Ernst Happel stadionu
Ernst Happel stadionu | |
---|---|
Keçmiş adı | Prater stadionu |
Qeyri-rəsmi adı | Vyana stadionu |
Yeri | Vyana, Avstriya |
Təməli qoyulub | 1929 |
Tikilib | 1931 |
Açılış tarixi | 11 iyul 1931 |
Yenidən qurulma tarixi | 1986 |
Memar | Otto Ernst Şvezer |
Sahibi | Vyana şəhəri |
Tamaşaçı tutumu | 50.865[1] |
Ev sahibi komanda |
Avstriya milli futbol komandası Rapid Vyana FK (2014-2016) Avstriya Vyana (ancaq UEFA oyunları) |
Meydançanın ölçüləri | 105 x 68 m |
Ot örtüyü | təbii |
Vikianbarda əlaqəli mediafayllar |
Ernst Happel stadionu (ⓘ) — Avstriyanın paytaxtı Vyana şəhərində yerləşən və şəhərin ən böyük futbol stadionu. Stadion əslində futbol klubları tərəfindən sitifadə edilmir və Avstriya milli futbol komandası oyunlarını burada keçirir.
Tarixi
[redaktə | mənbəni redaktə et]1929-1945
[redaktə | mənbəni redaktə et]Stadionun təməl daşı 1928-ci ildə Avstriya Respublikasının 10 illiyi münasibətilə qoyulmuş və 1931-ci ildə 23 aya tamamlanmışdır. Stadionun dizaynını memar Otto Ernst Şvezer hazırlamışdır. Şvezer həm də Avropa ən böyük üzmə hovuzunun (400.000 m2) da memarı olmuşdur. Stadion o dövrün ən müasir stadionlarından biri idi. çünki cəmi 7-8 dəqiqəyə boşaldıla bilirdi. Başlanığıcda stadionun tutumu 60.000 nəfər idi. Nasist dövründə stadion hərbi məqsədlər üçün istifadə edilmişdir. Bura həbsxana və yəhudi vətəndaşların toplama yeri kimi istifadə olunmuşdur.[2] Almaniyanın Polşaya hücumundan sonra 11-13 sentyabr 1939-cu ildə bu stadionda mindən çox Polşa doğumlu yəhudi həbsdə olmuşdur. Belə ki, onlar B sektorunun dəhlizində — tribunların altında həbs olunmuşdular.
1945-h.h.
[redaktə | mənbəni redaktə et]Müharibədən sonra stadionda yenə idman tədbirləri keçirilməyə başlamışdır. 1956-cı ildə stadionun tamaşaçı tutumu Teodor Şül tərəfindən 92.708 nəfərə çatdırılsa da, 1965-cı ildə azaldılmışdır. Stadionda tamaşaçı rekordu 1960-cı ildə qeydə alınmışdır. Avstriya-SSRİ oyununu 92.706 nəfər izləmişdir.[3]
1986-cı ildə stadion yenidən təmir olunaraq tamamilə oturacaqlarla təchiz olunmuşdur. Yenidən açılışda Avstriya Almaniyanı 4:1 məğlub etmişdir.
1964, 1987, 1990 və 1995-ci illərdə stadionda UEFA Çempionlar Liqasının final oyunları keçirilmişdir.
1970-ci ildə isə burada UEFA Kuboklar Kubokunun finalı — Mançester Siti-Qornik oyunu keçirilmişdir. Oyuna güclü yağış səbəbi ilə cəmi 7.968 azarkeş qatılmışdır.
1992-ci ilə qədər Prater stadionu adlandırılan stadion 1992-ci ildə stadiona əfsanəvi oyunçu Ernst Happelin adı verilmişdir.
Futbol üzrə Avropa çempionatı 2008
[redaktə | mənbəni redaktə et]2008-ci ildə bu stadionda final oyunu da daxil olmaqla Avropa çempionatının final mərhələsinin 7 oyunu keçirilmişdir. İlk 3 oyunda Avstriya milli futbol komandası çıxış etmişdir. Stadion turnirə 2005-ci ildə uyğunlaşdırılmışdır. Yenidənqurmaya 39.600.000 € xərclənmişdir.
Tarix | Saat (CET) | Komanda #1 | Nəticə | Komanda #2 | Mərhələ | Tamaşaçı |
---|---|---|---|---|---|---|
8 iyun 2008 | Avstriya | Xorvatiya | 51,428 | |||
12 iyun 2008 | Avstriya | Polşa | 51,428 | |||
16 iyun 2008 | Avstriya | Almaniya | 51,428 | |||
20 iyun 2008 | Xorvatiya | (1 – 3 pen.) |
Türkiyə | 51,428 | ||
22 iyun 2008 | İspaniya | (4 – 2 pen.) |
İtaliya | 48,000 | ||
26 iyun 2008 | Rusiya | İspaniya | 51,428 | |||
29 iyun 2008 | Almaniya | İspaniya | 51,428 |
Futbol
[redaktə | mənbəni redaktə et]Stadion əsasən futbol müsabiqələri üçün istifadə olunur. Avstriya milli futbol komandası oyunlarını ev oyunlarını burada keçirir. Klublar burada oyunlarını nadir hallarda keçirirlər. Ancaq ölkə kubokunun finalları və UEFA turnirləri istisna hallardır. Vyana derbisi — "Avstriya Vyana FK"-"Rapid Vyana FK" oyunları da burada keçirilir.
Stadion UEFA-nın 5 ulduzlu stadionlar kateqoriyasındadır.[4]
Əhəmiyyətli oyunlar
[redaktə | mənbəni redaktə et]- Futbol üzrə Avropa çempionatı 2008-in finalı: Almaniya 0-1 İspaniya
- UEFA Çempionlar Liqası 1995-in finalı: Ayaks AFK 1-0 "Milan FK
- UEFA Kuboku 1994-ün finalı: İnter Milan FK 1-0 Avstriya Zalsburq
- UEFA Çempionlar Kubokunun 1990-ın finalı: Milan FK" 1-0 "Benfika FK
- UEFA Çempionlaer Kuboku 1987-in finalı: Portu FK 2-1 Bavariya FK
- UEFA Kuboklar Kuboku 1970-in finalı: Mançester Siti FK 2-1 Qornik FK
- UEFA Çempionlar Kuboku 1964-ün finalı: İnter Milan FK 3-1 Real Madrid FK
Digər idman oyunları
[redaktə | mənbəni redaktə et]Stadionda futbolla yanaşı tennis, atletizm və velosipedsürmə idman növləri də keçirilir. 1950-ci ildə bu stadionda Avropa Güləş Çempionatının finalında 35.000 nəfərin qarşısında Cozef Veydinqer Stefan Olekə (Fransa) qalib gəlmişdir.[5]
16 iyul 2011-ci ildə 4-cü Dünya Amerikan Futbolu çempionatının finalı — ABŞ-Kanada oyunu keçirilmiş və 20.000 tamaşaçının önündə ABŞ 50-7 qalib gəlmişdir.
6-7 iyun 2014-cü il tarixlərində Dünya Amerikan Futbolu çempionatının əsas seçmə mərhələsinin 3 oyunu burada baş tutmuşdur.
Panorama
[redaktə | mənbəni redaktə et]Konsertlər
[redaktə | mənbəni redaktə et]Stadionda konsertlərdə keçirilir və bu zaman stadionun ot örtüyünə 19.000 oturacaq əlavə oluna bilər. Stadionda Maykl Cekson, Madonna, AD/DC, Bon Jovi, Devid Boui, Guns N’ Roses, Pol Makkartni, Pink Floyd, Rolling Stones, U2, Robbi Vilyams kimi şəxs və qruplar konsert vermişdirlər.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət" (PDF). 2016-03-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-03-23.
- ↑ http://www.rnw.org/currentaffairs/region/europe/080627-happel[ölü keçid]
- ↑ "Arxivlənmiş surət". 2013-06-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-23.
- ↑ "Arxivlənmiş surət". 2022-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-23.
- ↑ "Arxivlənmiş surət". 2013-06-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-23.