Həqiqətin özü (film, 2008)
Həqiqətin özü | |
---|---|
Fayl:Həqiqətin özü (film, 2008).jpg | |
Janr | tarixi |
Rejissorlar |
Tofiq Məmmədov İqbal Məmmədəliyev |
Ssenari müəllifi | Toğrul Vəli |
Operatorlar |
Köçəri Məmmədov Elşən Əliyev |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası ("Salnamə" Sənədli Filmlər Studiyası) |
İlk baxış tarixi | 31 mart 2008, AzTV |
Filmin növü | tammetrajlı sənədli film |
Müddət | 78,5 dəq. |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2008 |
Texniki məlumatlar |
DvCam video formatı ekran ölçüsü 4x3 iki səs kanalı stereo olan rəqəmli daşıyıcı |
Rəng | rəngli (ağ-qara kadrlarla) |
Məzmun
[redaktə | mənbəni redaktə et]Film ermənilərin Türkiyədə, o cümlədən Cənubi Qafqazda törətdiyi soyqırım faktlarından bəhs edir.
Filmdə Birinci Dünya müharibəsində imperiya güclərinin oyununa çevrilən ermənilərin bütün dünyaya car çəkdikləri qondarma erməni soyqırımı və eləcə də günümüzün problemi sayılan Dağlıq Qarabağ haqqında yaydıqları uydurma bəyanatların hansı mənbədən qaynaqlandığı ortaya qoyulur.
Film haqqında
[redaktə | mənbəni redaktə et]Filmdə Rusiya Dövlət Foto-Kino Arxivindən, Azərbaycan Dövlət Foto-Kino Sənədlər Arxivindən, Gürcüstan Dövlət Arxivindən, Türkiyə Cümhuriyyəti Baş Nazirlik Arxivindən, Osmanlı Arxivlərindən, "Sarı Gəlin" türk sənədli filmindən materiallar, həmçinin Avropa və Azərbaycan bəstəkarlarının əsərlərindən, eləcə də türk etnik musiqisindən parçalar və "Fətəli xan" filmindəki kadrlardan istifadə edilmişdir.
Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi "Salnamə" sənədli filmlər studiyası tərəfindən aparılan iki ilə yaxın araşdırma nəticəsində ərsəyə gəlmişdir. Çəkilişlər 2007-ci ilin əvvələrindən başlamışdır. Çəkilişlər 1 il çəkmişdir.
Film osmanlı və azəri türkcəsində ərsəyə gəlmişdir.
Filmdə Rusiya, Türkiyə, İngiltərə, Gürcüstan və Azərbaycanın tarix, foto-kino arxivlərindən işıq üzü görməyən kinoxronika və digər sənədlər öz əksini tapıb ki, bu da filmin əsas qayəsini təşkil edir. Rusiya arxivlərində yatan, bu məsələni araşdıran tarixçilərin heç vaxt görmədiyi unikal kinolentlər ekrana gətirilmişdir. Bütün bunlarla bərabər tanınmış tarixçilər də filmdə öz sözünü deyir. Türkiyə, Amerika, Ukrayna, Gürcüstan və Azərbaycanın alimləri qoyulmuş problemin ətrafına faktlar düzərək sanki filmdə canlanan tarixi xronologiyanın səlnaməçiləri kimi iştirak edirlər.
- Filmdə ziyalılarla yanaşı, Anadolunun ucqar dağ kəndlərinin yaşı 100-ü ötən sakinlərinin o dövrlə bağlı acı xatirələri yer almışdır.
Səhv
[redaktə | mənbəni redaktə et]Titrlər: Titrlərdə mətni oxuyan aktyor Sabir Məmmədovun adı Sabir Əliyev kimi göstərilmişdir.
Filmin heyəti
[redaktə | mənbəni redaktə et]Film üzərində işləyənlər
[redaktə | mənbəni redaktə et]- İdeya müəllifi: Əli Polad
- Sponsor: Əli Polad
- Rejissor: Tofiq Məmmədov, İqbal Məmmədəliyev
- Ssenari müəllifi: Toğrul Vəli
- Aparıcı: Toğrul Vəli
- Operator: Köçəri Məmmədov, Elşən Əliyev
- Səs operatoru: Aygün İslamova
- Montaj: Fərid Axundov
- Qrafika: Emin Mehdiyev
- Dizayn: Emin Mehdiyev
- Səs texniki: Rəna Müslümova
- Arxivarius: Samirə Seyidbəyli (Samirə Seyidbəyova kimi)
- Mühasib: Sevda Kazımova
- İcraçı prodüser: Kamil Məmmədov
- Mətni oxuyan: Fuad Poladov, Sabir Məmmədov, Lalə Əhmədova
- Musiqi redaktoru: Vamiq Məmmədəliyev
- Redaktor: Aydın Dadaşov, Hafiz İmamnəzərli
- Prodüser: Əli Polad, Tofiq Məmmədov
- Musiqilərindən istifadə edilən bəstəkar: Qara Qarayev, Fikrət Əmirov, Fərəc Qarayev, Cövdət Hacıyev, Leonid Vaynşteyn, Rəhilə Həsənova
Filmdə iştirak edənlər
[redaktə | mənbəni redaktə et]- Quram Marxuliya (doktor, Gürcüstan)
- Ataxan Paşayev (doktor, Azərbaycan)
- Yuliya İvanova (Odessa universitetinin elmi işçisi, Ukrayna)
- Əli Polad (professor, Türkiyə)
- Castin Makkarti (professor-doktor, ABŞ)
- Tuncay Öğün (doktor, Van, Türkiyə)
- Nurhan Aydın (doktor, Sarıqamış, Türkiyə)
- Sadiq Kamal Tural (professor-doktor, İstanbul, Türkiyə)
- Nurşən Mazıcı (professor-doktor, Türkiyə)
- Şenol Kantarcı (İstanbul, Türkiyə(TÜRKSAM))
- Əli Kafkasyalı (doktor, Ərzurum, İstanbul, Türkiyə)
- Hüseyn Qaradağ (Van, Türkiyə)
- Erol Kükçüoğlu (doktor, Ərzurum, Türkiyə)
- Hacı Qurban Parlaq (Bayburt sakini)
- Yusuf Sağan (Bayburtun Daşkəsən kənd sakini)
- Solmaz Rüstəmova-Tohidi (doktor, Azərbaycan)
Arxiv kadrlarda iştirak edənlər
[redaktə | mənbəni redaktə et]- Çar I Pavel (şəkil) (titrlərdə yoxdur)
- Çar I Nikolay (şəkil) (titrlərdə yoxdur)
- Aleksandr Qriboyedov (şəkil) (titrlərdə yoxdur)
- Çar I Aleksey (şəkil) (titrlərdə yoxdur)
- Vladimir Lenin (titrlərdə yoxdur)
- İlham Əliyev (titrlərdə yoxdur)
- Rəcəb Tayyib Ərdoğan (titrlərdə yoxdur)
- Mehriban Əliyeva (titrlərdə yoxdur)
- Erik Fayql (doktor, Avstriya)
Sitatlar
[redaktə | mənbəni redaktə et]1917-ci ilin dekabrında Qafqazdakı rus ordusu cəbhəni özbaşına tərk etməyə başlamışdı. Dekabrıln 18-də Ərzincanda barışıq aktı imzalandı. Bu barışıqdan sonra rus qoşunları işğal etdiyi ərazilərdən geri çəkilməyə başladılar. Fəqət yolboyu müsəlmaan əhalisinə vəhşicəsinə divan tutur kəndləri yerlə-yeksan edirdilər.
- Sanki quldur dəstəsinin başçısı Andranikin tövsiyəsi bu gün də ermənilərin şüarına çevrilib: "Yax, yıx, bölgəni türklərdən təmizlə, arxamızda dağlar var"
Mənbə
[redaktə | mənbəni redaktə et]- ""Həqiqətin özü" həqiqətlərə ayna tutdu". //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 52-53.