H-110 Sarir
H-110 Sarir | |
---|---|
Tipi | hava nəqliyyatı |
İstismarçılar | İran Hava Hücumundan Müdafiə Qüvvələri |
Vikianbarda əlaqəli mediafayllar |
H-110 "Sarir" (fa: سریر, mənası "Taxt") PUA-ları İİKK tərəfindən verilən sifarişlə 2011-ci ildə hazırlanmağa başlayıb və 2013-cü ilin aprelində keçirilən təntənəli mərasimlə silahlanmaya qəbul edilib. Elektro-optik və infraqırmızı sensorlardan istifadə edən "Sarir" kəşfiyyat və müşahidə vəzifələrini yerinə yetirmək üçün optimallaşdırılıb. İran KİV-lərinin məlumatına görə PUA "hava-hava" tipli raket silahları daşıya bilir.[1]
Bu cihaz İran silahlı qüvvələrində geniş yayılıb. H-110 "Sarir" pilotsuz vasitəsi ərazinin kəşfiyyatı, potensial düşmənin gizli hərəkətini aşkar etmək, ölkənin hava sərhədlərinə nəzarət etmək və hava hədəflərinə hücum üçün fəal istifadə olunur.
İran təyyarə istehsalçılarının H-110 "Sarir" pilotsuz uçuş aparatının dizaynına kifayət qədər ixtisaslı yanaşması sayəsində iki ildən az müddətdə planlaşdırılan layihəni başa çatdırmaq mümkün oldu. Dəyəri çox da yüksək olmayan PUA çox sayda hərbi hissəni bu vasitələrlə təchiz etməyə imkan verdi. Bundan əlavə, 2015-ci ildə digər ölkələr, o cümlədən Venesuela və Kolumbiya da İrandan H-110 "Sarir" dronlarının alınmasına maraq göstərdilər.
İranın H-110 "Sarir" pilotsuz uçuş aparatı üç növ kamera, o cümlədən elektro-optik gündüz kamerası ilə təchiz edilir. Əlverişsiz və ya qeyri-kafi görünmə şəraitində ərazini izləmək üçün infraqırmızı kameradan istifadə edilir. Ətraf mühitin temperaturundan fərqlənən obyektlərin axtarışını təmin etmək üçün isə termal kamera tətbiq edilir.
Bundan başqa H-110 "Sarir" PUA-sının silahlanmasına hava hədəflərini aşkar etməyə imkan verən RLS və aşkarlanan hədəfləri məhv etmək üçün iki raket daxildir.
H-110 "Sarir" zərbə PUA-sı onun saatda 150 km sürətə çatmasına imkan verən iki porşenli mühərriklə təchiz olunur. PUA 5 saata qədər havada qalmaq imkanına malikdir.[2][3][4][5][6][7][8]
Taktiki-Texniki Xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]- Uzunluğu: 2.8 m;
- Qanad uzunluğu: 3,5 m;
- Hündürlüyü: 0.9 m;
- Maksimum uçuş çəkisi: 80 kq;
- Maksimal uçuş sürəti: 150 km/saat;
- Kreyser sürəti: 120 km/saat;
- Maksimum uçuş məsafəsi: 200 km;
- Maksimum uçuş hündürlüyü: 5000 m;
- Təyyarə mühərrikinin növü: porşenli.[9]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Commander: Iran Mass-Producing Newly Unveiled Sarir Drone". April 24, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: April 18, 2013.
- ↑ "PressTV - Iran unveils new drone, missile systems". Presstv.ir. 2013-04-18. 2013-08-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-09.
- ↑ "http://mobiletest.jpost.com/HomePage/FrontPage/Article.aspx?id=912877…". archive.is. 29 June 2013. 29 June 2013 tarixində orijinalından arxivləşdirilib.
- ↑ "نمایش پهپاد جدید «سریر» پدافند هوایی در رژه ارتش". Farsnews.com. 2013-07-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-09.
- ↑ "PressTV - Iran displays new weaponry in Army Day". Presstv.ir. 2013-04-18. 2013-07-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-09.
- ↑ Paraszczuk, Joanna. "Commander: Iran developing UAV with bombing capabilities". Jpost.com. 2012-10-14. 2021-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-09.
- ↑ "Iran unveils new drone - WORLD". Globaltimes.cn. 2013-04-18. 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-09.
- ↑ F_127. "Iran unveils new drone - People's Daily Online". English.peopledaily.com.cn. 2013-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-09.
- ↑ Frew, Joanna. "Drone Wars: The Next Generation: An overview of current operators of armed drones" (PDF). Oxford: Drone Wars UK. May 2018. səh. 12. 2022-08-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-09-30.