Dnestryanı bayrağı
Dnestryanı bayrağı | |
---|---|
Təfərrüatlar | |
İstifadə edən(lər) | Dnestryanı |
İstifadəsi | Dövlət bayrağı və dəniz bayrağı, döyüş bayrağı |
Qəbul edilib | 2 sentyabr 1991 |
Proporsiya | 1:2 |
Vikianbarda əlaqəli mediafayllar |
Dnestryanı bayrağı — Dnestryanı Respublikasının dövlət bayrağıdır. Keçmiş Moldova Sovet Sosialist Respublikası bayrağının bir versiyası olan bayraq, 2000-ci ildə dövlət rəmzləri haqqında qanunla qəbul edilib.
Tarixi
[redaktə | mənbəni redaktə et]1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Dnestryanı xalqı, yeni Moldova bayrağından istifadə etməkdən imtina edərək, Sovet İttifaqı və Moldova SSR bayrağından istifadə etməyə davam etdi. 2000-ci ildə rəsmi olaraq Dnestryanı bayrağı statusunu qazandı.
İstifadəsi
[redaktə | mənbəni redaktə et]Dövlət işlərində yalnız rəsmi bayraqdan istifadə edilə bilər. Dnestryanı qanunları həmçinin şəxsi və kommersiya biznesi üçün çəkic və oraqsız sadələşdirilmiş versiyanın istifadəsinə icazə verir. Bayrağın rəsmi və ümumi nisbəti 1:2 olsa da, zaman-zaman 2:3 nisbətindən də istifadə olunur.