Danimarkalı qız (film)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Danimarkalı qız
The Danish Girl
Janr bioqrafiya, dram
Rejissor Tom Huper
Prodüserlər Tim Bevan
Erik Fellner
Enn Harrison
Tom Huper
Geyl Mutruks
Əsərin müəllifi Devid Eberşofun Danimarkalı qız romanı
Ssenari müəllifi Lüsinda Kokson
Baş rollarda Eddi Redmeyn
Alisiya Vikander
Mattias Şonarts
Ben Uişou
Sebastyan Kox
Ember Hörd
Operator Denni Kohen
Bəstəkar Aleksandr Desplat
İstehsalçılar Working Title Films
Pretty Pictures
Artemis Productions[1]
Revision Pictures
Senator Global Productions
Distribütor:Focus Features
Universal Pictures International
Distribütor UIP-Dunafilm[d][5]
İlk baxış tarixi 5 sentyabr 2015 (Venesiya)
27 noyabr 2015 (ABŞ)
1 yanvar 2016 (BK)
Müddət 119 dəq.[2]
Büdcə $15 milyon[3]
Gəlir $34.7 milyon[4]
Ölkələr

{{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas =

}}
ABŞ ABŞ
Dil ingiliscə
İl 2015
Rəng rəngli
IMDb ID0810819
Mükafatları Ən yaxşı ikinci plan qadın roluna görə "Oskar" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Danimarkalı qız (ing. The Danish Girl) — rejissor Tom Huperin 2015-ci ildə, Devid Eberşofun Lili ElbeGerda Vegenerin həyatı əsasında yazdığı eyni adlı roman əsasında çəkdiyi bioqrafik dram filmidir.[6] Filmdə Eddi Redmeyn tarixdə ilk dəfə cinsiyyət dəyişmə əməliyyatı keçirmiş Lili Elbe obrazını, Alisiya Vikander onun həyat yoldaşı Gerda Vegener, Mattias Şonarts Hans Aksgil və Ben Vişou Henrik obrazlarını canlandırmışlar.

72-ci Venesiya Beynəlxalq Film Festivalında əsas müsabiqə çərçivəsində təqdim edilən[7][8] film daha sonra 2015 Toronto Beynəlxalq Film Festivalında Xüsusi Təqdimat bölməsində göstərilmişdir.[9] 27 noyabr 2015-ci ildə "Focus Features" tərəfindən ABŞ-də məhdud yayıma çıxarılan[10] film, 1 yanvar 2016-cı ildə "Universal Pictures International" tərəfindən Birləşmiş Krallıqda çıxarılmışdır.[11]

1920-ci illərin ortalarında portret rəssamı Gerda Vegener və məşhur peyzaj rəssamı Ayner Vegener Kopenhagendə yaşayır. Bir gün Gerdanın rəsmlərindən birinin modeli olan balerina gecikdiyinə görə, Gerda əri Aynerdən modeli əvəz etməyi xahiş edir. Qadın kimi poza verməsi Aynerin sonradan Lili Elba adlandırdığı həyati identifikasiyasının ortaya çıxmasına səbəb olur. Əvvəlcə o, bunu büruzə verməyə utansa da, sonradan onun hissləri geri dönülməz şəkildə özünü büruzə verir, Aynerin bütün həyatı boyu daxilində gizlətdiyi Lili üzə çıxmağa çalışır. Həkimə müraciət nəticəsində onda psixi pozuntunun olması qərarına gəlinir və Aynerin məcburi psixi xəstəxanaya yerləşdirilməsinə qərar verilir. Bundan sonra Gerda və Ayner Kopenhageni tərk edərək Parisə gedir. Gerdanın çəkdiyi Lili portretləri əvvəlki portret işlərindən fərqli olaraq art-dilerlər tərəfindən çox müsbət qarşılanır. Parisdə Gerda Aynerin uşaqlıq dostu olmuş art-diler Hans Aksgillə görüşür. Hans və Gerda arasında yaranan münasibətlər, ikincinin Liliyə olan münasibətinin dəyişməsinə səbəb olur. Gerda Aynerə xəyanət etmək istəmir və yalnız keçmiş dostluqlarına istinadən Hansın Aynerə kömək edə biləcəyini düşünür.

Şəxsi identikliyi və Ayner kimi sonrakı mövcudiyyəti Lili üçün çox ağır görünməyə başlayır, o, kömək üçün bir çox psixoloqlara müraciət etsə də, heç bir nəticə əlddə olunmur. Daha sonra Hansın məsləhəti ilə Lili və Gerda Dr. Kurt Varnekrosla görüşür. Dr. Varnekros əvvəl də bir neçə dəfə Ayner kimi özünü qadın hesab edən şəxslərlə görüşdüyünü və problemin aradan qaldırılması üçün cinsiyyət dəyişmə əməliyyatının keçirilməsi gərəkdiyini deyir. Əməliyyat iki mərhələdə həyata keçirilməli, birinci mərhələdə Lilinin hazırkı genitaliası əməliiyyat yolu ilə götürülməli, ikinci mərhələdə isə onun bədənində vagina yaradılmalı idi. Həkim, onları xəbərdar edir ki, bu cür əməliyyatın keçirilməsi çox təhlükəli ola bilər, çünki, əvvəllər heç vaxt belə əməliyyat həyata keçirilməyib və əgər hər şey baş tutsa Lili bu cür əməliyyat keçirmiş ilk insan ola bilər. Lili bütün şərtlərlə razılaşır və əməliyyat olunmaq üçün Drezdenə gedir. Əməliyyatın birinci mərhələsi uğurla başa çatır və Lili Kopenhagenə qayıdır. Lakin, orqanizmi tam bərpa olunmadan ikinci əməliyyatı keçirmək üçün tələsməsi Lilinin ölümünə səbəb olur. Filmin sonunda Hansı və Gerda Lilinin tez-tez əsərlərində təsvir etdiyi təpə üzərində dayanaraq onu xatırlayırlar. Lilinin Gerdaya hədiyyə etdiyi ipək şarfı külək onun boğazından açaraq uçurur.

Eddi Redmeyn Lili Elbe
Eddi Redmeyn Ayner Vegener rolu üçün seçilmiş ilk aktyor olmuşdur.

Prodüsserlərə təqdim edilməzdən əvvəl Lusinda Kokson on ilə yaxın filmin ssenarisi üzərində işləmişdir. "Creative Screenwriting"-ə müsahibəsində o, deyir ki, "Mən 2004-cü ildə işə başladım və bir neçə il ərzində biz artıq ssenariyə malik idik. Biz sonsuz dərəcədə xoşbəxt idik, çünki layihəni sevəndə insana elə gəlir ki, hamı onu sevəcək. Aktyorlar ssenarini çox bəyənmişdilər. Bir neçə məşhur aktrisa Gerdanı canlandırmaq istəsə də, əsas problem Lilini canlandıracaq aktyorun tapılması idi. Biz müxtəlif rejissorlarla əlaqə saxlayırdıq və hər rejissorla yeni layihə meydana çıxırdı."[12]

2009-cu ilin sentyabrında rejissor Tomas Alfredson "Variety" jurnalına açıqlamasında bu layihənin istehsalının onun gələcək "Cəsus, rədd ol!" adaptasiya filmindən qabağa salına bilər. O, əlavə edir ki, "Biz bütün il ərzində danışıqlar aparmışıq və demək olar ki, yaxın vaxtlarda istehsala başlayacağıq."[13] 2009-cu ildə İsveç qəzetinin yaydığı məlumatda bildirilir ki, Alfredson artıq "Danimarkalı qız" layihəsinin gerçəkləşdirilməsi ilə maraqlanmır və o, "Cəsus, rədd ol!" filmi üzərində işə başlayıb. Alfradeson bildirir ki, danışıqlar tamamlanmamışdan əvvəl "Danimarkalı qız" layihəsi haqqında məlumat verdiyinə görə təəssüf edir. O, həmçinin əlavə edir ki, hələ də filmi ekranlaşdırmaqda maraqlıdır və yenidən layihəyə qayıda bilər.[14][15]

12 yanvar 2010-cu ildə İsveç mediasına açıqlamasında İsveç rejissoru Lasse Hallström layihədə Alfredsonu əvəzləmək üçün razılaşma əldə etdiyini açıqlamışdı.[16]

Bir neçə il davam edən aktyor seçimlərindən sonra Gerda rolunun Alisiya Vikander tərəfindən canlandırılmasına qərar verilmişdir.

Gerda Vegener rolunun əslində Şarliz Teron tərəfindən oynanılması nəzərdə tutulsa da, onun layihədən uzaqlaşmasından sonra yerinə Qvinet Peltrou təyin edilmişdir.[17] Lakin, məkan dəyişiklikləri səbəbiylə Peltrou da layihədən uzaqlaşır.[18] Bundan sonr rolu Uma Turmanın canlandıracağı haqqında şaiyələr yayılmış, 2010-cu ilin sentyabrında isə Mariyon Kotiyarın Gerda rolu üçün əsas namizəd olduğu bildirilmişdi.[19]

11 iyun 2010-cu ildə "The Hollywood Reporter" filmin Almaniyanın NRW Film Şurasından €1.2 milyon ($1.5 milyon) maliyyələşmə ala bildiyini açıqlamışdı. Razılaşmanın şərtlərinə Almaniyada 19 günlük çəkilişlər də daxil idi.[20] 2011-ci ilin fevralında "Screen Daily" filmin çəkilişlərinin həmin ilin iyulunda başlayacağı və Reyçel Veytzin Gerda rolunu canlandıracağı haqqında məlumat yaymışdı.[21] Həmin ilin mayında həm Veytzin, həm də Hallströmun layihədən uzaqlaşdığı açıqlanmışdı.[22]

28 aprel 2014-cü ildə filmin Tom Huperin rejissorluğu ilə çəkiləcəyi və Eddi Redmeynin baş rolu canlandıracağı açıqlandı.[23] 19 iyun 2014-cü ildə isə Alisiya Vikanderin Gerda rolu üçün seçilməsi elan edildi.[24] 8 yanvar 2015-ci ildə Mattias Şonarts aktyor heyətinə qoşulmuşdur.[25]

Filmin çəkilişlərinin 2010-cu ilin yazında Berlində başlaması planlaşdırılırdı.[26][27] Kokson "Creative Screenwriting"-ə açıqlamasında çəkilişlərin Tom Huperlə başlayacağını və onun köhnə ssenari üzrə film çəkəcəyini açıqlamışdı: "Tom Huper üzərində dayanana kimi, biz təxminən iyirmiyə yaxın layihə dəyişdik. Lakin, çəkməyə başladığımız layihə, lap birinci yazılmış və tomun hələ 2008-ci ilin əvvəllərində oxuduğu ssenaridir. Mən Tom üçün ssenari üzərində çoxsaylı dəyişikliklər etsəm də, biz kişik dəyişikliklərlə ilkin variantı istifadə etmək qərarına gəldik.".[12]

Filmin çəkilişləri 2015-ci ilin fevralında başlamış və Redmeyn bu zaman çəkiliş meydanında diqqət çəkmişdir.[28] Çəkilişlər həm də 1930-cu illər Kopenhagenini xatırladan Nihavn ərazisində aparılmışdır.[29][30] 31 mart 2015-ci ildə Redmeyn döyüş səhnəsində diqqət çəkmişdir.[31] Kopenhagen və Paris mənzilləri dekorasiyası Londondakı Elstri Studiyasında qurulmuş, əlavə olaraq Kopenhagen və Brüsseldə bəzi çəkilişlər aparılmışdır.[32] 12 aprel 2015-ci ildə filmin çəkilişləri tamamlanmışdır. 44 gün davam edən istehsal prosesində 6 ölkədə 186 səhnə çəkilmişdir.[32]

Orijinal saundtrek 4 dekabr 2015-ci ildə Decca Records şirkəti tərəfindən satışa buraxılmışdır və özündə fransız kinobəstəkarı Aleksandr Despla (fr. Alexandre Desplat) tərəfindən yaradılmış soundtrek siyahısını saxlayır. O, 20 mahnını özündə birləşdirir, saundtrekin ümumi müddəti 59:06 dəqiqəyə bərabərdir[33]. 2015-ci ildə Satellite Awards, eləcə də 2016-cı ildə Qızıl Qlobus Mükafatlarının keçirildiyi mərasim zamanı, Despla öz işinə görə "Ən yaxşı film musiqisi" kateqoriyası üzrə bir neçə nominasiya əldə etmişdir.

The Danish Girl Original Motion Picture Soundtrack
Aleksandr Desplat tərəfindən ifa olunmuş film musiqisi
Növü film musiqisi
Yayımlanma tarixi 4 dekabr 2015
Janr film musiqisi
Müddət 59:06
Leybl Decca Records
Prodüser

İstehsaldan sonra

[redaktə | mənbəni redaktə et]

Filmin post-prodakşn mərhələsi 2015-ci ilin sentyabrında tamamlanmışdır.[35] Bəstəkar Aleksandr Desplatın sözlərinə görə, filmin istehsalının bu mərhələsi çox sürətlə tamamlanmışdır. Montaj işləri həyata keçirildiyi dövrdə Desplat film musiqisini yazmış və filmin Venesiya Beynəlxalq Film Festivalında təqdim edilməsinə cəmi bir həftə qalmış film musiqisi lentə alınmışdır.[36]

"Indiewire" və "After Ellen" saytlarına açıqlamasında Tom Huper filmin romandan fərqli bitəcəyini bildirmişdi. Belə ki, romanda Gerda və Lili birlikdə qalmır, lakin, filmdə onların birlikdə qaldıqları göstərilir. Hansın süjet xəttini xüsusi vurğulayan Huper, bildirir ki, çalışıblar elə görünməsin ki, sanki Hans və Gerda arasında hansısa romantik münasibət yarana bilər və ya Hans Liliyə rəqib ola bilər.[37][38]

Alisiya Vikander MTV International telekanalına verdiyi müsahibədə bildirmişdi ki, Ember Hördün rəqs etdiyi iki səhnə kəsilmişdir, bu ixtisardan əvvəl birinci montajın yekununda isə film 2 saat davam etmişdir.[39]

Çıxarılması

[redaktə | mənbəni redaktə et]

4 mart 2015-ci ildə "Focus Features" filmin 27 noyabr 2015-ci ildə məhdud yayıma çıxarılacağını açıqlamışdı.[40] Filmin dünya premyerası 5 sentyabr 2015-ci ildə 72-ci Venesiya Beynəlxalq Film Festivalında baş tutmuşdur.[41][42] 1 yanvar 2016-cı ildə film Birləşmiş Krallıqda çıxarılmışdır.[11]

Eddi Redmeynin Lili Elbe rolunda ilk fotosu 26 fevral 2015-ci ildə yayımlanmışdır.[43] Avqustda Vikander və Redmeynin birlikdə təsvir edildiyi posterlər çıxarılmışdır.[44] 1 sentyabr 2015-ci ildə filmin ilk treyleri[45], 19 noyabr 2015-ci ildə isə filmdən ilk klip təqdim edilmişdir.[46]

27 yanvar 2016-cı ildə $15 milyon büdcəsi olan "Danimarkalı qız" filminin Şimali Amerika gəlirləri $9.97 milyon, digər ərazilərdən gəlirləri $20.94 milyon, ümumdünya gəlirləri isə $30.92 milyona çatmışdır.[4]

Dekabrda kinoteatrlara paylanana kimi film, 27 noyabr 2015-ci ildə ABŞKanadada məhdud yayıma buraxılmış, Nyu-YorkLos-Ancelesdə cəmi dörd kinoteatrda göstərilmişdir.[47] Açılış həftəsonu $185,000 toplayan film, $46,250 orta gəlirlə teatr başına bölgüyə görə 2015-ci ildə altıncı ən gəlirli film olmuşdur.[47] Açılış həftəsonu izləyicilərin 58%-i qadınlar olmuşdur ki, onların da 67%-i 40 yaşından böyük olmuşdur.[47]

Tənqidçilərin mövqeyi

[redaktə | mənbəni redaktə et]

"Danimarkalı qız" filmi tənqidçilərdən əsasən müsbət rəylər almışdır. "Rotten Tomatoes" aqqreqatorunda 177 rəy əsasında 71% müsbət rəy alan film 6.6/10 balla qiymətləndirilmişdir. Saytın ortaq rəyində deyilir: "Danimarkalı qız Eddi Redmeynin istedadının başqa bir tərəfinin açılmasına xidmət edir, gözəl çəkilmiş bioqrafik drama insanı provokativ mövzular ətrafında düşünməyə məcbur edir."[48] "Metacritic" aqqreqatorunda 40 tənqidçinin rəyi əsasında filmə 100 baldan 66 bal verilmiş, "əsasən müsbət rəylər" alması qeyd edilmişdir.[49]

"Vulture.com"-dan Kayli Buçanan yazır ki, film, "əslində streyt insanlar haqqında olan kvir və trans filmləri" tendensiyasını davam etdirir.[50] "The Sydney Morning Herald"dan Pol Birns filmi "itirilmiş imkan" adlandırı və deyir ki, "geyimlər emosiyalardan daha inandırıcı görünür."[51] "Minority" jurnalında film haqqında dərc edilmiş məqalədə qeyd edilir ki, "…film, incə detallardan ibarətdir. Rejissor, çox güman ki, bununla izləyiciyə Lilinin həyəcanlarını maksimum çatdırmağa çalışıb. Məhz bu səbəbdən filmdə cərəyan edən hadisələr hansısa məqamda uzanır, hansısa məqamda isə əksinə, qısalır."[52]

Sisgender kişinin filmdə trans qadın obrazını canlandırması da bəzi tənqidlərə səbəb olmuşdur.[53] Film həm də tarixi şəxsiyyətin həyatının feminizatik erotika şəklində təsvir edilməsinə, bədii kitaba əsaslanaraq Ayner və Gerdanın həyatının bəzi hissələrinin düzgün təsvir edilməməsinə görə tənqid edilmişdir.[54][55][56]

Tarixi qeyri-dəqiqliklər

[redaktə | mənbəni redaktə et]
  • Film Devid Eberşofun "Danimarkalı qız" romanı əsasında çəkilmişdir. Eberşofun özü qeyd edir ki, roman, tarixi həqiqəti nəql etməyə borclu deyil. Romanda o, yalnız Lilinin daxili həyatı və hissləri ilə bağlı fikirləri özündən əlavə etməmiş, həm də Hans və Henrik kimi personajları uydurmuşdur ki, həmin personajlar da filmdə təqdim edilmişdir.[6]
  • Filmdə hadisələr 1926-cı ildə başlayır, bu zaman Eynar/Lili 44, Gerda isə 40 yaşında idi. Onların evliliyi 26 il (1904–1930) davam etmişdi; evləndikləri zaman Eynarın 22, Gerdanın isə 18 yaşı var idi. Filmdə Eynar və Gerdanın cəmi 6 il evli olmaları qeyd edilir.[6]
  • Filmdə təsvir edilmiş hadisələr baş verdiyi zaman Gerdanın 43–44 yaşı var idi. 1930-cu ildə ilk dəfə cinsiyyət dəyişmə əməliyyatı keçirdiyi zaman Lilinin 47 yaşı var idi, lakin o, növbəti il, yəni 48 yaşında vəfat etmişdi. Filmin çəkilişi zamanı Eddi Redmeyn 33, Alisiya Vikander isə 26 yaşında idi.
  • Lili və Gerda Parisə 1912-ci ildə, birinin 30 digərinin isə 26 yaşı olduğu zaman köçmüşdü. Lakin, filmdə elə təqdim olunur ki, onlar sanki 20-ci illərdə Parisə köçmüşdülər. 1910–1920-ci illərdə Paris nəzərə çarpacaq qədər liberal şəhər idi və bu da cütlüyün həmin şəhərə köçməsinin səbəbi olmuşdur. Kişi paltarı geyinmiş Lilinin Parisdə iki kişi tərəfindən lezbiyan edilərək döyülməsi səhnəsi də uydurmadır.[57]
  • Lilinin dəyişilmədən sonrakı tam adı Lili Aylsi Elvenes olmuşdur. Filmdə istifadə olunmuş yeganə ad "Lili Elbe" isə həmin dövrdə Kopenhagendə jurnalist olmuş Luiza "Lulu" Lassen tərəfindən Liliyə verilmiş addır.[58]
  • Bəzi mövzular, o cümlədən Gerdanın erotik rəsmlərinin geniş məlumat verdiyi[59][60] onun seksual həyatı[61], Gerda və Lilinin ayrılmaları həm romanda[62], həm də filmdə[57] buraxılmışdır. Gerda Vegenerin lezbiyan erotikası mövzusunda olan məşhur əsərləri filmdə qeyd edilmir, həmçinin, filmdə ikinci əməliyyat və ölüm zamanı onun Lilinin yanında olması göstərilsə də, əslində həmin vaxt Gerda ikinci əri Fernando Porta ilə birlikdə İtaliyada olmuşdur. Filmdə isə belə təqdim edilir ki, Gerda Lilinin ölümündən sonra evlənməmiş və uşaqları olmamışdır. Daha sonra Danimarkaya qayıtmış Gerda, 1940-cı ildə səfil vəziyyətdə burada vəfat etmişdir. Onun həyatında Hans Aksgil adlı şəxs də olmamışdır.[63]
Ölümünə kimi Lilinin sevgilisi olmuş Klod Lejun ümumiyyətlə filmdə qeyd edilməmişdir. Şəkildə Lejun və Elbe birlikdə, 1928-ci il.
  • Sonuncu əməliyyatı və ölümü zamanı Lilinin sevgilisi fransız art-diler Klod Lejun olmuşdur. Lili onunla evlənmək və ondan uşaq dünyaya gətirməyi arzulayırdı. Onların bir yerdə olduqlarını təsdiq edən və 1928-ci ilə aid olan foto mövzuddur. Həmin dövrdə Lili rəsmən Gerda ilə evli idi.[56] Filmdə Lejun ümumiyyətlə qeyd edilmir. Yuxarıda da qeyd edildiyi kimi, filmdə göstərilmiş Henrik obrazı isə tamamilə uydurma personajdır.[56][64][65][66]
  • Lilinin ölümü ilə bağlı mühüm bir fakt da filmdə düzgün göstərilməmişdir: Lili uşaqlıq köçürülməsi əməliyyatından (beşinci əməliyyat) sonra 1931-ci ildə 48 yaşında vəfat etmişdir, lakin, filmdə Lilinin cinsiyyət dəyişmə əməliyyatından (ikinci əməliyyat) sonra öldüyü göstərilir.[64] Çoxlu qeyri-dəqiqliklərin olmasına[67][68] baxmayaraq film "əsl tarix" və "əsl məhəbbət tarixçəsi" kimi təqdim edilir.[38][69][69][70][71]
  • Lili nə ilk transgender qadın, nə də ilk cinsiyyət dəyişmə əməliyyatı keçirən insan olmamışdır. Rudolf Rixter (1891-ci ildə doğulub, bəzi mənbələrdə Rudolf R. kimi də qeyd edilir) hələ kiçik yaşlarından özünü qız kimi hiss etmiş və 1922-ci ildə şəxsi istəyi əsasında kastrasiya edilmişdi (kişi cinsiyyət orqanı kəsilmişdi), bilateral orxidektomiya əməliyyatı (kastrasiya) keçirmiş Maqnus Hirşfeld isə bədənində qadın cizgilərinin çoxalması üçün testesteron ifrazının da məhdudlaşdırılmasına nail olmuşdu. Qadın kimi geyinən Maqnus Hirşfeld Seksual Tədqiqatlar institutunda xidmətçi kimi çalışırdı. Özünü Dörşen (qısa Dora) adlandıran Hirşfeld transvestitə çevrilmə prosesini gender tədqiqatlarını həsr edilmiş "Geschlechtskunde" adlı əsərində təsvir etmişdir. İnstitutun həkimi Feliks Abraham Dörşenin gender dəyişimini tematik tədqiqat kimi nəşr etdirmişdir: "Onun kastrasiyası — o qədər geniş olmasa da — bəzi mühüm effektlər vermişdi. Belə ki, onun bədəni daha dolu görünməyə başlamış, saqqal tüklərinin çıxması zəifləmiş, döşlərin inkişafının ilk mərhələsi başlamış, arxa hissəsində dəri altı yağların inkişafı sürətlənmiş …. və ümumilikdə bədəni daha qadınsal görünüş almışdır." 1931-ci ildə Dora Rixter/Dörşen R. 40 yaşında olarkən onun penisi institutun həkimi Dr. Levi-Lens tərəfindən amputasiya edilmiş, daha sonra isə Berlin cərrahı prof. Dr. Görbandt tərəfindən onun bədənində süni vagina yaradılmışdır.[72] Dora tarixdə ilk dəfə vaginoplastika əməliyyatı keçirən trans qadın olmuşdur. Seksual Tədqiqatlar İnstitutunda çalışmış psixiatr həkim Feliks Abrahams qeyd edir ki, "onun qadınlaşma yolunda ilk addımı 1922-ci ildə edilmiş kastrasiya olmuşdur." Bundan sonra 1931-ci ilə kimi uzun fasilə olmuş, həmin il penis amputasiyası həyata keçirilmiş, iyunda isə ikinci əməliyyat — Dr. Ervin Görbandt (1890–1965) tərəfindən eksperimental vaginoplastika əməliyyatı tətbiq edilmişdir.[58] Bu eksperimental əməliyyat (ilk vaginoplastika cəhdi də daxil olmaqla) böyük uğurla həyata keçirilmiş və bu uğur Lilinin də instituta gəlməsinə kifayət etmişdir. Lilinin əməliyyatı zamanı həkimlər, Dorşenin əməliyyatında olduğu zamandan daha təcrübəli idilər.[73] Lili, 1931-ci ildə Görbandtın vaginoplastika əməliyyatının tətbiq edildiyi ikinci trans qadın olmuşdur. Onun kastrasiyası və penektomiyası Dr. Lüdviq Levi-Lenz (1889–1966) tərəfindən həyata keçirilmişdir. Lilinin əməliyyatının mərhələləri bəzən tarix qarışımlarına səbəb olur.[58] Görbandt əməliyyat zamanı bilərəkdən xayaları toxunulmaz saxlayır ki, gələcək əməliyyatda onlardan cinsiyyət dodaqlarının yaradılması məqsədiylə istifadə edə bilsin. Lakin, naməlum səbəbdən növbəti əməliyyatı o həyata keçirmir. Bunun əvəzinə Lili Drezden Qadın Klinikasında Faşist partiyasının üzvü Dr. Kurt Varnekrosun (1882–1949) xidmətindən istifadə edir. Burada həyata keçirilmiş labiaplastika və sonuncu cərrahi təftiş 1931-ci ildə Lilinin infeksiya səbəbindən daxili orqanların fəaliyyətdən imtina etməsinə görə vəfat etmə ilə nəticələnir.[58] Seksual Tədqiqatlar İnstitutunda faşist tələbələrin həyata keçirdiyi kitab yandırma ritualı, Qadın Klinikasında məlumatların məhv edilməsi və sonradan 1945-ci ilin fevralında Drezdenin bombalanması Lili Elbenin əməliyyat tarixini bir qədər kölgəli etmişdir.[58]

Qadağan edilməsi

[redaktə | mənbəni redaktə et]

"Mənəvi əxlaqsızlıq"[74] səbəbiylə film Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İordaniyaKüveytdə qadağan edilmişdir.[75]

  1. "The Danish Girll". Artemis Productions. İstifadə tarixi: 5 fevral 2016.[ölü keçid]
  2. "THE DANISH GIRL (15)". British Board of Film Classification. 3 December 2015. 8 December 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 yanvar 2016.
  3. "How 'The Danish Girl' Made It to the Screen After a 15-Year Odyssey". Indiewire. December 7, 2015. January 1, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 yanvar 2016.
  4. 1 2 "The Danish Girl (2015)". Box Office Mojo. 2015-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2016.
  5. http://nmhh.hu/dokumentum/198182/terjesztett_filmalkotasok_art_filmek_nyilvantartasa.xlsx.
  6. 1 2 3 "BOOKS OF THE TIMES; Radical Change and Enduring Love". The New York Times. February 14, 2000. November 17, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2016.
  7. "Venice Film Festival: Lido Lineup Builds Awards Season Buzz – Full List". Deadline. 2017-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2016.
  8. "Venice Fest Reveals Robust Lineup Featuring Hollywood Stars and International Auteurs". Variety. 2017-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2016.
  9. "Toronto to open with 'Demolition'; world premieres for 'Trumbo', 'The Program'". ScreenDaily. 28 July 2015. 29 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2016.
  10. Hatchett, Keisha. "'The Danish Girl' starring Eddie Redmayne gets awards season release date". EW.com. 2015-03-04. 2021-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2016.
  11. 1 2 "Lana Wachowski helped Eddie Redmayne prepare for The Danish Girl". GayTimes.co.uk. November 24, 2015. November 25, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2016.
  12. 1 2 Swinson, Brock. ""The pleasure for me is in the monomania." Lucinda Coxon on The Danish Girl". Creative Screenwriting. 9 December 2015. 23 December 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 fevral 2016.
  13. Alfredson right helmer for 'Danish' Arxivləşdirilib 2010-09-03 at the Wayback Machine Variety. 15 September 2009
  14. "Tomas Alfredson hoppar av filmen med Nicole Kidman". Dagens Nyheter. December 7, 2009. February 13, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 fevral 2016. (#apostrophe_markup)
  15. "Alfredson vill ännu göra Kidman-film". Svenska Dagbladet. December 13, 2009. July 6, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 fevral 2016. (#apostrophe_markup)
  16. "Hallström gör film med Kidman – efter Alfredsons avhopp" (Swedish). Aftonbladet. January 12, 2010. October 15, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 fevral 2016. (#apostrophe_markup)
  17. Nicole Kidman and Gwyneth Paltrow to play husband and wife Arxivləşdirilib 2010-02-13 at the Wayback Machine The Telegraph. 9 November 2009
  18. Gwyneth Paltrow Opens Up About Marriage, Talks Brad & Angelina Arxivləşdirilib 2012-10-03 at the Wayback Machine Harper's Bazaar. may 2010
  19. "Casting Call: Kidman Headed Back To Broadway". 2012-10-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-08.
  20. 'Danish Girl' picks up German cash [ölü keçid] Hollywood Reporter. 11 June 2010
  21. Rehlin, Gunnar. "Hallstrom set to start The Danish Girl shoot in July". Screen Daily. 14 February 2011. 19 September 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 fevral 2016.
  22. Hallstrom leaves The Danish Girl, casts Persbrandt for The Hypnotist Arxivləşdirilib 2016-01-01 at the Wayback Machine Screen Daily. 15 may 2011
  23. "'Les Mis' Duo Tom Hooper And Eddie Redmayne Re-Team On 'The Danish Girl'". Aftonbladet. April 28, 2015. December 28, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 fevral 2016. (#apostrophe_markup)
  24. "Alicia Vikander To Star In 'Light Between Oceans' And 'Danish Girl'". Deadline. June 19, 2014. December 22, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 fevral 2016. (#apostrophe_markup)
  25. "Matthias Schoenaerts To Join Tom Hooper's 'The Danish Girl'". Deadline. January 8, 2015. May 12, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 fevral 2016. (#apostrophe_markup)
  26. How the strain may start to show as career-minded Gwyneth Paltrow and Chris Martin set to spend time apart Arxivləşdirilib 2020-11-09 at the Wayback Machine Daily Mail. 30 November 2009
  27. The serious business of becoming a woman [ölü keçid] Vancouver Sun. 16 February 2010
  28. Smith, Ryan. "Eddie Redmayne begins work on his movie The Danish Girl | Daily Mail Online". Dailymail.co.uk. 2020-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 fevral 2016.
  29. "Filmstjerner genskaber 1930ernes København". TV2.dk (Danish). 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-08.
  30. "Filming of The Danish Girl in Copenhagen". thelocal.dk. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-08.
  31. Flint, Hanna. "Eddie Redmayne is beaten as Einar Wegener on The Danish Girl set & No. 124; Daily Mail Online". Dailymail.co.uk. 2015-03-24. 2020-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 fevral 2016.
  32. 1 2 Brian Brooks. "Eddie Redmayne Gets Dressed For 'The Danish Girl'; Amy Berg Bows 'Janis: Little Girl Blue': Specialty Preview". Deadline.com. 25 November 2015. 24 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 fevral 2016. (#apostrophe_markup)
  33. 'The Danish Girl' Soundtrack Details Arxivləşdirilib 2022-05-24 at the Wayback Machine In: filmmusicreporter.com, 19. November 2015.
  34. http://filmspot.pt/filme/the-danish-girl-306819/.
  35. McCue, Michelle. "Eddie Redmayne & Laverne Cox At Special Screening Of Tom Hooper's THE DANISH GIRL". November 9, 2015. October 4, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 21, 2015.
  36. Gray, Tim. "Alexandre Desplat on the Music Challenges & Rewards of 'Danish Girl'". Variety.com. December 15, 2015. May 12, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 fevral 2016.
  37. Puchko, Kristy. "Tom Hooper Explains Why He Cast Eddie Redmayne as 'The Danish Girl'". Variety.com. November 25, 2015. May 3, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 fevral 2016.
  38. 1 2 "Alicia Vikander on the love story that is "The Danish Girl"". afterellen.com. November 24, 2015. November 26, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2016.
  39. International, MTV. "The Danish Girl Deleted Scenes: Cast's Favourite". YouTube.com. December 28, 2015. March 10, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 fevral 2016.
  40. Sneider, Jeff. "Eddie Redmayne's Transgender Drama 'The Danish Girl' Gets Awards Season Release Date". thewrap.com. March 4, 2015. December 2, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 fevral 2016.
  41. "Two Matthias Schoenaerts' movies at Venice Film Festival". deredactie.be. July 30, 2015. June 24, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 fevral 2016.
  42. "72nd Venice International Film Festival Screening Schedule". labiennale.org. August 12, 2015. October 5, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 fevral 2016.
  43. Lloyd, Kenji. "Eddie Redmayne Transforms Into Transgender Painter Einar Wegener in First Look at The Danish Girl". Final Reel. 2015-06-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-09.
  44. Lloyd, Kenji. "Stunning First Posters for The Danish Girl with Eddie Redmayne & Alicia Vikander". Final Reel. August 27, 2015. October 8, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 9, 2016.
  45. Gerard, Jeremy. "'The Danish Girl' Trailer: Eddie Redmayne & Alicia Vikander Drama First Look". Deadline. 2015-09-01. 2021-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 fevral 2016.
  46. McGovern, Joe. "Eddie Redmayne and Alicia Vikander recall fateful first kiss in The Danish Girl clip". EntertainmentWeekly.com. November 19, 2015. September 25, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 fevral 2016.
  47. 1 2 3 Brian Brooks. "'The Danish Girl' Bows With Style; 'Janis: Little Girl Blue' Solid In Debut; 'Carol' Dominates Thanksgiving: Specialty B.O." Deadline.com. November 29, 2015. October 30, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 fevral 2016. (#apostrophe_markup)
  48. "The Danish Girl (2015)". Rotten Tomatoes. 2018-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2016.
  49. "The Danish Girl". Metacritic. 2016-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2016.
  50. "Enough With the Queer and Trans Films That Are Actually About Straight People". Vulture.com. September 16, 2015. November 11, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 fevral 2016.
  51. Byrnes, Paul. "Review: The Danish Girl is "an exercise in constructed melodrama"". The Sydney Morning Herald. 22 January 2016. 19 September 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 fevral 2016.
  52. Minority, 2 [ölü keçid], yanvar, 2016, səh. 21–23
  53. Denham, Jess. "The real reason Eddie Redmayne was cast as a trans woman in The Danish Girl". independent.co.uk. September 1, 2015. June 11, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 fevral 2016.
  54. ""The Danish Girl" Stretches Frilly Forced-Femme Fantasy Over Actual Trans History". HARLOT Magazine. 2015-11-23. 2019-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 fevral 2016.
  55. "Regressive, Reductive and Harmful: A Trans Woman's Take On Tom Hooper's Embarrassing 'Danish Girl'". Indiewire. December 3, 2015. January 15, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 fevral 2016.
  56. 1 2 3 "The tragic true story behind The Danish Girl". The Telegraph. December 8, 2015. April 21, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 10, 2015.
  57. 1 2 "The Danish Girl transforms fascinating truths into tasteful, safe drama". The Guardian. January 13, 2016. December 1, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2016.
  58. 1 2 3 4 5 "A Trans Timeline — Trans Media Watch". Trans Media Watch. 2018-12-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2016.
  59. "The Incredibly True Adventures of Gerda Wegener and Lili Elbe". coilhouse.net. August 3, 2012. May 11, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2016.
  60. "Remembering Danish illustrator and painter Gerda Wegener, best known for her (lesbian) erotica". Tlgbt-news.com. March 15, 2014. October 4, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2016.
  61. "Review: The Danish Girl". cinedork.com. December 14, 2015. January 7, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2016.
  62. "Reading Group Notes The Danish Girl". allenandunwin.com. 2020-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2016.
  63. "The Danish Girl vs the True Story of Lili Elbe, Gerda Wegener". historyvshollywood.com. 2018-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2016.
  64. 1 2 "Is 'The Danish Girl' A True Story? Lili Elbe's Journey Was Incredible". bustle.com. November 25, 2015. October 1, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2016.
  65. "Lili Elbe: the transgender artist behind The Danish Girl". The Week UK. September 18, 2015. December 26, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 3, 2016.
  66. "Beyond The Danish Girl". The Enthusiastic Historian. January 15, 2016. March 7, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2016.
  67. "The Danish Girl, film review: Eddie Redmayne fatally miscast". London Evening Standard. December 23, 2015. October 28, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2016.
  68. "Film review: 'The Danish Girl,' dir. Tom Hooper". dailyuw.com. December 18, 2015. October 4, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2016.
  69. 1 2 "Eddie Redmayne calls 'Danish Girl' unique love story". abc7.com. December 23, 2015. December 24, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2016.
  70. "Tom Hooper on directing the queer love story, "The Danish Girl"". afterellen.com. November 24, 2015. November 28, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2016.
  71. "The Danish Girl — Filmmaker Letter". landmarktheatres.com. 2015-12-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2016.
  72. "Rudolph R./Dorchen". Institute for Sexual Science (1919-1933). 2018-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2016.
  73. "Dorchen's Day — Providentia". drvitelli.typepad.com. December 5, 2010. November 9, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2016.
  74. The Independent 12 January 2016 The Danish Girl banned in Qatar on grounds of 'moral depravity' Arxivləşdirilib 2019-05-12 at the Wayback Machine
  75. The Hollywood Reporter January 13, 2016 'The Danish Girl' Pulled From Cinemas in Qatar Arxivləşdirilib 2020-10-20 at the Wayback Machine

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]