Den Arieli
Den Arieli | |
---|---|
ivr. דן אריאלי | |
Doğum tarixi | 29 aprel 1967[1] (57 yaş) |
Doğum yeri | |
İş yerləri | |
Təhsili | |
danariely.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Den Arieli (ing. Dan Ariely; 29 aprel 1967[1], Nyu-York, Nyu-York ştatı) — İsrail-ABŞ iqtisadçısı, psixologiya və davranış iqtisadiyyatı professoru.[2] Dyuk Universitetində dərs deyir və Retrospektiv Araşdırmalar Mərkəzinin yaradıcısıdır.[3][4]
Bioqrafiya
[redaktə | mənbəni redaktə et]Den Arieli Nyu Yorkda anadan olub. Bu zaman atası Kolumbiya Universitetində MBA dərəcəsi alırdı. Den Arieli uşaqlığını İsrailin Ramat Qan və Ramat Haşaron şəhərində keçirib. Den "siqnal atəşləri" (İsrail gənclər təşkilatları tərəfindən həyata keçirilən tədbirlərin ənənəvi elementi) hazırlayarkən təsadüfən maqnezium partlaması nəticəsində bədəninin 70%-i üçüncü dərəcəli yanıqlar almışdır .
Den Arieli Tel-Əviv Universitetində oxuyarkən fizika və riyaziyyat üzrə ixtisaslaşmış, lakin əl ilə yazmaq onun üçün fiziki cəhətdən çətinləşdiyindən ixtisasını fəlsəfəyə dəyişmişdir. O, həmçinin Çapel-Hill Şimali Karolina Universitetində koqnitiv psixologiya üzrə magistr və doktorantura təhsili almış, Dyuk Universitetində isə marketinq üzrə fəlsəfə doktoru dərəcəsi almışdır.
Fəlsəfə doktoru dərəcəsini aldıqdan sonra 1998–2008-ci illərdə Massaçusets Texnologiya İnstitutunda dərs demişdir. Daha sonra Dyuk Universitetinə psixologiya və davranış iqtisadiyyatı professoru kimi qayıtmışdır. Çoxsaylı elmi əsərlərdən əlavə, Den Arieli iki məşhur kitab nəşr etdirmişdir: Predictably Irrational və The Upside of Irrationality. Hər iki kitab New York Times bestsellerləri olmuşdur.
Ailəlidir, iki övladı var.
Əsərləri
[redaktə | mənbəni redaktə et]Kitablar
[redaktə | mənbəni redaktə et]- Predictably Irrational: The Hidden Forces That Shape Our Decisions (2008).
- The Upside of Irrationality: The Unexpected Benefits of Defying Logic at Work and at Home (2010).
- The Honest Truth about Dishonesty. How We Lie to Everyone — Especially Ourselves (2012).
- Irrationally Yours (2015).
Məqalələr
[redaktə | mənbəni redaktə et]- Try it, you’ll like it: The influence of expectation, consumption, and revelation on preferences for beer
- Dishonesty in Everyday Life and Its Policy Implications
- Placebo Effects of Marketing Actions: Consumers May Get What They Pay For
- Tom Sawyer and the Construction of Value
- Heyman, James; Ariely, Dan, "Effort for Payment: A Tale of Two markets" (PDF), Psychological Science, 15 (11), 2004: 787–793(7), doi:10.1111/j.0956-7976.2004.00757.x, PMID 15482452
- Ariely, Dan; Wertenbroch, Klaus, "Procrastination, Deadlines, and Performance: Self-Control by Precommitment" (PDF), Psychological Science, 13 (3), 2002: 219–224, doi:10.1111/1467-9280.00441, PMID 12009041
- Ariely, Dan, "Seeing sets: Representation by statistical properties" (PDF), Psychological Science, 12 (2), 2001: 157–162, doi:10.1111/1467-9280.00327, PMID 11340926
- Ariely, Dan, "Controlling information flow: Effects on consumers' decision making and preference", Journal of Consumer Research, 27 (2), 2000: 233–248, doi:10.1086/314322
- Coherent Arbitrariness: Stable demand curves without stable preferences
- Combining experiences over time: the effects of duration, intensity changes and on-line measurements on retrospective pain evaluations
- Ariely, Dan; Zauberman, Gal, "On the making of an experience: The effects of breaking and combining experiences on their overall evaluation" (PDF), Journal of Behavioral Decision Making, 13, 2000: 219–232, doi:10.1002/(SICI)1099-0771(200004/06)13:2<219::AID-BDM331>3.0.CO;2-P
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Dan Ariely // Babelio (fr.). 2007.
- ↑ Dan Ariely Arxivləşdirilib 2019-10-29 at the Wayback Machine. NNDB. (ing.)
- ↑ DanAriely | TheCenter Arxivləşdirilib 2011-08-04 at the Wayback Machine (ing.)
- ↑ Center for Advanced Hindsight Arxivləşdirilib 2011-06-06 at the Wayback Machine (ing.)
- 29 apreldə doğulanlar
- 1967-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Nyu-Yorkda doğulanlar
- Massaçusets Texnologiya İnstitutunun müəllimləri
- Dyuk Universitetinin məzunları
- Təl-Əviv Universitetinin məzunları
- Çapel-Hill Şimali Karolina Universitetinin məzunları
- Əlifba sırasına görə alimlər
- İqnobel mükafatı laureatları
- ABŞ iqtisadçıları
- ABŞ psixoloqları