Eon
Eon [yun. aion – zaman]
Ümumi məlumat
[redaktə | mənbəni redaktə et]Yerin geoxronoloji bölgüsündə ən böyük vaxt vahidi. Yer planetinin geoloji inkişaf mərhələsi iki eona bölünür: Kriptozoy və Fanerozoy. “Kriptozoy” termini “gizli həyat”, “Fanerozoy” termini isə “aşkar həyat kimi tərcümə edilir. Bu adlar Eonlara həmin dövrlərə aid süxurlarda heyvan qalıqlarının aşkar olunub-olunmaması əsas götürülərək verilib. Birinci Eon – Kriptozoyun adı və stratiqrafik bölgüsü barədə elmi mübahisələr uzun müddət davam etməkdədir və bu, lüğətlərdə, ensiklopediyalarda öz əksini tapır. Onların bəzilərində belə bölgünün olmadığı, digərlərində 2, yaxud 3 dövr (era) bölgüsünün olduğu göstərilir. Lakin Beynəlxalq Stratiqrafiya Komissiyasının 2013-cü ildə tərtib edərək sayta yerləşdirdiyi geoloji vaxt xəritəsini əsas götürsək, Kembriyəqədərki Eon üç hissəyə ayrılır: Heyden (Yerin yaranma tarixindən – 4,6-3,9 mlrd. il əvvələdək), Arxey (3,9-2,5 mlrd. il əvvələdək), Proterozoy (2,5 mlrd. – 540 mln. il əvvələdək). Fanerozoy Eona isə (təxminən 540 mln. il əvvəldən bu günədək) Paleozoy, Mezozoy və Kaynozoy eraları aiddir. Eon termini ilk dəfə 1875-ci ildə amerikalı geoloq Ceyms Dana tərəfindən elmə daxil edilib.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-16.