Ester Vilyams
Ester Vilyams | |
---|---|
ing. Esther Williams | |
| |
Doğum tarixi | |
Doğum yeri | Sürix |
Vəfat tarixi | (91 yaşında) |
Vəfat yeri | Los-Anceles |
Uşağı | 4 |
Fəaliyyəti | aktrisa, avtobioqraf[d], televiziya aktrisası, kino aktrisası, üzgüçü[d] |
Fəaliyyət illəri | 1942–1963 |
esther-williams.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Ester Vilyams' (ing. Esther Williams, 8 avqust 1921–6 iyun 2013) – amerikalı aktrisa və ssenaristdir. 1940 və 1950-ci illərdə "su müzikl"in ulduzu olmuş və "Amerikanın su pərisi" və "Hollivudun su pərisi" ləqəblərini almışdır.
Erkən illəri
[redaktə | mənbəni redaktə et]Ester Ceyn Vilyams 1921-ci il 8 avqust tarixində İnqlvudda (Kaliforniya, ABŞ) yəhudi ailəsində anadan olmuşdur. O, ev sahibəsi Mirtl Cillinin və rəssam Luis Vilyamsın kiçik qızı olmuşdur. Onun iki böyük qardaşı olmuşdur. O, anadan olmamışdan bir neçə əvvəl ailəsi Solt Leyk Sitiyə köçmüşdür. Onun böyük qardaşı Stenton burada aktyorluq karyerasına başlamış, lakin 1929-cu ildə 16 yaşında qəflətən dünyasını dəyişmişdir.
Yenimətlik illərində Ester üzgüçülüklə məşğul olmuş, paralel olaraq Glendale High School məktəbini bitirmişdir. 1939-cu ildə Sietl, Vaşinqton və Mayamidə keçirilmiş sərbəst stildə və brass üsulu ilə 100 metrlik məsafəli yarışların qalibi olmuşdur. 1940-ci ildə o, XII Olimpiya oyunlarında iştirak etmək üçün olimpiya yığmasının heyətinə daxil olmalı idi. Yarışların Tokioda keçirilməsi planlaşdırılsa da, 1937-ci ildə ikinci yapon-çin müharibəsi başladığından, Olimpiya komitəsi oyunların Helsinkidə keçirilməsinə qərar verir. Lakin II Dünya müharibəsinin başlaması ilə bu oyunlar yaddan çıxarıldı.
1940-ci ildə yerli qəzetlərdən biri üzgüçülərin su kostyumlarında olan şəkillərini yerləşdirir. Esteri dərhal görən kimi onu hər il San-Fransisko çimərliklərində keçirilən ümumdünya yarmarkalarında təşkil olunan Aquacade adlı su şousunda iştirak etmək üçün dəvət edirlər. Bu Esterin şou-bizneslə ilk tanışlığı olur və o, bundan öz heyrətini gizlətmir. Su şouları tamaşaçılar arasında inanılmaz dərəcədə uğura nail olur və bu haqda xəbərlər Hollivuda qədər gedib çatır.
Kinokaryerası
[redaktə | mənbəni redaktə et]"Metro-Goldwyn-Mayer" kinostudiyası cəmiyyətin sağlam bədənə, yaxşı formaya və idmana artan marağını nəzərə alaraq buna nail olmağa çalışmışdır. 1940-ci ildə onlar baş rolda fiqurlu konkisürmə üzrə çempion Sonya Heninin çəkildiyi "Günəşli vadinin serenadası (film, 1941)" filmini çəkirlər. Film gözlənilməz uğura sahib olur.
Ester Vilyams idman ənənəsinin kinoda davamçısı olmalı idi. Bu tamaşaçı uğuruna və kommersiya gəlirinə gətirib çıxaracaqdı. Lakin Ester kinoulduz olmaq istəmirdi. Kinokompaniya onun razılığını ancaq birillik danışıqlardan sonra onunla kontrakt bağlamağa nail ola bilir. İlk aylarda o, "MGM"-də maneraları və natiqlik sənətini öyrənmiş, rəqs və vokal dərslərinə yazılmışdır.
Ester 1942-ci ildə çəkilmiş "Endi Hardinin ikili həyatı" filmində debut etmişdir. Debüt çox səs-küyə səbəb olmuş və tezliklə onun üçün xüsusi olaraq əsas vokal-xoreoqrafik nömrələrin suda icra edildiyi "akvamüzikl" janrı yaradılmışdır. Kütlə bundan heyrətlənmiş və ona "Amerikanın su pərisi" ləqəbini vermişdir.
Faktiki olaraq, Esterin iştirakı ilə çəkilən filmlər yeni idman növünə- sinxron üzgüçülüyə həyat vermişdir. Onun ən məşhur filmlərindən biri "Ziqfildin ağılsızlığı" filmi olmuşdur. Bu film kinoprokatda 5 milyon dollardan çox gəlir gətirmiş, 1947-ci ildə keçirilən Kann kinofestivalında isə musiqili komediya kateqoriyasında qalib olmuşdur. Ester Uliyams cəmi 20-dən çox filmdə çəkilmiş, hətta müsabiqədən kənar "Qızıl Qlobus" və "Qızıl Alma" mükafatlarının təqdimatı çərçivəsində bir neçə mükafat da qazanmışdır.
Ester Vilyams həmçinin 1954-cü ildə çəkilmiş "Afina" filminin ssenarisinin yaradılmasında iştirak etmişdir.
Şəxsi həyatı
[redaktə | mənbəni redaktə et]O, özünün ilk həyat yoldaşı tibb fakultəsində təhsil alan — Leonard Esterlə Los-Anceles Universitetində tanış olmuşdur. Sonralar o öz avtobioqrafiyasında "onun ağıllı, yaraşıqlı …. və darıxdırıcı olduğunu bildirmişdir. Mən onun intellektinə, onun tibbdəki gələcək karyerasına olan ümidlərinə hörmət edirdim. O məni sevirdi və hətta mənə ona ərə getməyimi də təklif etmişdir." Onlar 1940-ci ildə ailə həyatı qursalar da, 1944-cü ildə boşanmışdılar.
Lakin 1 ildən sonra Ester "Big Band" vokalisti Ben Qeycə ərə getmişdir. 1959-cu ildə onlara ayrılmağa qərar vermişdilər. Bundan sonra Ester Vilyams iki dəfə ailə həyatı qurmuşdur.
2008-ci ilin mayında 57 yaşında onun oğlu Ester Kimbel vəfat etmişdir.
Ester Vilyams 6 iyun 2013-cü il tarixdə 91 yaşında ikən özünün Los-Ancelesdə yerləşən evində dünyasını dəyişmişdir.
Maraqlı faktlar
[redaktə | mənbəni redaktə et]Esterin ilk ekran öpüşü "Endi Hardinin ikili həyatı" filmində aktyor Mikki Runi ilə olmuşdur.
Diyircəkli qələmin patentini alan Milton Reynolds aktrisadan bu qələmlərlə hətta suyun altında olarkən yazmaq olduğunu nümayiş etdirən reklam rolikində çəkilməsini xahiş etmişdir.
Aktria uzun müddət Cun Ellisonla rəfiqəlik etmişdir. Ester cavanlığında üzgüçü olan yeganə aktrisa olmamışdır. Hillari Suonk da üzgüçülük üzrə gənclərin yığmasında olmuş və çempionatlarda iştirak etmişdir.
1999-cu ildə Ester Vilyamsın "The Million Dollar Mermaid: An Autobiography" adlı avtobioqrafiyası nəşr edilmişdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Ester Vilyams — IMDb səhifəsi