Fərhad Ağayev
Fərhad Ağayev | |
---|---|
Fərhad İslam oğlu Ağayev | |
Fayl:Fərhad İslam oğlu Ağayev.jpg | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 avqust 1975 |
Doğum yeri | |
Vəfat tarixi | 15 mart 1995 (19 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru qoşunları |
Xidmət illəri | 1993-1995 |
Rütbəsi | Əsgər |
Döyüşlər | Qarabağ müharibəsi |
Təltifləri |
Fərhad İslam oğlu Ağayev (4 avqust 1975, Əliləmbəyli, Sabirabad rayonu – 15 mart 1995, Ağstafa) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi zamanı xüsusi fəallıq göstərmiş, Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş fateh.
Həyatı
[redaktə | mənbəni redaktə et]Fərhad Ağayev 4 avqust 1975-ci ildə Sabirabad rayonunun Əliləmbəyli kəndində anadan olmuşdur. Əslən Lerik rayonunun Şivlə kəndindəndir. O 1992-ci ildə Ələmbəyli kənd məktəbini bitirdikdən sonra, 1993-cü ildə Sabirabad rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılır. Fərhad Prezident Qvardiyasında xidmətə başlayır.
Döyüşlərdə iştirakı
[redaktə | mənbəni redaktə et]Fərhad Ağayev 24 yanvar 1994-cü ildə cəbhəyə yola düşür, ilk döyüşlərini Füzuli rayonunun Seyid Əhmədli kəndində keçirir. O Murovdağ, Güzgü, Ömərdağ kimi əhəmiyyətli ərazilərin müdafiəsində şücaət göstərir. 1995-ci ilin mart ayında bir qrup silahlı dəstə namərdlik edərək yenicə təşəkkül tapmağa başlayan dövlətimizə xəyanət edir. Fərhad dövlət çevrilişinin qarşısını almaq üçün Ağstafaya göndərilir. 1995-ci il 13 mart Fərhad Ağayev qardaş gülləsindən ağır yaralanır, 15 mart 1995-ci il tarixdə bu yaradan həlak olur.[1]
Ailəsi
[redaktə | mənbəni redaktə et]Subay idi.
Xatirəsi
[redaktə | mənbəni redaktə et]Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli, 307 saylı fərmanı ilə Ağayev Fərhad İslam oğlu olümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı " adına layiq görülmüşdür.
Sabirabad rayonundakı şəhidlər xiyabanında dəfn edilmişdir.
Bitirdiyi orta məktəb onun adını daşıyır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Əsgərov, Vüqar. Azərbaycanın Milli Qəhrəmanları (PDF) ( (az.)) (Redaktor: Kamil İsmayılov). Bakı: Qapp-poliqraf. 2005. 2019-01-09 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-03-01.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Döyüşçü Fərhad İslam oğlu Ağayev //Azərbaycan.-1993.- 23 iyun.- S.3.
- Əsgərov V. Ağayev Fərhad İslam oğlu //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- B., 2005.- S.15.
- Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 26.
- Şükürlü İ. Dağlar kimi uca //Şükürlü İ. Ölsəm ağlama.-B., 1996.- S.11-12.
- Xalid Mahmud. "Əbədiyyət yolçuları". UniPrint 2020. "Fərhad Ağayev" S. 9-10
- 4 avqustda doğulanlar
- 1975-ci ildə doğulanlar
- Sabirabad rayonunda doğulanlar
- 15 martda vəfat edənlər
- 1995-ci ildə vəfat edənlər
- 19 yaşında vəfat edənlər
- Ağstafada vəfat edənlər
- Sabirabad Şəhidlər Xiyabanında dəfn olunanlar
- Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri
- Azərbaycanın Milli Qəhrəmanları
- Əlifba sırasına görə hərbi xadimlər
- Birinci Qarabağ müharibəsi iştirakçıları