29°58′28″ şm. e. 48°27′51″ ş. u.HGYO

Fao yarımadası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Fao yarımadası
Yerləşməsi
29°58′28″ şm. e. 48°27′51″ ş. u.HGYO
Akvatoriya Fars körfəzi
Ölkə  İraq
Fao yarımadası xəritədə
Fao yarımadası
Fao yarımadası

Fao (ərəb. شبه جزيرة الفاو‎) — Fars körfəzində, İraqın cənub-şərqində yerləşən yerləşir. Burada İraqın mühüm neft obyektləri qərarlaşır. Burada iki neft terminalı vardır:Hor əl-Əməyyə və Mina əl-Bakr. Yarımadada yerləşən yeganə əhəmiyyətli şəhər Umm-Kasrdır. Şəhərdə ABŞ hücumuna qədər mühüm hərbi baza yerləşirdi. İran-İraq müharibəsi (1980—1988) zamanı yarımada strateji əhəmiyyətinə görə dəfələrlə iki ölkə arasında toqquşma yeri olmuşdur. 1986-cı ildə İran ordusu İraqın zəif müdafiəsindən istifadə edərək yarımadanın cənub hissəsini işğal edə bilmişdilər. Ancaq Umm-Kasrı ələ keçirmək mümkün olmamışdır. 11 fevral 1986-ci ildə İran tərəfi müharibə tarixində ən böyük zəfərlərini əldə edərək yarımadanı ələ keçirə bilirlər. 17 aprel 1988-ci ildə İraq ordusu «Ramazan Mübarək» adlı genişmiqyaslı əməliyyata başlayır. Nəticədə yarımada işğaldan azad edilir. Bu əməliyyata İraq tərəfi 100 min, İran isə 15 min[1] döyüşçü çıxarmışdı. İraqlılar aviasiyadan və kimyavi silahlardan istifadə etməklə yarımadanı 35 saat ərzində tam azad edə bilirlər. 1991-ci ildə Körfəz müharibəsi zamanı yarımadanın cənub və qərb hissəsi ABŞ ordusunun bombardımanına məruz qalmışdır.

2003-ci ildə İraq müharibəsinin əvvəllərindən yarımada müttəfiq qüvvələri tərəfindən işğal edilmişdir.

  1. Pollack, Kenneth M. Arabs at war: military effectiveness, 1948–1991. University of Nebraska Press. 2004. səh. 225. ISBN 0-8032-8783-6. 2020-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-28.