Emilio de Kavalyeri
Emilio de Kavalyeri | |
---|---|
it. Emilio de' Cavalieri | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 1550[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 11 mart 1602[1][3][…] |
Vəfat yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar, diplomat, rəqqas, xoreoqraf, orqan ifaçısı[d] |
Janr | opera |
Musiqi aləti | orqan |
Vikianbarda əlaqəli mediafayllar |
Emilio De Kavalyeri (it. Emilio de' Cavalieri; 1550[1][2][…], Roma – 11 mart 1602[1][3][…], Roma) — italyan bəstəkar, "Ruh və bədən haqqında təsəvvür" (it. La Rappresentazione di anima е di corpo; 1600) adlı ilk oratoriyanın müəllifi, bəziləri bu əsəri ilk opera da hesab edirlər.
Həyatı
[redaktə | mənbəni redaktə et]O, Roma şəhərində zadəgan və musiqi sevən ailədə anadan olmuşdur, onun atası Tommazo De Kavalyeri Mikelancelonun yaxın dostu idi. 1578–1584-cü illər dövründə orqan çalan işləyirdi və Roma kilsələrində konsertlər təşkil edirdi.
1580-ci illərdə Kavalyeri kardinal I Ferdinand Mediçi ilə işləməyə başladı, sonradan kardinal musiqiçinin çoxillik himayədarı və sponsoru oldu. 1587-ci ildə Mediçi "Böyük Toskana Hersoqu" titulunu əldə etdikdən sonra, Kavalyeri 1588-ci ildə müdiri ilə birlikdə Florensiyaya köçdü. Burada bəstəkar Covanni Bardi ilə tanış oldu (və yəqin ki, əməkdaşlıq etməyə başladı), Mediçi ailəsinin təntənəli mərasimləri və digər kütləvi tədbirləri üçün hazırlanan musiqi tərtibatına görə cavabdeh idi. 1590-cı illərdə Kavalyeri bir neçə pastoral və 1597-ci ildə Mərsiyələr Kitabına aid əsər yazdı.
Kavalyeri həmçinin siyasətlə də məşğul olurdu. Diplomat kimi işləyən Kavalyeri papa seçimləri üçün aparıcı kardinalların səslərini alırdı və Mediçilərin tərəfdarları olan IX İnnokenti, VIII Kliment kimi Roma papaların seçilməsində köməklik etmişdir. Romaya tez-tez etdiyi diplomatik səfərlər bəstəkarın yaradıcılıq fəaliyyətinə mane olmurdular. 1600-cü ilin fevralında o, Roma tamaşaçılarına sonradan onun ən məşhur əsərinə çevrilən "La Rappresentazione di anima е di corpo" (Ruh və bədən haqqında təsəvvür") təqdim etdi, alimlər uzun müddət bu əsəri yaradılan ilk oratoriya hesab edirdilər.
1600-cü ildə Kavalyeri Florensiyada ilk italyan operalarından olan "Evridika"nın (it. Euridice) təqdimatı ilə məşğul olurdu, həmən əsərin müəllifləri Yakopo Peri və Ottavio Rinuççini (libretto) idilər. Tamaşa IV Henrix və Mariya Mediçinin nikahının şərəfinə verilən bayramın bir hissəsi idi. İntriqalar nəticəsində Kavalyeri bayrama həsr edilmiş "Sefalonun oğurlanması" (it. Il rapimento di Cefalo) operasının təqdimatında iştirak edə bilmədi, onun yerinə rəqibi Culio Kaççini bunu etdi (teatr tamaşası dörd müxtəlif bəstəkarların musiqisi daxil olmaqla intermediodan ibarət idi). Karyerasının bu uğursuzluğundan sonra Kavalyeri Florensiyanı tərk etdi. Həyatının son illərini Romada keçirmişdir.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Emilio de' Cavalieri at Encyclopædia Britannica
- Journal of Seventeenth Century Music article on Chiesa Nuova
- Free scores by Emilio de' Cavalieri at the International Music Score Library Project (IMSLP)
- Free scores by Emilio de' Cavalieri in the Choral Public Domain Library (ChoralWiki)
- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Emilio de' Cavalieri // CONOR.SI.
- ↑ 1 2 Emilio de' Cavalieri // Encyclopædia Britannica (ing.).