Dərbəndilər

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Azərbaycan sülalələri

DərbəndilərŞirvanşahlar sülaləsinin üçüncü qolu (1382-1538). Şirvanşahların sülalə bölgüsü barədə müxtəlif mülahizələr mövcuddur, son tədqiqatlara görə ayrıca sülalə olmayıb, vahid Şirvanşahlar xanədanının bir mərhələsini təşkil etmişlər.[1]

Dərbəndilərin hakimiyyəti dövründə Şirvanın müstəqilliyi uğurunda Qızıl Orda, Teymurilər, Qaraqoyunlular, AğqoyunlularSəfəvilərlə müharibələr aparılmışdır. Şirvanda ipəkçilik, sənətkarlıq, ticarət inkişaf etmiş, Şamaxıda və Bakıda quruculuq işləri görülmüşdü. Qonşu ölkələrə, o cümlədən Böyük Moskva knyazlığı ilə ticarət əlaqələri və diplomatik münasibətlər yaranmışdı. Səfəvi hökmdarı I Təhmasibin dövründə Şirvanın Səfəvilər dövlətinə birləşdirilməsi Dərbəndilər sülaləsinin hakimiyyətinə son qoydu.

Nümayəndələri

[redaktə | mənbəni redaktə et]
Rəsm/Pul Adı Hakimiyyət dövrü Əvvəlki şahlarla əlaqəsi
I İbrahim 1382 - 15 sentyabr 1417 Sultan Məhəmməd Dərbəndinin oğlu
I Xəlilullah 1417 - 1465 I İbrahimin oğlu
I Fərrux Yasar 1465 - 1500 I Xəlilullahın oğlu
Bəhram bəy 1500 - 1501 I Fərrux Yasarın oğlu
Qazi bəy 1501 I Fərrux Yasarın oğlu
Sultan Mahmud 1501 - 1502 Qazi bəyin oğlu
II İbrahim 1502 - 1524 I Fərrux Yasarın oğlu
II Xəlilullah 1524 - 1535 II İbrahimin oğlu
II Fərrux Yasar 1527 - 1535 II İbrahimin oğlu
Şahruh 1535 - 1539 II Fərrux Yasarın oğlu
Səfəvilərin işğalından sonrakı iddiaçılar
Burhan Əli 1548 - 1549 II Xəlilullahın oğlu[2]yaxud

Keyqubad ibn Əbubəkr ibn İshaq ibn İbrahimin oğlu[3]

Mehrab 1550 Əlaqəsi bilinmir
Qurban Əli 1550 Əlaqəsi bilinmir
Qasım Mirzə 1554 Əlaqəsi bilinmir
Kavus Mirzə 1577 - 1578 Bürhan Əlinin bacısı oğlu
Əbubəkr Mirzə 1578 - 1583 Bürhan Əlinin oğlu
  1. Azərbaycan Sovet Ensiklopediyası. Məqalə: Dərbəndilər
  2. Sara Aşurbəyli, Şirvanşahlar dövləti, səh. 134
  3. Abbasqulu ağa Bakıxanov, Gülüstani İrəm, səh. 43