Georgi Papanikolau

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Georgi Papanikolau
yun. Γεώργιος Νικολάου Παπανικολάου
Doğum tarixi 13 may 1883(1883-05-13)[1][2]
Vəfat tarixi 19 fevral 1962(1962-02-19)[1][2] (78 yaşında)
Vəfat yeri
İş yerləri
Təhsili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Georgi Papanikolau (yun. Γεώργιος Παπανικολάου, 13 may 1883[1][2]19 fevral 1962[1][2], Mayami, Florida) — yunan alimi, təbibi.

Georgi Papanikolaunun tibb sahəsində göstərdiyi aparıcı rolunu yüksək qiymətləndirərək UNESCO 2012-ci ildə tanınmış həkimin ölümünün 50-ci ildönümünü qeyd etməyə razılıq vermişdir. Papanikolau sitologiya həmçinin qadınlar arasında geniş yayılmış xərçəngin tez aşkar edilməsində əvəzsiz olan "Pap-test"i ixtira etmişdir. Məhz bu test nəticəsində qadınlarda uşaqlıq boynu xəstəliklərində xərçəngi ilkin mərhələsində aşkar edilir, bununla da dünyada milyonlarla qadın xilas edilir.

Təhsilini Yunanıstanda alan Papanikolau sonradan elmi tədqiqatlarını Almaniya və ömrünün axırınadək Amerika Birləşmiş Ştatlarında davam etdirmişdir. Karyerasının ilk illərində "Dr. Pap" kimi çağrılan Georgi Papanikoaunun həyat amalını onun məşhur "Mən həyata xidmət etmək üçün yaşayıram" ifadəsi ehtiva edir.

"Pap test" bü gün də bu sahədə qabaqlayıcı diaqnozun qoyulması üçün mübahisə olunmaz sınaq kimi qalmaqdadır. Statistika göstərir ki, "pap test"in aşkar edildiyi gündən bu vaxtadək keçən 60 il ərzində uşaqlıq boynu xəstəliyi qadınlar arasında ölümə səbəb olan xəstəlilklər siahısında 1 nömrəli səbəbdən 13-cüyə düşmüşdür.

Dr. Georgi Papanikolau 150 məqalənin müəllifi olmuş, 50-yədək mükafat və medallara sahib olmuşdur.

  1. 1 2 3 4 George Nicholas Papanicolaou // Who Named It? (ing.).
  2. 1 2 3 4 Georges Nicolas Papanicolaou // Base biographique (fr.). BIU Santé.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]