Dalğa (fizika)
Dalğa — rəqslərin mühitdə yayılması prosesidir. Mexaniki dalğa mexaniki rəqslərin elastik mühitdə yayılmasıdır. Mexaniki dalğaların yaranması və yayılması üçün ən vacib şərt elastik mühitin olmasıdır.
Ümumi dalğa tənliyi budur:
Burada x-nöqtənin tarazlıq vəziyyətindən olan yerdəyişməsi, A-rəqsin amplitududur, t-rəqsin başlanması anından hesablanan zaman, v-dalğanın yayılma sürəti, r-rəqsin koordinat başlanğıcından t müddətinə yayıldığı məsafədir.
Dalğanın növləri
[redaktə | mənbəni redaktə et]Dalğanın 2 növü vardır:
- Uzununa dalğa – rəqs istiqamətində yayılan dalğaya deylir.
- Eninə dalğa – rəqslərə perpendikulyar istiqamətində yayılan dalğaya deyilir.
Eninə dalğa zərrəciklərin rəqs istiqamətinə perpendikulyar istiqamətdə yayılan dalğaya deyilir. Eninə dalğa dalğa qabarıqlarının və çökəkliklərinin növbə ilə təkrarlanmasıdır. Eninə dalğalar elə mühitdə yayıla bilər ki, orada mühitün formasının dəyişməsi nəticəsində elastiklik qüvvələri yaransın. Ona görə də eninə elastik dalğalar ancaq bərk cisimlərdə yayılır. Qaytanın bir ucunu divara bərkidib digər ucunu yuxarı-aşağı rəqs etdirməklə eninə dalğaların qaytan boyunca necə yayıdığını görə bilərik. Mayenin səthində də eninə dalğalar yarana bilər. Lakin həmin dalğalar elastiklik qüvvəsinin hesabına deyil, ağırlıq qüvvəsinin təsiri və mayenin səthi gərilməsi nəticəsidə yaranır. Bu səbəbdən onları qravitasya dalğalari adlandırırlar.
Uzununa dalğa zərrəciklərin rəqsi istiqamətində yayılan dalğaya deyilir. Uzununa dalğada hər bir zərrəciyin rəqsi hərəkətinin istiqaməti dalğanın yayılma istiqaməti boyunca yönəlir. Elastik yayın bir ucunu stolun o biri başına bərkitməklə digər ucunu irəli-geri hərəkət etdirib sıxılma və seyrəkləşmənin necə təkrarlanmasını görmək olar. Səs dalğaları mühitdə yayılan və səs duyğusu yarada bilən mexaniki dalğalardır. Uzununa dalğalar bütün mühitlərdə - bərk cisimlərdə, maye və qazlarda yayılır. Səs dalğaları uzununa dalğalardır və havanın sıxılma və seyrəkləşməsinin mühitdə təkrarlanaraq yayılmasıdır. Əgər telefonu vakuum balonun altına qoyub balonun havasın sorsaq səsin kəsildiyin görərik. Havasız mühitdə yayılmır. İnsan qulağının səs şəklində qəbul etdiyi dalğaların tezliyi 16 Hs-20.000 Hs intervalında yerləşir. Səs vibratoru Səs tezliyi ilə rəqs edən istənilən cisimdir.
Dalğanın intensivliyi
[redaktə | mənbəni redaktə et]Dalğanın gücü onun amplituduna görə ölçülür. Dalğanın amplitudu yırğalanmadan fərqli olaraq skalyar kəmiyyətdir. Lakin Dalğanın enerji daşınmasını daha dəqiq öyrənmək üçün Dalğa axınının sıxlıq vektoru kəmiyyətindən istifadə edilir:
I = kA2 (I – dalğa axınının sıxlıq vektoru, k – proporsionallıq faktoru, A-amplitud).
Dalğanın yayılması
[redaktə | mənbəni redaktə et]Dalğanın yayılması yırğalanmadan fərqlidir.Belə ki, dalğanın yayılması zamanı heç bir materiya daşınmır, yalnız enerji daşınır.
Dalğanın fiziki hissəciklərdən asılılığı
[redaktə | mənbəni redaktə et]- Qravitasiya dalğası
- Elektromaqnit dalğası
- Plazma dalğası
- Həcm dalğası
- Elastiki dalğa
Hissəciklərə təsiri
[redaktə | mənbəni redaktə et]Əgər dalğanın qarşısına çıxan hansısa bir hissəcikdə qüsur varsa, aşağıdakı hadisələr baş verir:
- Əks etmə
- Rezonans
- İşıqlanma
- Difraksiya
- Sınma