12°26′17″ c. e. 130°50′28″ ş. u.HGYO

Darvin (şəhər)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Darvin
Darwin
Gerb
Gerb
12°26′17″ c. e. 130°50′28″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1869
Sahəsi
  • 112,01 km²
Mərkəzin hündürlüyü 0 m
İqlimi tropik iqlim
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 122.207 nəf. (9 avqust 2021, 10 avqust 2021)[1][2]
Rəqəmsal identifikatorlar
Telefon kodu 0879, 0889
Poçt indeksi 0800
Digər
darwin.nt.gov.au
Xəritəni göstər/gizlə
Darvin xəritədə
Darvin
Darvin
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

DarvinAvstraliyanın şimalın­da şəhər

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

1869-cu ildə indiki Darvinin yerində salınmış Palmerston məskəninin sürətli inkişafı 1880-ci illərin əvvəllərində başlamışdır (Palmerstondan cənubda yerləşən Payn-Krik şəhərinin yaxınlığında qızıl yataqları aşkarlandı). 1911-ci ildə Çarlz Darvinin şərəfinə Darvin adlandırılmışdır. İkinci dünya müharibəsi zamanı Yaponiya aviasiyasının bombardmanı nəticəsində böyük dağıntılara məruz qalmışdı. 1959-cu ildə şəhər statusunu almışdır. 1974-cü ilin dekabrında Treysi qasırğası nəticəsində Darvindəki tikililərin təqribən 70%-i dağılmışdı.

Çarlz Darvin Universiteti (2003; Darvinin şimalında Kasyuarayna şəhərətrafında yerləşir), Şimal Ərazisi Kitabxanası (1950), Şimal Ərazisi incəsənət muzeyi və qalereyası (1969), akvarium var. 1991-ci ildən iki ildə bir dəfə Avstraliya və qonşu ölkələrin idmançılarının iştirakı ilə Arafur oyunları, həmçinin kriket, AvropaAvstraliya futbolu, avtomobilatçılıq idmanı üzrə müxtəlif yarışlar keçirilir.

Şəhərin iqtisadiyyatında xidmət sferası üstünlük təşkil edir. İşləyənlərin təqribən 90%-i, əsasən ticarət və turizm sahəsində çalışır)

Darvində və şəhər ətrafında çoxsaylı parklar, bağlar və çimərliklər yerləşir. Avstraliya ordusunun hərbi bazası (o cümlədən sülhməramlı əməliyyatlar həyata keçirən əsgər kontingenti) Darvin rayonundadır. Ya­xınlığında qızıl, boksit, manqan filizi hasi­latı var. Timor dənizinin şelfində neft və qaz çıxarılır. Dənizdən şərq­də Kakadu Milli Par­kı yerləşir.

Görməli yerlər

[redaktə | mənbəni redaktə et]

Bu şəhərdə qısa müddət ərzində çoxlu təəssüratlar əldə etmək, dünyanın başqa ölkəsində çox çətin tapılan vəhşi təbiəti ilə tanış olmaq olar. Kakadu parkında (Ümumdünya UNESCO irsinə daxildir) nadir təbiət landşaftında vəhşi heyvanların, floranın, materikin quş təmsilçisinin gözəl kolleksiyası cəmlənib, parkda Şimal Sahəsinin (“Territory Wildlife Park”) vəhşi heyvanları, Avstraliyanın faunasının digər nümayəndələri ilə yanaşı əfsanəvi, nəhəng Avstraliya balığı barramandi ilə də tanış olmaq olar. Darvinin ətrafında gözəl Liçfild parkları, Katerin dərələri yerləşir.

  1. Australian Statistical Geography Standard 2021. Australian Bureau of Statistics, 2021.
  2. https://www.abs.gov.au/census/find-census-data/quickstats/2021/UCL703001.