Culiya Roberts
Culiya Roberts | |
---|---|
ing. Julia Fiona Roberts | |
| |
Doğum adı | Julia Fiona Roberts |
Doğum tarixi | 28 oktyabr 1967[1][2][…] (57 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | televiziya aktrisası, kino aktrisası, film prodüseri, model[d], teatr aktrisası, səsləndirmə aktrisası[d], aktrisa |
Fəaliyyət illəri | 1987-ci ildən |
Təhsili |
|
Boyu | 1,75 m |
Mükafatları | |
IMDb | ID0000210 |
Vikianbarda əlaqəli mediafayllar |
Culiya Fiona Roberts (ing. Julia Fiona Roberts; 28 oktyabr 1967[1][2][…], Smirna[d], Corciya[3]) — ABŞ aktrisası.
Həyatı
[redaktə | mənbəni redaktə et]Culiya Roberts 1967-ci ilin 28 oktyabrında ABŞ-də Corciya ştatının Smirna şəhərində anadan olub.[4] Atası Volter Qreydi Roberts həm aktyor, həm də irland, şotland və ingilis köklü bir yazıçı idi.[4][5] Anası Betti Lu Bredemas kilsə girişində katibə, eyni zamanda aktrisa kimi çalışıb. Culia dünyaya gəldiyi zaman ailəsinin maliyyə çətinliyi var idi.[6][7] Atası Corciya ştatında uşaqlar üçün kiçik bir aktyorluq məktəbi açmışdı. 1971-ci ildə Culianın 4 yaşı olarkən valideynləri ayrıldılar.
Beləliklə 13 yaşından başlayaraq ofisiant kimi işləməyə başladı. Bir neçə dəfə yerli gözəllik müsabiqələrində iştirak etsə də, finala yüksələ bilmədi. Məktəb illərində böyük qardaşı Erik ilə birgə aktrisalıq bacarığını kəşf etdi.
Karyerası
[redaktə | mənbəni redaktə et]Smirnadakı kolleci qurtardıqdan sonra Corciya ştatında universitetə qəbul olunur və Nyu-Yorka bacısının yanına özünü kinoda sınamaq üçün yollanır. Nyu-Yorkda "Click" model agentliyi ilə müqavilə bağlayıb, aktyorluq kurslarına yazılır. Nyu-Yorkda aktrisalıq dərslərindən başqa tələffüzünü düzəltmək üçün artilkulyasiya dərsləri alır. Çünki, cənub tələffüzü kinoda o qədər də yaxşı qarşılanmırdı. Amma tezliklə istədiyi nəticəni ala bilmədiyi üçün aktyorluq kurslarını buraxır. Artıq tanındıqdan sonra Culia öz qardaşı Erik tərəfindən ekranlara çıxmaq üçün üç il gözləyən "Al qırmızı" (Blood red) döyüş filmində kiçik bir rol təklifi aldı. Bu zaman ərzində artıq bir neçə filmdə çəkilmişdi. "Razılıq" (Satisfaction) filmində rok-qrupda iştirak edən qız obrazını canlandırmaq üçün zərbəli bas-gitarda ifa etməyi də öyrənmişdi. Eləcə də, 1987-ci ildə "Sehrli pizza" (Mystic Pizza) filminin çəkilişləri zamanı açıq şabalıdı saçlarını rəngləyərək kürən qız olmaq məcburiyyətində də qalmışdı.
Culia Robertsin növbəti rolu onun tənqidçilər və tamaşaçılar tərəfindən Amerikanın gələcəyi olan aktrisalarından biri kimi qiymətləndirilməsinə səbəb olmdu. Meningit xəstəliyindən əziyyət çəkdiyi üçün Culia müalicə almaq üçün Los-Ancelisdən Santa-Moniko şəhərinə gedir. Bu zaman "Polad maqnoliya" (Steel Magnolias) filmində şəkər xəstəliyindən əziyyət çəkən xəstə qız rolu üçün aktrisa axtarılırdı. Culia bu təklifi qəbul edərək öz taleyini oynamağa razı olur. Film böyük məşhurluq qazanır. Roberts isə "Qızıl qlobus" mükafatını qazanır və "İkinci planda ən yaxşı aktrisa" kateqoriyasına görə "Oskar" mükafatına layiq görülür. "Polad maqnoliya" (Steel Magnolias) filmi 1989-cu ilin sonlarında "Oskar" mükafatının təqdimatından əvvəl ekranlara çıxanda, Culia artıq bu zaman "3000$" adlı filmin çəkilişlərində öz işini yekunlaşdırırdı. Varlı iş adamının bir əxlaqsız qadına onunla bir həftə keçirməyə söz verdiyi üçün film belə adlandırılmışdır. Filmdə baş rolu məşhur aktyor Riçard Qir oynayırdı. Prodüserlər filmdə Vivyen Uord obrazı olaraq daha təcrübəli və tanınmış sima görmək istəsələr də, rejissor Harri Marşall inadla bu rolda məhz Culianı görmək istəyirdi.
Gözəlçə
[redaktə | mənbəni redaktə et]"Polad maqnoliya" filmindəki böyük uğurundan sonra aktrisa məşhurlaşdı və bundan sonra Marşall bütün kədərli səhnələri silib, filmin finalını yenidən çəkmək qərarına gəldi. Filmin adı da dəyişdirilərək "Gözəlçə" (Pretty Woman) adlandırıldı. Roy Orbisonun məşhur "Gözəl qadın" (Pretty Woman) bəstəsi altında "Gözəlçə" (Pretty Woman) 1990-cı ilin 23 martında ekranlara çıxdı. Bu rol Robertsə "Ən yaxşı aktrisa" kimi növbəti "Oskar" qazandırdı.
"Gözəlçə" (Pretty Woman) filmindəki uğurundan sonra Culia Roberts tam hüquqlu kino ulduz oldu. Əgər bu filmdən gələn gəliri yarım milyon olmuşdusa, növbəti "Düşmənlə yataqda" (Sleeping with the enemy) filmdəki rola görə Culiaya bir milyon dollar qonorar təklif olunmuşdu. 1990-cı illərdə Culia ardıcıl olaraq bir neçə filmdə çəkilir. "Düşmənlə yataqda" (Sleeping with the enemy) filmində əri tərəfindən döyülən qadının qaçmağını, "Cavan ölmək" (Dying Young) filmində ölümcül xəstəliyə tutulmuş kişiyə vurulan qadın obrazını, Con Qrişemin romanı əsasında Denzel Vaşinqtonun da iştirak etdiyi "Qutanlar haqqında iş" (The Pelican Brief) trilleri filmlərində çəkilsə də heç bir film "Gözəlçə"ni (Pretty Woman) təkrarlaya bilmədi. Tamaşaçılar Culianı özünəməxsus təbəssümü ilə görmək istəyirdilər. Bundan başqa sakit həyat tərzi olmayan aktrisanın da "şən" ssenariləri seçməyə həvəsi yox idi. Roberts əfsanəvi Robert Oltmerin başçılığı altında bir neçə kiçik rola çəkilir. Stiven Frirzin "Meri Relli" (Mary Reilly) dramında, eləcə də "Hamı səni sevirəm deyir" (Everyone says I love you) filmində epizodik rola çəkilir. Bu mərhələdə Culia diqqətdən kənarda qalır. Filmlərə çəkilməkdən imtina etdiyi üçün mətbuatın diqqətini cəlb edir və onun karyerasının süqut etdiyini elan edirlər.
Aktrisanın kinoya qayıdışı təntənəli oldu. 1997-ci ildə "Ən yaxşı dostun toyu" (My best friend’s weeding) romantik komediyasında tamaşaçılar Culianı yenidən qəbul etdikləri və sevdikləri – komik və geniş təbəssümlü bir obrazda gördülər. Film çox məşhurlaşdı. Məşhur kino mütəxəssisi Rocer Ebert Culianı çox yaxşı qiymətləndirmişdi. 1999-cu ildə "Qaçaq gəlin" (Runaway bride), 2001-ci ildə "Ouşenin 11 dostu" (Ocean’s eleven) filmlərində çəkilərək həm çox məşhurlaşmış, həm də yüksək məbləğli qonorar almışdır. Və beləliklə Culianın qonorarı hər bir növbəti filmdə daha da artaraq çoxalırdı. "Mona Lizanın təbəssümü" (Mona Lisa smile) filmindəki roluna görə kinematoqrafiya tarixində ən yüksək – 25 milyon qonorar alan aktrisa kimi yadda qaldı. Ancaq aktrisa təkcə yüksək qonorarlı filmlərə deyil, həm də epizodik rollara da çəkilməyə davam edirdi. Culia Roberts yaradıcılığının zirvəsinə Stiven Soderberqin 2000-ci ildə "Erin Brokoviç" (Erin Brockovich) filmində canlandırdığı bioqrafik rolu ilə çatdı. Film çox böyük uğur qazanaraq 5 "Oskar" mükafatına layiq görüldü. Onlardan biri də Culiaya çatırdı. O, bu mükafatı əldə etməklə qəti surətdə həm Hollivud ulduzu kimi, həm də Amerika tamaşaçısının sevimlisi kimi öz mövqeyini möhkəmləndirdi. Culia Roberts əkiz övladlarının dünyaya gəlməsi ilə əlaqədar olaraq uzun sürən fasilədən sonra öz aktrisalıq karyerasına geri dönərək bir sıra təklifləri dəyərləndirdi. "Oskar" mükafatı laureatı Tom Xenks və Filip Seymur Xofmanın iştirakı ilə "Çarli Uilsonun müharibəsi" (Charlie Wilson’s war) dramına çəkilmək təklifini qəbul edərək 2007-ci ildə baş rollardan birinə çəkildi. 1990-cı illərdə Culia Roberts təkcə öz uğurlu kinofilmlərinə görə deyil, həm də coşqun həyat tərzinə görə də məşhur idi. Məşhurlardan Kifer Sazerlend, Metyu Perri, Laym Nison, Deniyel De Luis, Bencamin Brettomla eşq macəraları olub. Aktyor Layl Lovettlə 1993-cü ildə olan birinci evliliyi 2 ildən az sürmüşdür. 2002-ci ilin 4 iyulunda Culia kino operator Deniyel Moderle ailə həyatı qurdu. 2004-cü iliin 28 noyabrında cütlüyün əkiz övladları dünyaya gəldi. Ekizlərdən biri qız – Xezel Patris, digəri oğlan – Finnes Volter idi. 2007-ci ilin 18 iyun tarixində Culia daha bir oğlan uşağı – Henri Deniel Moderi dünyaya gətirdi. Hal-hazırda aktrisa Nyu-Yorkda Menhettendeki malikanəsində və Taxodakı rançosunda yaşayır. Onun həm də Kaliforniyada kiçik bir evi də var. Bundan başqa Culia Roberts həm də "Om Red Films" kinokomponiyasını idarə edir. 2012-ci ilin mart ayında təqdim olunan "Qrim qardaşları: Ağca xanım" (The brothers Grimm: Snow White) adlanan film aktrisanın hələlik sonuncu filmidir.
Ən yadda qalan filmləri: "Polad maqnoliayalar", "Gözəlçə", "Gənc ölmək", "Ouşenin 11 dostu", "Gözəlçənin analığı", "Erin Brokoviç", "Yaxınlıq", "Nottinq Xill", "Ən yaxşı dostun toyu" Ən yaxşı serialları: "Dostlar", "Mayami polisi: Mənəviyyat şöbəsi", "Əmin-amanlıq".
Maraqlı faktlar
[redaktə | mənbəni redaktə et]- Ayaqyalın gəzməyi xoşlayır. Əksər filmlərində, hətta Laym Lovetlə nikah masasında oturarkən belə ayaqyalın olub. Eləcə də, "Yemək, dua etmək, sevmək" (Eat, Pray, love) filminin çəkilişləri zamanı Hindistanda olarkən, hətta Tac-Mahalı ziyarət edərkən belə ayaqyalın idi.
- Ouşenin 11 dostu filmində qəhrəman qadın Tess Culianın nəzarəti ilə qrimlənirdi.
- Culia "Erin Brokoviç" filmində baş rolunu oynayarkən Amerika Kino Akademiyası tərəfindən hazırlanmış"Əsrin ən məşhur yaxşı və pis obrazları" siyahısında 31ci idi.
- Arxeoloqlar 2004-cü ildə Bolqariyada tapılmış 9000 yaşı olan qadının qalıqlarına dişləri ideal şəkildə qaldığı üçün ona Culia Roberts adını veriblər.
- Culia Roberts solaxay olsa da "Erin Brokoviç" filmi üçün sağla yazmağı öyrənmişdi. Çünki Erin Brokoviçin həyatdakı prototipi solaxay deyildi.
- Culia Roberts kino tarixində 20 milyon ("Erin Brokoviç" filminə görə) və 25 milyon dollar ("Mona Lizanın təbəssümü" filminə görə) qonorar alan ilk aktrisadır.
Culia monqol köçərilərinin həyatına həsr olunmuş "Ulduzlar canlı aləmdə: Culia Roberts və monqol atları" sənədli serialına çəkilib. "People" jurnalının 2010-cu ilin 29 aprelin tarixindəki rəyinə əsasən Culia 20 dəfə "Planetin ən gözəl insanları" siyahısında birinciliyi əlində saxlayıb.
Şəxsi həyatı
[redaktə | mənbəni redaktə et]Dini inancı
[redaktə | mənbəni redaktə et]Qəribə də olsa, Culia Roberts induizm dininə inanır. 2010-cu ildə Culia verdiyi müsahibələrin birində bildirmişdir ki, həyat yoldaşı, uşaqları ilə birgə mütəmadi olaraq hind məbədlərini ziyarət edir, "İçmək, dua etmək, bayramlaşmaq" ənənəsini davam etdirirlər. 2000-ci ildə "Erin Brokoviç" filmində ən yaxşı qadın roluna görə "Oskar" mükafatına layiq görülüb. İştirak etdiyi film 2 miyard dollardan çox gəlir gətirdiyi üçün dünyada ən yüksək qonorar alan aktrisa kimi yadda qalıb. "Forbes" jurnalının 2005-ci ildəki məlumatına əsasən aktrisanın maddi durumu 250 milyon dollar təşkil edirdi.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Julia Roberts // Internet Broadway Database (ing.). 2000.
- ↑ 1 2 Julia Roberts // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #119077744 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ 1 2 Page, Sydney. "It's true, Martin Luther King Jr. paid the hospital bill when actress Julia Roberts was born". Washington Post. Washington Post Inc. 1 November 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 November 2022. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ Taylor, Clarke. "Eric Roberts: His 'Star 80' Shines". Los Angeles Times. November 24, 1983. January 6, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 16, 2009. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Nättidningen RÖTTER – för dig som släktforskar! (Julia Roberts)". genealogi.se (isveç). March 31, 1997 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: April 7, 2019. (#redundant_parameters); (#redundant_parameters); (#invalid_param_val)
- ↑ Smolenyak, Megan. "Julia Roberts Isn't a Roberts". HuffPost (ingilis). February 27, 2011. April 7, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 7, 2019. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)