Giriş/çıxış portu
Giriş/çıxış portu (en. input/output port ~ ru. порт ввода-вывода ~ tr. giriş/çıkış portu) – giriş və ya çıxış qurğuları ilə mikroposessor arasında verilənlərin ötürülməsi kanalı. Praktiki olaraq, mərkəzi prosessor üçün port, onun verilənlərin qəbulu və verilişi üçün istifadə etdiyi bir və ya daha artıq yaddaş ünvanıdır. Bu ünvanlara xüsusi aparat vasitələri, məsələn, genişləndirmə lövhələri xidmət göstərir: onlar qurğudan gələn verilənləri yaddaş ünvanlarında yerləşdirir və verilənləri yaddaş ünvanlarından qurğuya göndərir.
Giriş/çıxış portu kompüterdə proqram təminatı və qurğular arasında əlaqə qurmağa imkan verir. Hər hansı məlumatı ardıcıl portla göndərmək üçün onun hansı giriş/çıxış portu kimi ünvanı bilinməlidir. Analoji olaraq, ardıcıl portdan məlumat almaq üçün onun hansı ünvandan göndərilməsini bilmək lazımdır.
Yaddaşa birbaşa daxil olan kanalların və IRQ-nin kəsilməsindən fərqli olaraq, fərdi kompüterlərdə xeyli çox giriş/çıxış portları mövcuddur. 0000h-dan FFFFh-a qədər nömrələnmiş 65535 port mövcuddur və bu Intel prosessorunda ən maraqlı "artefakt"-dır. Baxmayaraq ki, bir çox qurğular 8 portdan istifadə edir, lakin onların sayı kifayət qədər bəs edir. Ən böyük problem ondadır ki, iki qurğuda təsadüfən eyni port müəyyən edilməsin.
Plug and Play (Qoş və işlət) xüsusiyyətini saxlayan müasir sistemlər portlardakı istənilən münaqişələri avtomatik həll edir.
Baxmayaraq ki, giriş/çıxış portları yaddaşın onaltılıq ünvanlarına oxşar işarələnirlər, onlar yaddaş yox, portlar sayılırlar. Fərq ondadır ki, 1000h ünvanlı yaddaşa göndərilən məlumatlar SIMM və ya DIMM yaddaş modulunda saxlanılacaqdır. Əgər məlumatlar giriş/çıxış portunun 1000h ünvanına göndərilirsə, onda onlar şinin bu kanalına düşürlər və bu kanalı eşidən istənilən qurğu onları qəbul edə bilər. Əgər portun bu ünvanını heç bir qurğu tutmursa, onda məlumatlar şinin sonuna çatacaq və onun yükləyici rezistorları ilə udulacaq.
Xüsusi proqramlar – drayverlər – müxtəlif port ünvanlarından istifadə etməklə qurğularla qarşılıqlı əlaqədə olurlar. Drayver onlarla işləmək üçün qurğunun hansı portdan istifadə etdiyini bilməlidir. Adətən bu problem təşkil etmir, çünki həm drayver, həm də qurğu, bir qayda olaraq, eyni istehsalçı tərəfindən təchiz edilir.
Sistemli plata və yığım mikrosxemləri adətən giriş/çıxış portunun 0h-dan FFh-a qədər ünvanlarından istifadə edir, digər qurğular isə 100h-dan FFFFh-a qədər.
Sistem platasında hansı port ünvanının istifadə olunduğunu ona əlavə olunan sənədlərə baxmaq və ya Windows qurğusunun dispetçerindən istifadə etməklə bilmək olar.
Şindəki qurğularda, bir qayda olaraq, 100h-dan başlayan ünvanlardan istifadə olunur.
Praktiki olaraq sistemli şinlərdə bütün qurğular giriş/çıxış port ünvanlarından istifadə edirlər. Onların əksəriyyəti standartlaşdırılmışdır. Ona görə, bir qayda olaraq, bu qurğular üçün port ünvanları ilə hər hansı bir problem ortaya çıxmır.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.