Eldəniz Rəsulov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Eldəniz Rəsulov
Doğum tarixi 30 aprel 1952(1952-04-30) (72 yaş)
Doğum yeri
Atası Qeybulla Rəsulov
Fəaliyyəti aktyor
Təhsili
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2008
IMDb ID0711563

Eldəniz Qeybulla oğlu Rəsulov (30 aprel 1952, Qax)— Azərbaycanın kino və dublyaj aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2008).

Rəsulov Eldəniz Qeybulla oğlu 30 aprel 1952-ci ildə Qaxda anadan olmuşdur.[1] 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kinoaktyorluğu şöbəsini bitirmişdir. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışmışdır.[2] 1971-ci ildən bədii filmlərə çəkilir: "Sevinc buxtası" (Seyidov), "Babək" (Azin), "Anlamaq istəyirəm" (Zeynal), "Nizami" (Maxan, Bəşir), "Gümüşgöl əfsanəsi" (Fərid), "Şeytan göz qabağında" (Zeynal), "Ovsunçu" (kəndxuda) və s.

Azərbaycan TeleviziyasıLider TV-də çoxseriyalı bədii televiziya və sənədli filmlərin dublyajı prosesində fəal iştirak edir. Dramaturq Qeybulla Rəsulovun oğludur.

2008-ci ildə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülmüşdür. Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür.

  1. Əqrəb mövsümü (teleserial, 2022)
  1. "TƏQVİM 30 aprel — 2 may". 2020-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-19.
  2. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 276–277.
  • Eldəniz Rəsulov
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 53; 169.