Dövlət Baxçalı
Dövlət Baxçalı | |
---|---|
Türkiyə Böyük Millət Məclisinin sədr əvəzi | |
2 iyun 2023 – 7 iyun 2023 | |
Əvvəlki | Mustafa Şəntop |
Sonrakı | Numan Kurtulmuş |
Vəzifədədir | |
6 iyul 1997-ci ildən | |
Əvvəlki | Alparslan Türkeş |
Türkiyə Böyük Millət Məclisinin 21, 23, 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı | |
Vəzifədədir | |
23 iyul 2007-ci ildən | |
Seçki dairəsi | 2007 — Osmaniyə 2011 — Osmaniyə iyun, 2015 — Osmaniyə noyabr, 2015 — Osmaniyə 2018 — Osmaniyə 2023 — Osmaniyə |
18 noyabr 1999 – 14 noyabr 2002 | |
Seçki dairəsi | 1999 — Osmaniyə |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 yanvar 1948[1] (76 yaş) |
Doğum yeri |
|
Vətəndaşlığı | Türkiyə |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, iqtisadçı |
Uşağı | yoxdur |
Dini | sünni islam |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
|
|
devletbahceli.com.tr | |
Vikianbarda əlaqəli mediafayllar |
Dövlət Baxçalı (1 yanvar 1948[1], Baxça[d], Osmaniyə ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 21, 23, 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı. Milliyətçi Hərəkat Partiyası sədri.[3]
Həyatı
[redaktə | mənbəni redaktə et]Dövlət Baxçalı 1 yanvar 1948-ci ildə Osmaniyyə ilinin Bahçe ilçəsində anadan olub. Atası Salih Bahçeli Osmaniyənin tanınmış tacirlərindən olub. Anası Samiyə Bahçeli isə evdan qadın olub. Bahçeli ailədə dörd uşaq olublar. Onlardaın 2-si atasının birinci nigahdan olan uşaqları idi. Solçi bir ailədə böyüyən Bahçelinin atası Cümhuriyyət Xalq Partiyasının tərəfdarı idi.
İbtidai təhsilini doğulduğu Osmaniyə ilində alıb. Orta təhsilini Sərvət adlı qardaşı ilə Adana ilinin Çuxurova ilçəsində alıb. Lisey təhsili üçün İstanbula qohumlarının yanına getmiş və burada Emirgan Ağgün Kollecinə daxil olmuş, daha sonra Etiler məhəlləsində Özəl Ata Kollecinə getmiş və təhsilini burada başa vurmuşdur. 1967-ci ildə AİTİA-ya daxil olub və 1971-ci ildə Xarici Ticarət Bölməsindən məzun olub.
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]AİTİA-da assistent olaraq çalışıb. Qazi Universitetinin İqtisadiyyat və İnzibati Elmlər Bölməsində müəllim olub. Dünya iqtisadiyyatı, tarix və xarici siyasətlə bağlı araşdırmaları olub.
7 iyul 1997-ci ildən Milliyətçi Hərəkat Partiyasının sədridir. 2000, 2003, 2006, 2009, 2012, 2015, 2018 və 2021-ci illərdə baş tutan MHP qurultaylarında sədr seçilib.[3]
1999, 2007, 2011, iyun 2015, noyabr 2015, 2018 və 2023-cü illərdə Osmaniyyə ilindən MHP sədri olaraq Türkiyə Böyük Millət Məclisinin 21, 23, 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı seçilib.[3]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Devlet Bahceli // Munzinger Personen (alm.).
- ↑ 1 2 https://www.workwithdata.com/person/devlet-bahceli-1948.
- ↑ 1 2 3 4 TBMM. "Devlet BAHÇELİ". www.tbmm.gov.tr (türk). 10.01.2024. 2024-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.01.2024.
- 1 yanvarda doğulanlar
- 1948-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Osmaniyə ilində doğulanlar
- Milliyətçi Hərəkat Partiyasının üzvləri
- Qazi Universitetinin məzunları
- İqtisad elmləri doktorları
- Əlifba sırasına görə vəzifəli şəxslər
- TBMM XXI çağırış deputatları
- TBMM XXIII çağırış deputatları
- TBMM XXIV çağırış deputatları
- TBMM XXV çağırış deputatları
- TBMM XXVI çağırış deputatları
- TBMM XXVII çağırış deputatları
- TBMM XXVIII çağırış deputatları
- Türkiyə siyasətçiləri
- Türk siyasətçilər
- Erməni soyqırımının inkarçıları