57°41′40″ şm. e. 27°03′33″ ş. u.HGYO

Haanya yüksəkliyi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Haanya yüksəkliyi
est. Haanja kõrgustik
Ümumi məlumatlar
Mütləq hündürlüyü 318 m
Yerləşməsi
57°41′40″ şm. e. 27°03′33″ ş. u.HGYO
Ölkə  Estoniya
Haanya yüksəkliyi xəritədə
Haanya yüksəkliyi
Haanya yüksəkliyi

Haanya (est. Haanja kõrgustik) — Estoniyanın cənub-şərqində yerləşən yüksəklik. Estoniyanın və bütövlükdə Baltikyanı ölkələrinin ən yüksək zirvəsi olan Suur-Munamyaq (est. Suur-Munamägi) bu yüksəklikdədir.[1][2] Haanya yüksəkliyinin cənub hissəsi qismən Latviya ərazisinə keçir. Yüksəklik burada Aluksnen adlanır. Latviya hissəsindəki maksimal yüksəklik dəniz səviyyəsindən 271.5 metrdir — Delinkalns təpəsi (Dēliņkalns). Haanyanın cənub-şərq hissəsi Rusiyanın Pskov vilayətinin Peçora rayonuna aiddir. Beləliklə, bu yüksəklik üç dövlət sərhəddinin qovuşduğu zonada yerləşir.[1]

Haanya yüksəkliyi daxilində kiçik yüksəkliklər ayrılmış: Vallamyaqi (Vällamägi) — dəniz səviyyəsindən 304 m hündürlükdə, Kerekunnu (Kerekunnu) — 296 m, Tsalbamqqi (Tsälbamägi) — 293 m. Haanya yüksəkliyindən axan bir neçə çay öz başlanğıcını götürür və üç fərqli istiqamətdə axır — Çud, PskovFin.[1] Pededse çayı bölgənin ən böyük çayıdır.

Haanya yüksəkliyinin əksər hissəsinin hündürlüyü 250 metrdir. Haanya yüksəkliyi çox fərqli landşafta malik bir bölgədir. Meşə örtüyü böyük ərazini əhatə edir. Haanya Estoniyanın ən göllü ərazisi hesab olunur. Bölgədə 175 göl qeydə alınmış.[3] Göllər əsasən buzlaq mənşəlidir. Müasir dövrdə göllərin əksəriyyəti bataqlaşmış haldadır.

Haanya yüksəkliyi bölgəsindən, şimal-şərqdən cənub-qərb istiqamətində Pskov-Riqa magistral yolu keçir. Suur-Munamyaq zirvəsi yaxınlığında 1955-ci ildə təmir edilmiş və 1960-cı ildə yenidən tikilmiş, təxminən 30 metrlik bir müşahidə meydançası yerləşir. Meydança dəniz səviyyəsindən 346.7 m yüksəklikdə yerləşir və 50 km radiusda müşahidə aparmağa imkan verir. 2004-cü ildə meydança təmirə bağlanıldı və 24 iyul 2005-ci ildə yenidən açılmışdır.[4] Yüksək ərazisi xüsusi təbiət parkı statusuna malikdir. Parkın ərazisi 17 000 hektardır. Park 1957-ci ildə yaradılmışdır.[5]

  1. 1 2 3 "Haanja kõrgustik" (eston). Entsüklopeedia Eestist. 2012-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-09-11.
  2. Тармисто В. Ю. Эстонская ССР. III. Природа // Большая Советская энциклопедия, 3-е изд. : Гл.ред. А. М. Прохоров. — М.: Сов.энциклопедия, 1978. — Т. 30: Экслибрис-Яя. — С. 631:ил.,карт..
  3. "Возвышенность Хаанья". 2020-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-28.
  4. "Suur-Munamägi" (rus). 2012-06-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-09-11.
  5. Природный парк Хаанья [ölü keçid]