41°12′12″ şm. e. 47°11′48″ ş. u.HGYO

Dairəvi məbəd

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Dairəvi məbəd
Məbədin ön hissəsi
Xəritə
41°12′12″ şm. e. 47°11′48″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Şəki Şəki
Yerləşir "Yuxarı-baş Tarix-Memarlıq Qoruğu"
Tikilmə tarixi V-VI əsrlər[1]; XVIII-XIX əsrlər[2]; XIX əsr[3][4][5]
Üslubu Alban memarlığı
Vəziyyəti Şəki Xalq Tətbiqi Sənət Muzeyinin binası kimi istifadə olunur.
Rəsmi adı: Historic Centre of Sheki with the Khan’s Palace
TipiMədəni
Kriteriyaii, v
Təyin edilib2019
İstinad nöm.1549
DövlətAzərbaycan
RegionAvropa
İstinad nöm.327
KateqoriyaKilsə
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Dairəvi məbəd (Azərbaycan)
Dairəvi məbəd
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dairəvi məbəd,[3] Nuxa Üçmüqəddəs kilsəsi (rus. Нухинская трехсвятительская церковь)[6] və ya Nuxa Müqəddəs kilsəsi" (rus. Нухинская Святительская церковь)[7]Şəki şəhərindəki Nuxa qalasında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi.[3] Hazırda bu tikilinin içində Şəki Xalq Tətbiqi Sənət Muzeyi yerləşir.

Nuxa qalasının 1853-cü ildə tərtib olunmuş planı (Bu şəkil 1988-cı ildə çap olunmuş kitabdan götürülmüşdür; kitabın müəllifləri Üçmüqəddəs kilsəsini "məscid" (№2) adıyla işarələyiblər)

Dairəvi məbədin əsas hisəsinin (artırmalarsız) üstü günbəzlə tamamlanır və bu ilkin hissə memarlıq üslubuna, tikintisində istifadə edilmiş inşaat materiallarının növünə görə qaladakı digər tikililərdən xeyli fərqlənir. Həmin səbəbdən də bəzi tədqiqatçılar onun tarixini Qafqaz Albaniyası dövrünə aid edirlər.[1] Lakin XX əsrin ortalarında mütəxəssislər Nuxa qalası ərazisinə baxış keçirərkən bu qənaətə gəlmişlər ki, 6 ha ərazini əhatə edən qalanın içində məscid və Şəki xan sarayı istisna olmaqla, bütün tikililər rus dövrünə aiddir.[8] Dairəvi məbəd XIX əsrin ən geci 1853-cü ildən XX əsrin əvvəllərinə qədər indiki Şəki şəhərində fəaliyyət göstərmiş yeganə pravoslav kilsəsi idi.

Kilsə binası təmiz yonulmuş əhəngdaşı ilə əvvəl dairəvi planda tikilmiş və üstü günbəzlə tamamlanmışdı. Sonralar isə ona üç tərəfdən çay daşı və kərpic hörgüsü ilə əlavələr edilərək genişləndirilmiş və o xaç formasına (yuxarıdan baxdıqda) salınmışdır. Bu iş 1853-cü ilə qədər baş vermişdir. Belə ki, Nuxa qalasının 1853-cü il planında artlq kilsə binası xaç şəklinə salınmış əlavələri ilə birlikdə göstərilir.

Məlum olduğu kimi Nuxa qalasının divarları elə tikilmişdir ki, yuxarıdan baxdıqda adı ərəb əlifbası ilə "Məhəmməd… (xan)" kimi oxunur.[9][10] Deyilənə görə bu oxunuşda kilsə binası ilkin dairəvi görkəmi ilə "Nun" hərfinin nöqtəsi imiş.[11] Kilsənin ilkin dairəvi hissəsi memarlıq üslubuna və tikintisində istifadə edilmiş inşaat materiallarının növünə görə qaladakı digər tikililərdən xeyli fərqlənir. Ya ruslar bunu 1819-cu ildən sonra dairəvi formada kilsə kimi tikmiş və bir müddət sonra, 1853-cü ilə qədər onu daha da genişləndirərək xaç şəklinə salmışlar? Ya da bu tikili 1819-cu ilə qədər Nuxa qalasında mövcud olmuşdur, ruslar 1853-cü ilə qədər onu xaç formasına salaraq pravoslav kilsəsinə çevirmişlər?

Nuxa qalasının 1819-cu il təsvirində kilsə haqqında heç bir qeyd yoxdur. Lakin təsvirdə Nuxa qalasındakı bir çox tikililərin özləri və koordinatları barədə məlumat verildikdən sonra, həm də qeyd edilir ki, "qaladakı Şəkinin rəhbərlərinə aid olmuş digər tikililər əsgərlər və xoylular tərəfindən tutulmuşdur". Bu qeyddən isə məlum olur ki, həmin vaxt qalada mövcud olmuş tikililərin bəziləri təsvirdə göstərilməyə də bilər və bu səbəbdən də, kilsənin 1819-cu ildə Nuxa qalasında mövcud olub-olmamasını Təsvir əsasında dəqiqləşdirmək mümkün deyil.

Hal-hazırda keçmiş pravoslav məbədi "Dairəvi məbəd" adı ilə dövlət qeydiyyatındadır və ölkə əhəmiyyətli memarlıq abidəsi statusuna malikdir.[3] Keçmiş kilsə binasının içində isə Şəki Xalq Tətbiqi Sənət Muzeyi yerləşir.

Üçmüqəddəs (Kappadokiyalı kilsə ataları): Basil Qeysəriyyəli (Böyük Vasili), Qriqor Nazianzen, İoann Xrisostom

Kilsənin adı 1861-ci ilə aid mənbədə "Nuxa Üçmüqəddəs kilsəsi" (rus. Нухинская трехсвятительская церковь) kimi,[6] 1905-ci ilə aid digər bir mənbədə isə "Nuxa Müqəddəs kilsəsi" (rus. Нухинская Святительская церковь) kimi[7] qeyd edilmişdir.

Aid olduğu yeparxiya

[redaktə | mənbəni redaktə et]

Məbəd 1905-ci ildə Gürcüstan yeparxiyasına aid olmuşdur.[7]

Keşişləri və digər kilsə xidmətçiləri haqqında

[redaktə | mənbəni redaktə et]
Şəki şəhərindəki rus kilsəsinin cənub tərəfində David Utiyevin qəbri

1853-cü ilə aid mənbədə kilsədə Yevstafiy ata,[12] 1861-ci il mənbəsində də Yevstafiy Xuçiyev adlı şəxsin keşiş olması qeyd edilir.[6]

1894–1896-cı illərdə kilsədə zəbur oxuyanın (rus. псаломщик) adı Qavriil Peçenski olaraq qeyd edilmişdir.[13][14]

1905-ci il mənbəsində burada David Utiyev(David Utiyev 1875-ci ildə ingiloy kilsəsinin keşişi idi və Tasmalı kənd əhalisinin xristianlaşdırılmasına çalışmışdı[15]) adlı şəxsin keşiş olması qeyd edilmişdir.[7] David Utiyevin qəbri isə kilsənin cənub-qərb tərəfindədir.

Kilsə binasının daha əvvəl məscid olması ilə bağlı iddialar

[redaktə | mənbəni redaktə et]
Şəki xan sarayı həyətinin köhnə qapısının yeri; həyətin içərisindən görünüş; bu qapının qarşısında 20-ci əsrin 90-cı illərinə qədər kiçik, 2×2 m ölçülü kilsə vardı və bu kilsə 1828-ci ildə xanın ev məscidinin yerində yaradılmışdı.

XX əsrin ortalarında mütəxəssislər Nuxa qalası ərazisinə baxış keçirərkən bu qənaətə gəlmişlər ki, 6 ha ərazini əhatə edən qalanın içində məscid və Şəki xan sarayı istisna olmaqla, bütün tikililər rus dövrünə aiddir,[8] baxmayaraq ki, 1853-cü ildən indiyə qədər qalada heç bir məscid yoxdur. Görünür, burada daha köhnə hesab edilmiş məscid deyildikdə Üçmüqəddəs kilsəsi nəzərdə tutulmuşdur. Səbəb isə bu ola bilər ki, məşhur rus səyyahı Seqalın və öz dövrünün görkəmli maarifçilərindən biri olan Rəşid bəy Əfəndiyevin, müvafiq olaraq, 1902-ci ildə və 1925-ci ildə çap olunmuş kitablarında iddia edilmişdir ki, ruslar 1828-ci ildə xanın ev məscidini pravoslav kilsəsinə çevirmişlər.[16][17]

Həqiqətən, Nuxa qalasının 1819-cu ildə tərtib edilmiş təsvirində Məhəmmədhəsən xanın evindən aşağıda, evə giriş qapısının solunda xanın şəxsi ibadətxanasının olması göstərilir.[18] Amma 2X2 m ölçülü həmin kiçik kilsə, Məhəmmədhəsən xanın evinin içində olmuşdur və XX əsrin 90-cı illərinə qədər orada kiçik bir kilsə vardı. Üçmüqəddəs kilsəsi isə həmin kilsənin yerindən azı 50 metr cənubdadır.

Kilsə binasının şərq tərəfindəki ərazi

[redaktə | mənbəni redaktə et]

Rusiya imperiyası dövründə Nuxada vəfat etmiş bir-neçə yüksək çinli rus məmurunun qəbri hal-hazırda kilsənin şərq tərəfindəki torpaq sahəsindədir. Mümkündür ki, həmin ərazi ruslara məxsus qəbristanlıq olmuş və orada daha çox sayda rus məmuru, rus hərbi qulluqçusu dəfn edilmişdir.

  1. 1 2 Г. Мамедова - Зодчество Кавказской Албании, Баку, 2004, стр. 42-43.
  2. Шәки // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: ФростШүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 500.
  3. 1 2 3 4 "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI" (az.)). e-qanun.az. 2001-08-02. 2015-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-25.
  4. "C.Х. Гаджиева, Азербайджанский Архитектурно- Строительный Университет, Баку, Азербайджан. ДВОРЦОВЫЕ СООРУЖЕНИЯ ГОРОДА ШЕКИ" (PDF). 2020-07-09 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2020-09-15.
  5. "ŞƏKİ ŞƏHƏRİ VƏ RAYONU ƏRAZİSİNDƏ DÖVLƏT MÜHAFİZƏSİNƏ GÖTÜRÜLMÜŞ DAŞINMAZ TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİ". 2015-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-08.
  6. 1 2 3 "Странник. Духовный ученно-литературный журнал за 1861 год. Том 3. Санктпетербург — 1861". 2016-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-22.
  7. 1 2 3 4 "Церковныя вѣдомости, Том 18, c. 175. 1905". 2017-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-23.
  8. 1 2 "С. А. ДАДАШЕВ, М. А. УСЕЙНОВ. АРХИТЕКТУРА АЗЕРБАЙДЖАНА III - XIX ВЕКА. МОСКВА 1948. стр. 21". 2020-01-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-09-15.
  9. "Köçərli Firudin bəy. Azərbaycan ədəbiyyatı, I cild, səh.: 397, Bakı, 2005" (PDF). 2021-08-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-02-03.
  10. "Köçərli Firudin bəy. Azərbaycan ədəbiyyatı, I cild, Mirzə Fətəli Axundov, html". 2018-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-03.
  11. "Aydın Nəmmədov, Muzey işi və tarixi abidələrin mühafizəsi üzrə mütəxəssis. "İpəkçi" qəzeti, 7 mart 2013-cü il, №1(2287), səh. 4". 2016-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-08.
  12. "Žurnal Ministerstva Narodnago Prosveščenija: 1853,11". 2016-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-23.
  13. "Серия Монастыри Крыма. Рассекречено. Топловская Свято-Параскевская обитель" (PDF). 2016-03-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-05-23.
  14. Гавриил Францевич Печинский — Родовод
  15. "Християнізація в північно–західному Азербайджані в …" (PDF). 2019-09-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-09-10.
  16. И. Л.Сегаль. Елисаветпольская губерня, стр.: 15, Тифлис, 1902.
  17. Rəşid bəy Əfəndiyev. Nuxa qəzasındakı asarü-ətiqələr haqqında, Bakı, 1925 Arxivləşdirilib 2016-10-22 at the Wayback Machine.
  18. "Nuxa qalasının vəziyyəti barədə mayor Lisaneviçin 1819-cu ildə tərtib etdiyi akt". 2014-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-02.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]