Helikopter daşıyan dok gəmisi
Helikopter daşıyan dok gəmisi |
---|
Helikopter daşıyan dok gəmisi və ya LHD gəmisi (ing. Landing Helicopter Dock) daxilində helikopterlər olan və çıxarma vasitələri üçün hovuzlu göyərtəsi olan çoxməqsədli amfibiya hücum gəmisinin bir növüdür. [1] ABŞ Hərbi Dəniz Qüvvələri və NATO bu tip gəmiləri təsvir edərkən bu termindən gövdə təsnifatı simvolu kimi istifadə edirlər.
LHD gəmiləri, təyyarə daşıyıcılarına oxşar formada helikopterlərlə hücum etməyi bacaran tam uçuş göyərtəsinə sahib olacaq formada tikilirlər. Bəzi versiyalarında MV-22 Osprey kimi əyri rotorlu təyyarələr və AV-8 Harrier və F-35B Lightning II kimi VSTOL təyyarələri də yerləşdirilə bilər. ABŞ Hərbi Dəniz Qüvvələrinin Wasp sinfi, Fransa Donanmasının Mistral sinfi, İspaniya Hərbi Dəniz Qüvvələrinin I Xuan Karlos sinifi, Avstraliya Kral Donanmasının Kanberra sinfi və Türk Dəniz Qüvvələrinin TCG Anadolu gəmisi buna misal olaraq göstərilə bilər. [1] [2] Koreya Respublikası Hərbi Dəniz Qüvvələri də bu təsnifatdan Dokdo sinif gəmiləri üçün istifadə edirlər. [3]
LHD gəmi sinfindən əvvəl ABŞ Hərbi Dəniz Qüvvələrində LHA (Landing Helicopter Assault) sinifli gəmilər var idi. Bu gəmilərdən, ilk iki Amerika təsnifatlı gəmi olan, LHA-6 və LHA-7 istisna olmaqla, bütün digərləri LHD tipli gəmilərdə mövcud olan dok eniş göyərtələrinə malikdirlər və təyyarələr üçün böyük göyərtələri olur. [1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 "Fact File: Amphibious Assault Ships - LHA/LHD/LHA(R)". U.S. Navy. 1 Ocak 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 Ağustos 2015.
- ↑ "Amphibious Assault Ship (LHD)". Royal Australian Navy. 15 Ağustos 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 Ağustos 2015.
- ↑ "The Dokdo Class: an LHD for the ROK". Defense Industry Daily. 5 Temmuz 2007. 29 Aralık 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 Ağustos 2015.