Elçin İbrahimov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Elçin İbrahimov
Elçin Əli oğlu İbrahimov
Doğum tarixi (39 yaş)
Doğum yeri Nehrəm kəndi, Babək rayonu, Naxçıvan Muxtar Respublikası,
Vətəndaşlığı SSRİ SSRİAzərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahələri Filologiya, türk dilləri, Türkologiya, sosiolinqvstika,dil siyasəti
Elmi dərəcəsi Filologiya elmləri doktoru
Elmi adı Dosent
İş yerləri

2007-2016-cı illər Fövqəladə Hallar Nazirliyi – Baş məsləhətçi
2016-2022 AMEA “Türkologiya” jurnalının məsul katibi
2017-2022 AMEA Nəsimi adına Dilçilik İnstitutu Türk dilləri şöbəsinin müdiri
2022-2024-cü illər Azərbaycan Dillər Universiteti Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri
2024-cü ildən Qarabağ Universiteti Elm şöbəsinin

müdiri.
Təhsili

Bakalavr - Bakı Dövlət Universiteti, 2002-2006

Magistr – Qafqaz Universiteti – 2006-2009

Elçin İbrahimov (Elçin Əli oğlu İbrahimov; 1985, Nehrəm, Babək rayonu) — türkoloq alim, filologiya elmləri doktoru, "Türk dünyasına xidmət", "Lev Tolstoy", "Dyula Nemet-130" medalları təltifçisi, "İlin gənc alimi" mükafatçısı, Türk Dil Qurumunun müxbir üzvü (2018)[1], Türk Ədəbiyyatı Fondunun fəxri üzvüdür (2020)[1].

Elçin İbrahimov 15 mart 1985-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonu Nehrəm kəndində anadan olmuşdur. BDU-nun Şərqşünaslıq fakültəsində bakalavriatura (2002–06), Qafqaz Universiteti Filologiya fakültəsində (Türk dili və ədəbiyyatı üzrə) magistratura (2006–09) təhsili almışdır. 2006–2016-cı illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində baş məsləhətçi vəzifəsində çalışmışdır. 10 illik dövlət qulluğu stajına malikdir. 1 dərəcə dövlət qulluqçusudur. Qüsursuz fəaliyyət və nailiyyətlərinə görə dəfələrlə təşəkkürnamə və fəxri fərmanlarla təltif edilmişdir[2].

2016–2021-ci illərdə AMEA rəyasət heyətinin təsisçisi olduğu "Türkologiya" jurnalının məsul katibi vəzifəsində çalışmışdır.[3]. 2017-ci ildə "Türklər" arasında ortaq imla və əlifba problemləri" adlı filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyası müdafiə etmişdir.[4]

2018–2022-ci illərdə AMEA Nəsimi adına Dilçilik İnstitutu Türk dilləri şöbəsinin müdiri kimi fəaliyyət göstərmişdir[5].

Elçin İbrahimov tərcümə və redaktə fəaliyyəti ilə də məşğul olur. 2019-cu ildə Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin təşkil etdiyi dil və tərcümə işinin təkmilləşdirilməsi, peşəkar mütəxəssislərin müəyyən edilməsi və sertifikatlaşdırılması üzrə seçim turlarında iştirak etmiş və seçim turlarını uğurla keçərək "Azərbaycan dilindən türk dilinə, Türk dilindən Azərbaycan dilinə" ictimai-siyasi sahələr üzrə tərcüməçi sertifikatı almışdır.[6] 2016–2021-ci illərdə AMEA rəyasət heyətinin təsisçisi olduğu "Türkologiya" jurnalının məsul katibi vəzifəsində çalışmışdır[7].

2018–2022-ci illərdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsinin müdiri kimi fəaliyyət göstərmişdir.

10 may 2022-ci ildə "Müstəqil türk dövlətlərində dil siyasəti" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 10.02.2023-cü il tarixli qərarı ilə filologiya elmləri doktoru elmi dərəcəsi almışdır.

2022-2024-cü illərdə Azərbaycan Dillər Universiteti Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri vəzifəsində işləyib.[8]. 2024-cü ildən Qarabağ Universiteti Elm şöbəsinin müdiri vəzifəsində çalışır.

Elçin İbrahimovun redaktəsində və tərcüməsində bir çox kitab işıq üzü görmüşdür.

Elçin İbrahimovun "Türk dünyasında ortaq əlifba və ünsiyyət dili" adlı monoqrafiyasının təkmilləşdirilmiş və əlavələr edilmiş ikinci nəşri çapdan çıxıb.

Kitabın elmi redaktorları türkiyəli alim, görkəmli türkoloq, professor Şükrü Haluk Akalın və filologiya üzrə fəlsəfə doktoru İmanyar Quliyev, rəyçiləri filologiya elmləri doktoru, dosent Şəbnəm Həsənli-Qəribova, filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Səmədova və filologiya üzrə fəlsəfə doktoru, dosent Zəminə Rüstəmbəylidir.[9]

Kitabda türk xalqları arasında əlifba islahatları istiqamətində görülən işlər, XX yüzilliyin başlanğıcından günümüzə qədər davam edən proseslər araşdırılıb. Türklər arasında ortaq ünsiyyət dilinin formalaşdırılması istiqamətində əlifba və orfoqrafiya problemləri elmi-nəzəri aspektdə tədqiq olunub. Əsərdə türk xalqlarının ortaq və ümumi əlifbaya keçməsi yollarının müəyyənləşdirilməsi, ortaq ünsiyyət dili üçün imla məsələlərinin yenidən aktuallaşması kimi məsələlər öz əksini tapıb. Türk dövlətləri arasında siyasi, iqtisadi və mədəni əlaqələrin gücləndiyi bir vaxtda çap olunan bu araşdırma problemlər və perspektivləri aydın şəkildə ortaya qoyması baxımından son dərəcə əhəmiyyətlidir.[10]

  • Türk xalqları ortaq əlifba, imla və ünsiyyət dili, Monoqrafiya,Bakı: Mütərcim, 2017, 184 səh.
  • Azərbaycan Xalq Cümhuriyyəti: Dil Məsələləri Bakı: XAN nəşriyyatı, 2018, 208 səh.
  • Türk xalqları ortaq əlifba, imla və ünsiyyət dili, Düzəlişlər və əlavələr edilmiş II nəşr-Kitab, Bakı: Elm və təhsil, 2018, 200 səh.
  • Azərbaycan Qəhrəmanlıq Salnaməsində Nehrəmli Şəhidlər, Kitab, Bakı: Maks Ofset, 2019, 67 səh.
  • Şeyxülislam Yehya Efendi Divanının Söz Varlığı, Kitab-monoqrafiya, Türk Edebiyatı Vakfı Yayınları, İstanbul-Türkiyə, 2019, 127 səh.
  • Dil siyasəti və dilplanlaşdırma (elmi nəzəri əsasları). Monoqrafiya. Bakı, 2020, 208 səh.
  • Türk xalqları ortaq əlifba, imla və ünsiyyət dili, Ankara: Akçağ yayınları, 2021, 229 səh.
  • Ozbekicha-Ozarbayjoncha frazeologizmlar lugati, Toshkent: Tubo Nashr, 2023, 184 səh.[11]
  • Türk dünyasında ortaq əlifba və ünsiyyət dili, Bakı: Class Print, 2023, 272 səh.[12]
  • Turkiy Xalqlarnınq Umumıy Alıfbosı, Imlosı va Muloqot Tılı, Toshkent: Bookmany print, 2024, 160 b.[13]

Tərcümələri

[redaktə | mənbəni redaktə et]
  • Dmitri Qlukovski. Metro 2033 (roman), Hədəf nəşriyyatı, 2013, 656 s.
  • Ahmet Haldun Terzioğlu. TomrisXan (roman). Xan nəşriyyatı, 2016, 376 s.
  • Mustafa Yörü. İsaqquşu (tarixi roman). Xan nəşriyyatı, 2016, 509 s.
  • Aynur Tutqun. Həyatda gözardı edilməyəcəklər: Ailə v əuşaq. İpəkyolu nəşriyyatı, 2016, 176 s.
  • Bahəddin Ögəl. Türkmifologiyası, II cild. Türk düşüncə və gələnəyində dağlar,
  • Ustad jurnalı, № 2, 2017, s. 90–93.
  • Namiq Kamal Zeybək. Türk inancı Tanrı. TEAS Press, 2018, 127 s.
  • Aleksandr Düma. Qarazanbaq. Libra kitab, 2019, 160 s.

Mükafat və təltifləri

[redaktə | mənbəni redaktə et]
  • 2016-cı ildə Türkiyə Təhsil və Elm Təşkilatları Birliyi tərəfindən "Xoca Əhməd Yəsəvi" medalı ilə təltif edilmiş.
  • 2016-cı ildə Səmərəli elmi fəaliyyətinə görə, AMEA Nəsimi adına Dilçilik İnstitutu tərəfindən "İlin gənc alimi" mükafatına layiq görülmüşdür.
  • 2018-ci ildə Kazan Federal Universiteti tərəfindən "Lev Tolstoy medalı" ilə təltif edilmişdir.[14]
  • 2019-cu ildə Almaniyada fəaliyyət göstərən "Türklərin Dünyası" beynəlxalq təşkilatı tərəfindən "Türk dünyasına xidmət" medalı ilə təltif olunmuşdur.[15]
  • 2022-ci ildə TÜRKSOY tərəfindən türkologiya və türk dünyası sahəsində apardığı araşdırmalara "Dyula Nemet-130" medalı ilə təltif olunmuşdur[1].
  • 2023-cü ildə Türkiyə Cümhuriyyətinin 100-cü ilində, Türkiyənin Sakarya Universitetində keçirilən "15. Dünya Dili Türkçe Sempozyumu"nda Akademik araşdırmalarına görə "Türk Dilinə Xidmət Ödülü" mükafatına layiq görülüb.
  • 2024-cü ildə Daşkənd İqtisadiyyat və Pedoqogika Universitetinin “Fəxri Professoru” adına layiq görülüb.[16]
  • 2024-cü ildə TÜRKSOY tərəfindən türk dünyasına xidmətlərinə görə "Əhməd Baytursunlu”

medalı ilə təltif olunmuşdur.[17]

  1. 1 2 3 "Azərbaycanlı alim TÜRKSOY tərəfindən medalla təltif olunub" (az.). azertag.az. 16.02.2022. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyul 2022.
  2. "Elçin İbrahimov - Yazarın kitapları" (türk). sozcukitabevi.com. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-30.
  3. "Elçin İbrahimov - Yazarın kitapları" (türk). sozcukitabevi.com. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-30.
  4. "Elchin Ibrahimov Azerbaycan Milli Bilimler Akademisi Doç.Dr" (türk). scholar.google.com. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-30.
  5. "Türk dilləri şöbəsinin müdiri Elçin İbrahimov Türk Dil Qurumunun müxbir üzvü seçilib" (az.). dilcilik.az. İstifadə tarixi: 2020-08-30.[ölü keçid]
  6. "Elçin İBRAHİMOV Kurumumuzu Ziyaret Etti". tdk.gov.tr. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-30.
  7. "Elçin İbrahimov TÜRK XALQLARİNİN ORTAQ ELİFBA, İMLA VE ÜNSİYYET DİLİ" (türk). akcag.com.tr. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyul 2022.
  8. "ADU-nun Türkiyə Araşdırmaları Mərkəzinə müdir təyin olunub" (az.). adu.edu.az. 07 iyun, 2022. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyul 2022.
  9. "Elçin İbrahimovun kitabının Özbəkistanda təqdimatı keçirilib". adu.edu.az (az.). 2024-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-24.
  10. "Azərbaycan aliminin kitabı Özbəkistanda çap olunub". 2024-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-24.
  11. "Elçin İbrahimovun kitabının Özbəkistanda təqdimatı keçirilib". adu.edu.az (az.). 2024-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-24.
  12. "Elçin İbrahimovun "Türk dünyasında ortaq əlifba və ünsiyyət dili" kitabı çap olunub". 2023-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-22.
  13. Türkoloq alim Elçin İbrahimovun kitabı Özbəkistanda çap olundu
  14. "Azərbaycanlı alim "Lev Tolstoy" mükafatına layiq görüldü" (az.). xalqqazeti.com. 2021-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-30.
  15. "Azərbaycanlı türkoloq alim beynəlxalq mükafata layiq görülüb". 2020-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-26.
  16. "Elçin İbrahimovun kitabının Özbəkistanda təqdimatı keçirilib". 2024-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-24.
  17. "ADU-nun əməkdaşı TÜRKSOY-un medalına layiq görülüb". adu.edu.az (az.).

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]