Fyodor Maxnov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Fyodor Maxnov
Doğum tarixi 6 (18) iyun 1878
Doğum yeri
Vəfat tarixi 28 avqust (10 sentyabr) 1912 (34 yaşında)
Vəfat yeri
Fəaliyyəti rəiyyət, sirk artisti[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Fyodor Maxnov

Fyodor Maxnov (d. 6 iyun 1878 — ö. 28 avqust 1912) — tarixin ən uzun adamı. Onun 285 sm boyu olsa da rəsmi rekord 272 sm boyu olan Robert Uodlouya məxsusdur.

Fyodor Maxnov 6 iyun 1878-ci ildə Rusiya imperiyasının Vitebsk quberniyasında kəndli ailəsində anadan olmuşdur. O, hələ 12 yaşındaykən boyu 2 metri keçmişdi. Buna görə uşağın atası evin tavanını söküb, yenidən qurmalı olmuşdu. Evdə Fyodorun ayrıca çarpayısı, stolu, stulu vardı.

16 yaşında ikən alman Otto Blinder onu ölkəsinə aparır. Otto Blinderin məqsədi Fyodor Maxnov kimi qeyri-adi insandan istifadə etməklə məhəllə sirklərində yaxşı pul qazanmaq idi. Almaniyaya gedən Maxnov müxtəlif şəhərlərdə şoular göstərir, insanları heyrətləndirməkdə Blinderə pullar qazandırırdı.

25 yaşında ikən Fyodrun boyu 2 metr 85 santimetrə çatdı. Artıq onun üçün hərəkət etmək çətin idi.

30 yaşında Almaniyadan qayıdır. Maxnov burda özündən bir metr kiçik Feodosiya Lebedevayla evlənir. Bu izdivacdan onların 5 uşağı olur. Amma heç birinin boyu 2 metri keçmir.

Fyodor çox yaşamır. 28 avqust 1912-ci ildə — 34 yaşında ikən qəfil xəstəlikdən vəfat edir.