Hemokinlər
Bu məqalə qaralama halındadır. |
Hemokinlər — sitokinlərin kiçik bir qrupu olub, əsasən monosit və makrofaqlar tərəfindən sintez olunurlar. Onlar həmçinin endotelial və fibrioblast hüceyrələri, neytrofillər və T — limfositləri, keratinositlər və trombositlər tərəfindən də sintez olunurlar. Hemokinlər amin turşusu ardıcıllıqlarındakı sistein qalıqlarının yerləşmə xüsusiyyətlərinə görə 4 qrupa ayrılırlar:
- İki sistein qalıqları ardıcıl yerləşən CC(β) — hemokinlər
- İki sistein qalığı bir amin turşusu ilə ayrılmış quruluşlu CXC(α) hemokinlər
- Bir sistein qalığına malik C(γ)- hemokinlər
- İki sistein qalığı üç amin turşusu ilə ayrılmış δ hemokinlər
Hemokinlərin sintezi bakterial yoluxma və fiziki zədələnməyə cavab reaksiyası kimi stimulə olunur.Onlar immun sisteminin hüceyrələrini bu sahəyə yönəltməklə yanaşı zədələnmiş toxumanın bərpasında da iştirak edirlər. Hemokinlər membranla 7 dəfə kəsişən özünəməxsus quruluşlu reseptorlara malikdirlər. Onunla reseptorun tərkib hissəsi kimi siqnalın hüceyrə daxilinə ötürülməsini təmin edən bir G zülalı birləşmişdir.Bu reseptorlarla müxtəlif qruplara aid hemokinlər qarşılıqlı əlaqə yarada bilirlər. Bəzi hemokinlər əvvlcə endotelial hüceyrələrin və hüceyrəxarici matriksin proteoqlikanları ilə birləşir, neytrofil və monositlərlə qarşılıqlı təsirə girərək onların qanda hərəkətini zəiflədir,diapedez prosesindən sonra isə onların hemokinin qatılığının qradienti istiqamətində hemokinin mənbəyinə doğru miqrasiyalarını təmin edirlər.
Kiçik molekullu sitokinlər olan hemokinlər immun effektor hüceyrələrinin yoluxma və zədələnmə sahəsinə və leykositlərin toxumalara doğru miqrasiyasında mühüm əhəmiyyət kəsb edirlər.
Mənbə
[redaktə | mənbəni redaktə et]• Ziyəddin Məmmədov, Rasim Axundov. İmmunologiyanın əsasları, Bakı, 2009.