Dəfn (Mikelancelo)
Dəfn | ||
---|---|---|
Deposizione di Cristo nel sepolcro | ||
| ||
Rəssam | Mikelancelo | |
Tarixi | 1500-1501 | |
Üslubu | dini incəsənət[d] | |
Texnikası | panel üzərində tempera | |
Ölçüləri | 162 × 150 | |
Materialı | ağac | |
Saxlanıldığı yer | London Milli Qalereyası | |
Saytı | nationalgallery.org.uk/p… | |
İnventar nömrəsi | NG790[1] | |
Vikianbarda əlaqəli mediafayllar |
Dəfn İtalyan İntibah dövrünün ən görkəmli nümayəndələrindən biri olan Mikelancelo Buonarrotiyə aid olan və təxminən 1500-1501 illərə aid Məsihin dəfn mərasiminin yarımçıq qalmış rəsm əsəridir. Tablo hal-hazırda London Milli Qalereyasında saxlanılır.
1981-ci ildə aşkar edilmiş sənədlərə görə Mikelanceloya Romadakı SantAgostino kilsəsinin panel rəsmini çəkmək tapşırıldı, lakin rəssam sonda aldığı bütün əmək haqqını geri qaytarmışdır.[2] Dəqiq olmasa da görülən iş, ehtimal ki, dəfn idi və Mikelancelonun Florensiyaya qayıtması ilə yarımçıq qalmışdır. Panelin ortasında İsa qəbirə tərəf hərəkət edir. İsanın arxasında saqqalı qoca öz məzarını İsaya verən Aramatyalı Yusifdir. Sol tərəfdəki uzun narıncı paltar geyən adam ehtimal ki, Həvari Yuhənnadır, onun yanında diz çökən isə Mariya Maqdalenadır. Sağdakı iki nəfər isə qeyri-məlumdur. Digər hazır olmayan fiqur isə ehtimal olunur ki, Məryəmdir.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ http://www.nationalgallery.org.uk/paintings/michelangelo-the-entombment.
- ↑ "La tela incompiuta di Michelangelo" (it. ). 19 may 2020 tarixində arxivləşdirilib.