Hamar-Daban
Hamar-Daban | |
---|---|
| |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 2396 m |
Uzunluğu | ~360 km |
Eni | ~55 km |
Hündür nöqtəsi | Xan-Ula dağı |
Süxurları | Qneys, bazalt, Əhəng daşı, qranit |
Yerləşməsi | |
51°17′10″ şm. e. 104°19′31″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Hamar-Daban (bur. Хамар дабаан) — Şərqi Sibirin cənubunda, Pribaykalın da cənubunda yerləşən dağlıq ölkə. Ərazisinin böyük qismi Rusiya Federasiyası Buryatiya Respublikası ərazisində yerləşir.
Coğrafi xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Hamar-Daban — erkıən protrezoy dövrünə aid silsilələr kompleksidir. Onun uzunluğu q.rbdən şərqə 350 km, eni isə 50–60 km təşkil edir. Baykal gölünün cənubunda yerləşir. Silsilə qərbdə Zun-Suren çayının aşağı qolları ətrafından başlayaraq cənub-şərqdə Xanqarul və Snejnaya çaylarının yuxarı axarlarına qədər uzanır. Ondan şərqdə Xanqaril silsiləsi yerləşir. Buradan Snejnoy çayı sahili boyunca şimal-şərq istiqamətində uzanır.
Hamar-Daban İrkutsk vilayətinin Slyudan rayonu və Buryatiyanın altı rayonunu özündə birləşdirir. Su ayrıcı silsilə bu rayonlar arasında təbii sərhəd rolunu oynayır. Silsilənin şimalı ilə Transsibir magistralı və Baykal avtomagistralı keçir.
Baykal gölünün cənub-qərb sahilləri Pribaykalın ən rütübətli sahəsidir. Bura il ərzində 1200 mm yağıntı düşür. Bu baxımdanda zəngin bitki örtüyü ilə seçilir. Burada əsasən dağ tundra bitkiləri yayılmışdır. Meşələri əsasən enliyarpaqlıdır — adi şam, Avropa qara şamı, Sibir sidrağacı, ağ şam. Üstəlik burada Qovaq və tozağacı meşələri belə vardır. Alp zolağında isə Alçaqboylu sidr şamı, cırtdan tozağacı kimi bitkilərtə sahibdir.
Qorunan ərazilər
[redaktə | mənbəni redaktə et]Hamar-Daban silsiləsinin mərkəzində Bykal qoruğu yerləşir. Ondan qərbdə, Buryatiyanın Zakamen rayonu ərazisində isə Snejinski botanik yasaqlığı yerləşir (sahəsi — 238,48 min ha). Hamar-Dabanın qərbində, Tunkinski rayonu ərazisində Tunkinski Milli parkı qərarlaşır.
Funa
[redaktə | mənbəni redaktə et]Əsas sakinləri:
quruda — qonur ayı, maral, sığın, izübr, müşk maralı, canavar, tülkü, dələ, dovşan, burunduk, turac, Nucifraga caryocatactes, əlvan ağacdələn, adi bonazi tetrası
çaylarda — Xarius, Brachymystax, adi taynen, Rutilus.
Zirvələri
[redaktə | mənbəni redaktə et]Hamar-Daban silsiləsinin ən hündür zirvəsi Xan-Ula (2371 m) dağıdır. Ancaq Ululik çayının yuxarı axarlarında hündürlüyü 2396 m olan Subutuy dağə yerləşir. Ən məşhur zirvə isə Çerski pikidir (2090 m). Hər il onu minlərlə turist ziyarət edir. Mərkəzi hissədə, Baykal qoruğu ərazisində şahid dağ olan Soxor yerləşir (2316 m).
Göl və çayları
[redaktə | mənbəni redaktə et]Hamar-Daban silsiləsi ərazisində müxtəlif göllərə rastlamaq mümkündür. Onlar arasında ən böyüyü və məşhuru Sobolin gölüdür. Digə gölləri — Patovoe gölü, Serdçe gölü, Çyornaya gölü.
Su turizmi üçün əlverişli çayları:Utulık, Snejnaya, Temnik, Xara-Murin.
İncəsənətdə
[redaktə | mənbəni redaktə et]Hamar-Daban silsiləsinə 1962-ci ildə Yuri İosiofoviç Vızbor eyni adlı mahnı yazmışdır.