Furfurol

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Furfurol
Molekulyar modelin şəkli
Ümumi
Kimyəvi formulu C₅H₄O₂[1]
Molyar kütlə 0 kq[1]
Fiziki xassələri
Sıxlıq 0,8930 q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi 161,7 °S
Qaynama nöqtəsi -36,5 °S
Buxarın təzyiqi 2 ± 1 mm Hg[2]
Təsnifatı
CAS-da qeyd. nöm. 98-01-1
PubChem
RTECS LT7000000
ChEBI 34768
ChemSpider

Furfurol C5H4O2 (2 –furankarbaldehid, furfural)-aldehiddir, furanın törəməsidir. Təzə çovdar çörəyi və badam iyi verən mayedir.

Furfurol, müxtəlif kənd təsərrüfatı tullantılarının(qarğıdalı özəyinin, kəpəyin , latınca furfur-kəpək, samanın) sulfat turşusu ilə qaynadılması zamanı alınan pentozanların turşusunun təsirindən hidrolizə uğrmasından alınır. Reaksiya zamanı furfurol su buxarı ilə birlikdə ayrılır.

Fiziki xassələri

[redaktə | mənbəni redaktə et]

Furfurol – yüksək dərəcədə qaynayan sarı mayedir. Əksər polyar orqanik həlledicilərdə yaxşı, suda və alkanlarda az həll olur.

Kimyəvi xassələri

[redaktə | mənbəni redaktə et]

Furfurolun kimyəvi xassələri aromatik aldehid olan benzaldehidlə oxşardır. Eynən benzaldehid kimi qələvi ilə təsir etməklə Kanisarro reaksiyasına girərək furankarbon turşusunun duzuna və furfurol spirtinə parçalanır.

2C5H4O2KOH C4H3COOK + C4H3OCH2OH

Havada furfurol öz-özünə oksidləşir, nəticədə qarışqa turşusu və 2-formilakril turşusu əmələ gəlir. Dils-Alder reaksiyasında dien kimi iştirak edir. Furfurol 2500C-də qızdırıldıqda(bəzən partlayışla) furana və karbon oksidə parçalanır.

Furfurol toksiki maddə olduğuna görə sinir sisteminə təsir etməklə qıcolmaya və iflicə, dəri ilə və qöz qişasıyla təmasda olduqda qıcıqlanmaya səbəb olur. Dəridə müxtəlif ekzemalar və dermatitlər yaradır.

Furfuroldan furan, tetrahidrofuran, tetrahidrofuril spirti, furan qatranları, funqisid dərman maddələrinin (məs., furasilin) alınmasında və neft sənayesində, sintetik rezinlərin istehsalında istifadə olunan dienləri karbohidrogen qarışıqlarından ekstraksiya etmək üçün həlledici kimi istifadə edilir.

  • Azərbaycan Sovet Ensiklopediyası. 1987 il, X hissə. səh.12
  • Краткая химическая энциклопедия, т 5, 1967, с.619
  1. 1 2 FURFURAL (ing.).
  2. http://www.cdc.gov/niosh/npg/npgd0297.html.