Fidi
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Fidi | |
---|---|
Phidias, Pheidias | |
Doğum tarixi | E.ə 490 |
Doğum yeri | Afina |
Vəfat tarixi | E.ə 430 |
Vəfat yeri | Afina |
Atası | Kramid |
Fəaliyyəti | heykəltaraş, memar, rəssam |
Tanınır | Olimpdə Zevsin heykəli və ilahə Afinanın heykəli'nin yaradıcısı kimi |
Vikianbarda əlaqəli mediafayllar |
Fidi (təq. e.ə. 500, Afina – təq. e.ə. 430, Qədim Afina və ya Olimpiya, Qərbi Yunanıstan) yunan heykəltaraşı, rəssam və memarı olub. O, əsasən, klassik yunan memarlarının ən məşhurlarından biri kimi tanınır. Onun müəllifi olduğu Olimpdəki Zevs heykəli qədim dünyanın 7 möcüzəsindən biridir. Fidi həmçinin "Afina Parfenonu" kimi tanınan Afina akropolundakı ilahə Afinanın heykəlinin və Afina ilə Propilea arasında duran və Afina akropoluna giriş kimi xidmət göstərən nəhəng tunc Afina Promachos –un müəlifidir. Fidi memar Kramidin oğlu idi.
Keçmişdə belə güman edirdilər ki, onun müəllimləri Hegias və Hageladas olub. Peloponnes müharibəsinə qədər Fidi Parfenonun içərisindəki Afina heykəli üçün ayrılmış qızılı mənimsəməkdə günahlandırlırdı, düşmənləri onun əleyhinə Menon adlı yalançı şahid tapdılar və Fidi həbsxanada qalaraq öldü.
Marafon döyüşü
[redaktə | mənbəni redaktə et]Baxmayaraq ki, hazırda ona aid olduğuna əmin olduğumuz həqiqi bir nümunə yoxdu. Ona aid olduğu güman olunan çoxsaylı Roma nüsxələri mövcuddur. Bu, təəccüblü deyildir, demək olar ki, bütün qədim yunan rəsm əsərləri və heykəlləri məhv edilmişdir, onların yalnız Roma kopyaları və qeydləri mövcuddur. Qədim amalılar yunan mədəniyyətini tez köçürüb və onu inkişaf elətdiriblər. Qədim tənqidçilər Fidinin əməllərini yüksək qiymətləndirirlər. Onların əsas dəyər verdikləri Fidinin işlərində sonrakı təsirli məktəblə müqayisədə daimi mənəvi ruh olmasıdır. Demetri onun heykəllərini yüksək və çox qiymətli kimi dəyərləndirir. Onun həyatı haqqında çox az məlumat var. Fidinin ilk kommisiyası Miltiadın başçılıq etdiyi qəhrəmanlardan təşkil olunmuşdu.
Məşhur dövlət xadimi Perikl e.əvvəl 490-cı ildəki Marafon döyüşündəki yunanların farslar üzərində olan qələbəsini qeyd etmək üçün də e.əvvəl 447-ci ildə Fidinin bir neçə heykəllərinin yaradılmasına dəstək vermişdir. Perikl Delos dəniz legionerləri üçün olan pulun bir hissəsini qələbəni qeyd etmək üçün Afinanın yenidən qurulması və bəzədilməsinə ayırdı.
1958-ci ildə arxeoloqlar Olimpdə Fidinin qızıl və fil sümüyündən ibarət Zevsi (heykəlin qalıqları) topladığı bir emalatxana tapdılar. Burda hələ də saxsı qırığı,mould(kif) və başqa lazımsız ləvazimatlar və üzərində " Mən Fidiyə məxsusam" yazılan qara fincan da qalırdı.
Fidinin ilk işləri yunan qələbəsini qeyd edilən Marafonun xatirəsinə həsr olunmuşdu. Delfidə o içərisinə yunan tanrıları Apollonun Afinanın və bir neçə Attik qəhrəmanlarının və General Militades də daxil olduğu tuncdan ibarət böyük qrup heykəllər tikmişdi. Afina akropolunda o açıq dənizdən də görünən Afinanın ,Afina proxomusun nəhəng tunc heykəlini ucaltmışdı. Akaedə, Pellenedə ve Platedə Fidi Afinanın digər 2 heykəlini və həmçinin Elis əhalisi üçün fil sümüyü ve qızıldan olan ilahə Afrodita heykəlini də ucaltmışdı.
Olimpdə Zevs və Afinada Parfenon
[redaktə | mənbəni redaktə et]Qədim yunanların özlərində də Fidinin 2 sənəti digərlərindən daha məşhurdur.Təxminən e.əvvəl 432-ci ilə təsadüf edən nəhəng qızıl və fil sümüyündən hazırlanmış Zevs məbədi və Afina Parfenonunda bakirəlik ilahəsi Afinanın öz adına ucaldılmış heykəl yerləşir və hər iki heykəl təxmini eradan evvəl V ə
əsrin ortalarına aiddir. Bu işlərin təsiri ilə həm müasir həm də qədim heykəllər yara Vıb.5ci əsrdən sonra Zevs heykəlinin əksi Elisdə kiçik qəpiklərin üsəündə eks olunmağa ıaşladi: Tanrı taxtda oturur, pulun qalan hissəsi isə dekorasiya olaraq torpaq kimi əks olunur. Onun bədəni fil sümüyündən, paltarı qızıldandır, başı isə biraz arxaik tipdədir.Ən azı bir əsr köhnəəstildeəverilen Otrikoli maskası. Afinada Afina Parfenonunda həqiqəti süəutden 1 bir kiçik hissə tapılmişdır.
Materiallar və nəzəriyyələr
[redaktə | mənbəni redaktə et]Uzaq keçmişdə Fidi öz tunc, qızıl və fil dişindən hazırlanmış heykəllərinə görə məşhur idi (kristo-elefand texnikası) .Baxmayaraq ki o dövrdə heykəllərin çoxu mərmərdən hazırlanırdı. Platon iddia edirdi ki, Fidi çox az hallarda mərmərdən heykəl ucaldırdı. Plutarx məlumat verir ki, Fidi Akropolda Periklin əsas işlərini idarə edirdi. Təlimatlar sübut edir ki heykəllərin tikilməsinde istifadə olunan mərmər Fidinin öldüyü il hesab olunan eradan əvvəl 434-cü ilə qədər Afinaya gətirilməyib. Mənbələt bildirir ki, Parfeonun bəzədilməsi Fidinin işləridi ama şaiələrdə görsənir ki, bunlar Fidinin yox onun tələbələri olan Alkamenes və Aqorakritusun işləridi.Roma və başqa muzeylərdə Parfenonla eyni məktəbə məxsus olan çoxlu sənət nümunələri var. Bunlar Roma dövrünün surətləridir.
Cografiyaçi Pausaniasa görə həqiqi tunc Lemninan Afina eradan əvvəl 450-440-cı illərdə Fidi tərəfindən Lemnosda yaşayan afinalilar üçün ucaldılıb. Adolf Furtwangler Fidinin Lemnian Afina heykəlinin kopyası olan və başı Bolonyada bədəni Drezdendə saxlanılan heykəli tapmağı təklif etdi. Təxminən 5ci əsrdə Afina heykəlinin bədəni Afinada tapıldı. Parisde Ecolo des Beaux-Arts-da başı itmiş Afinanin bədəni əsl heykəl haqqında fikirlərimizi düzgün formalaşdırmaqda bizə ən yaxşı kömək edə bilən vasitədir.