaktə et]
Təyyarənin uçuş trayektoriyası

1983-cü il avqustun 31-dən sentyabrın 1-nə keçən gecə SSRİ-nin Kamçatka yarımadasına, az sonra isə Saxalinin hava ərazisinə icazəsiz daxil olan naməlum təyyarə aşkarlanmışdır. Onu yerə endirmək üçün havaya sovet qırıcıları qaldırılmış və yad təyyarəyə ən yaxın hava limanında enmə əmri verilmişdir. Radar ekranlarında ABŞ-nin "RC-135" kəşfiyyat təyyarəsi kimi görünən bu obyekt, əslində "Boinq-747" markalı adi sərnişin təyyarəsi olub[2].

Qırıcılardan verilən təkidli enmək əmrinə baxmayaraq "Boinq" SSRİ ərazisi üzərində qanunsuz uçuşunu davam etdirmişdir. Ekipajı yerə endirmək üçün bütün səylər nəticəsiz qaldıqda yad təyyarə havada saat 18:22:20-də vurulur. Cənubi Koreyaya məxsus olan Nyu-YorkSeul reysi ilə uçan bu sərnişin təyyarəsində 269 nəfər günahsız insan həlak oldu.

Səhərisi gün dünya ictimayiəti ayağa qalxmış, etiraz dalğaları yer üzünü bürüdü. ABŞ prezidenti Ronald Reyqan SSRİ-ni "şər imperiyası" adlandıraraq konqres qarşısında hərbi xərclərin artırılması tələbini qoydu və buna nail oldu.

Bu hadisədə qaranlıq məqamlar çox idi. Bütün baxışlardan keçib uçuşa buraxılan təyyarə heyəti dəyişdirilmiş, 18 nəfər sənədlərdə göstərildiyi halda 29 nəfər uçuşa çıxmışdır.

Burada 350 əvəzinə 240 sərnişin uçurdu. Seula uçan bu təyyarənin heyəti həmişəki kimi sığorta olunmuşdu. Amma bu dəfə məbləğ daha artıq idi.

Bu hadisə kəşfiyyat tarixində "007 nömrəli reys" adını daşıyır.

  1. 1 2 Gaddis J. L. The Cold War: A New History (ing.). 1 USA: Penguin Books. P. 227. ISBN 978-0-14-303827-6
  2. Tural Turan. "007 nömrəli reys", "Füyuzat" jurnalı, № 6 (68), 2012. səh.20-25
  • М.Брюн. «Сахалинский инцидент» (перевод Е.Ковалёва) // «ВВС России: История»
  • И.М.Алпатов, В.И.Дудин. Сбивали и специально, и по ошибке // «Независимая газета». 26.01.2007
  • Заявление ТАСС // «Известия», № 247 (20593) от 4 сентября 1983. стр.2
  • А.Бовин. Трагедия в небе и преступление на земле // «Известия», № 251 (20597) от 8 сентября 1983. стр.5
  • Б.Резник. Как это было // «Известия», № 255 (20601) от 12 сентября 1983. стр.5

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]