Hesselilər

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Hesselilər
alm. Soldatenhandel unter Landgraf Friedrich II. von Hessen-Kassel
Ölkə Hessen-Kassel Knyazlığı
Tərkibi almanlardan təşkil olunmuş birləşmə
Sayı 30.000
Himayədarı

{{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas =

}}
Müharibələr ABŞ İstiqlal müharibəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hesselilər (alm. Soldatenhandel unter Landgraf Friedrich II. von Hessen-Kassel‎) — ABŞ İstiqlal müharibəsi zamanı Böyük Britaniya ordusu tərəfindən döyüşən etnik alman döyüşçülər.[1] Hesselilər termini Böyük Britaniya tərəfində döyüşən bütün almanlar üçün istifadə olunan Amerikan sinekdoxudur, çünki 65%-i Almaniyanın Hessen-Kassel Knyazlığı və Hessen-Hanau əyalətlərindən gəlmişdir.

Öz nizam-intizamı və döyüş şücaəti ilə tanınan, hesselilərin sayı müharibənin ən qızğın dövründə 30.000 nəfər çatmışdır ki, bu da Böyük Britaniya Quru Qoşunlarının ümumilikdə 25%-ni təşkil etməsi anlamına gəlirdi.[1]

Həm çağdaş, həm də tarixi aspektdən muzdlu əsgərlər kimi qəbul edilsə də, hesselilər qanuni olaraq köməkçi kimi fəaliyyət göstərirdilər. Muzdlular öz istəkləri ilə xarici hökumətə xidmət edərkən, köməkçilər öz hökumətləri tərəfindən xarici tərəfə icarəyə verilən əsgərlər idilər. Köməkçilər daha çox kiçik və nisbətən yoxsul Alman dövlətləri üçün əsas gəlir mənbəyi idi, adətən hökumətlərinin neytral olduğu müharibələrdə xidmət edirdilər. Bu dövrün əksər köməkçi qoşunları kimi, hesselilər də xarici ordularla birlikdə bütöv birliklər şəklində xidmət edirdilər, öz bayraqları altında döyüşürdülər, öz zabitləri tərəfindən idarə edilir və mövcud formalarını geyinirdilər.

Hesselilər İstiqlaliyyət Müharibəsində, xüsusən də şimal cəbhəsində mühüm rol oynadılar.[2] Onlar bir çox döyüşlərdə, xüsusilə Vayt Pleynzs və Fort Vaşinqtonda xidmətdə fərqlənmişdilər. Alman qoşunlarının əlavə işçi qüvvəsi kimi göstərdiyi dəstək və onların bacarığı Böyük Britaniyanın müharibəni davam etdirmək planlarını dəstəklədi, digər tərəfdən bu kolonistləri qəzəbləndirdi və inqilabçılara dəstəyi artırdı.[2]

Xarici muzdluların böyük ordularının istifadəsi Amerika Birləşmiş Ştatların Müstəqillik Bəyannaməsində Kral III Georqa qarşı kolonyaların qəbul etdiyi 27 şikayətdən biri idi. Patriotlar Böyük Britaniyanın müstəmləkəçilərin hüquqlarını pozması ilə bağlı fikirlərini əsaslandırmaq üçün hesseliləri Böyük Britaniya qoşunlarının tərkibində döyüşməsi faktından istifadə edirdilər.[3]

Xarici əsgərlərin istifadəsi XVIII Avropasında qeyri-adi hal hesab edilmirdi. ABŞ İstiqlal müharibəsinə qədər olan iki əsrdə qitə daimi müharibə meydana idi və hərbi işçi qüvvəsinə çox böyük tələbat var idi.[4] Almaniya hələ vahid dövlət deyildi, lakin Müqəddəs Roma İmperiyası altında sərbəst şəkildə təşkil edilmiş yüzlərlə dövlətin birləşməsi idi. Bu dövlətlər arasında qarşıdurma təcrübəli və yaxşı təlim keçmiş peşəkar orduların yaradılmasına səbəb oldu. Bir çox alman cəmiyyətləri hərbiləşdi, kişilərin çoxu yeniyetməlikdən yetkinliyə qədər illik təlim keçir, çox vaxt ömür boyu və ya çox qocalana qədər xidmət edirdilər.[5]

Alman dövlətləri ərazi və sərvət baxımından bir-birindən əhəmiyyətli dərəcədə fərqlənirdi və bir çoxları xüsusən daimi ordunun saxlanması baha başa gəldiyi üçün öz qoşunlarına iqtisadi resurs kimi baxırdı. Avropada tez-tez bu dövr üçün xarakterik olan hərbi qarşıdurma başlayanda, Alman dövlətləri dərhal hərbi əməliyyata girməyə hazır olan təlim keçmiş qoşunları hazır vəziyyətə gətirirdilər. Hessen-Kassel zadəganlığı tezliklə Hessian əsgərlərinin ən tanınan bazası kimi ortaya çıxdı. Nisbətən az əhalisi olmağına baxmayaraq böyük bir peşəkar ordu yaradan Hesse-Kasselin XVIII əsrdə əhalisinin təxminən 5,2%-6,7%-i orduda xidmətdə edənlərdən ibarət idi və bu hər dörd ailədən birində orduda xidmət edən bir nəfərin olmağı deməkdir.

Hesseli muzdlu bələdçinin Böyük Britaniya tərəfindən ABŞ İstiqlal müharibəsinə qatılmasını təsvir edən rəsm əsəri.

Bu sayla onlar hətta ağır hərbiləşdirilmiş Prussiyadan da böyük nisbəti təmsil edərək Avropanın ən hərbiləşdirilmiş dövlətinə çevrildi.[6][7][8] Prussiya qismən digər alman əyalətlərindən olan muzdlulara arxalanırdı, lakin Hesse-Kassel yalnız yerliləri (hərfi mənada torpaq uşaqları və ya yerli kişilər) işə götürürdü.[9] Ölkədə əsas qüvvə ordu idi. Uşaqlar 7 yaşında hərbi xidmət üçün qeydiyyata alınırdılar. 16 yaşından 30 yaşına qədər olan bütün Hesseli kişilər ildə 1 dəfə hərbi toplanışlarda iştirak etməli idilər. Yalnız ölkə üçün həyati əhəmiyyət kəsb edən sahələrdə çalışan kişilər bundan azad edilirdi. Avaralar və işsizlər kimi sinifləndirilən (yararsız insan kapitalı) şəxslər istənilən vaxt hərbi xidmətə çağırıla bilərdilər.

Hessian hərbi xidməti xüsusilə sərt və tələbkar idi, amansız cəza (Drakon qanunları) vasitəsilə dəmir nizam-intizam təmin olunurdu. Bununla belə, orduda əhval-ruhiyyə yüksək idi və əsgərlərin xidmətdən qürur duyduğu deyilirdi. Zabitlər adətən yaxşı təhsil alırdılar və əksər Avropa ordularından fərqli olaraq, bacarıq və qabiliyyətləri əsasında irəli çəkilirdilər. Əsgərlərə nisbətən yüksək əməkhaqqı verilir, onların ailələri müəyyən vergilərdən azad edilirdi. Talançılıq rəsmi olaraq qadağan edilsə də, hərbi xidmət üçün əlavə stimul mənbəyi idi və geniş yayılmışdı.[4] Ümumiyyətlə, Hessian qoşunları hətta rəqibləri tərəfindən də üstün döyüşçülər hesab olunurdular.[4]

Hessi ordusu iqtisadi gücün əsas mənbəyinə çevrildi. Hesse-Kassel öz silahlarını və uniformalarını istehsal edirdi və onun toxuculuq sənayesi ordunu təmin etmək nəticəsində o qədər inkişaf edirdi ki, bu sənaye sahəsində çalışan işçilər hər gün ətşərab ala bilirdilər. Ordunun ingilislərə icarəyə verilməsindən əldə edilən gəlir təxminən Hesselilərin 13 illik vergiyə cəlb olunmasından əldə olunana bərabər idi.[4] Nəticədə bu gəlirlər sayəsində II Fridrix 1760-1784-cü illər arasında əhaliyə qoyulan vergiləri üçdə bir qədər azaltmağa nail oldu.[7][10] Özünü maarifpərəst despot adlandıran II Fridrix həmçinin ictimai layihələrə nəzarət edir, ictimai rifah sistemini idarə edir və əhalini təhsilə almağa təşviq edirdi.[4]

Amerikalı tarixçi Edvard Cekson Louell II Fridrixi Böyük Britaniya pullarını ağılla xərclədiyinə görə tərifləyərək onu Amerikaya muzdlu əsgərlər göndərən şahzadələrin ən az nüfuza malik olanlarından biri” kimi təsvir etmişdir.[11] ABŞ İstiqlal müharibəsindən əvvəl Hessian əsgərləri XVIII əsr Avropasında döyüş meydanları ilə tanış idilər. 1706-1707-ci illər arasında 10.000 hesseli, 1708-ci ildə İspan Hollandiyasına köçməzdən əvvəl Savoylu Yevgeninin İtaliyadakı ordusunda bir korpus kimi xidmət etmişdir.

1714-cü ildə 6.000 hesseli, Rusiya imperiyası ilə müharibə üçün İsveç imperiyasına icarəyə verildi. Böyük Britaniya kralı I Georq 1715-ci ildə Yakobit üsyanı ilə mübarizə aparmaq üçün 12.000 hesseli döyüşçüsünün gücündən icarə müqaviləsi əsasında istifadə etmişdir. 1744-cü ildə Avstriya taxt-tacı uğrunda müharibənin ortasında Flandriyada 6000 hesseli ingilis ordusu ilə döyüşürdü, digər 6000 nəfər isə Bavariya ordusunda idi. 1762-ci ilə qədər Almaniya imperiyasında 24.000 Hesseli Ferdinand Brunzvik ordusu ilə birlikdə xidmət edirdi.[12]

Bu müharibələrin əksəriyyətində Hesse-Hanaulular heç vaxt formal olaraq münaqişə tərəfi olmayıb. Hesse ordusunun üzvləri olaraq qaldıqlarına və hətta öz milli geyimlərində döyüşdüklərinə baxmayaraq, hökumətlərinin münaqişədə heç bir payı olmadan başqa ordularda icarə əsasında xidmətə götürülürdülər. Beləliklə, Hesselilər eyni münaqişənin əks tərəflərində xidmət edə bilərdi. Avstriya taxt-tacı uğrunda gedən müharibədə həm Böyük Britaniya, həm də Bavariya tərəfi bir-birinə qarşı hesseli əsgərlərini icarəyə götürmüşdür. Yeddiillik müharibədə Hessen-Kassel qüvvələri həm ingilis-hannover, həm də Prussiya orduları ilə fransızlara qarşı xidmət edirdi. Hesse-Kassel texniki cəhətdən Böyük BritaniyaPrussiya ilə müttəfiq olsa da, onun qoşunları faktiki olaraq ingilislərə icarəyə verilmişdi.[13]

Köməkçilərin icarəyə verilməsi təcrübəsi bəzən birbaşa mənfi nəticələr doğururdu. 1758-ci ilin iyulunda, Yeddiillik müharibənin gedişində Hessen-Kasselin çox hissəsi, paytaxtı da daxil olmaqla, 6.000 hesseli milisdən ibarət daxili müdafiə qüvvələrini asanlıqla məğlub edən Sobiz şahzadəsi Şarl de Rohanın rəhbərliyi altında Fransız ordusu tərəfindən işğal edildi. Sobiz şəhzadəsi, hesseli qoşunlarını Yeddiillik müharibədən çəkilməyə məcbur etmək məqsədi ilə öz qoşunlarına özlərini zəruri məhsulla təmin etməyi, yüksək rütbəliləri girov götürməyi, pul və məhsul tələb etməyi əmr etdi. Hesseli və müttəfiq qüvvələr vətənlərini azad etməyə cəhd etdilər, lakin 23 iyulda Sanderşozen döyüşündə Sobiz şəhzadəsi onları məğlub etdi. 17611762-ci illərdə Kasselin iki dəfə mühasirəsindən sonra paytaxt hesselilər tərəfindən geri alındı ki, bu da müharibənin son hərbi qarşıdurması idi.[14]

Muzdlular və köməkçilər

[redaktə | mənbəni redaktə et]
Rəssam Con Trumbol tərəfindən çəkilmiş 1776-cı ilin 26 dekabrında Tretonda hesselilərin saxlanılması adlı tablo. Əsərdə, Trenton yaxınlığında əsir götürülmüş hesseli polkovnik İohann Rall və ABŞ İstiqlal müharibəsinin generallarından Corc Vaşinqton birlikdə təsvir edilmişdir. Sonradan ABŞ-nin ilk Prezidenti olacaq Vaşinqton, yaralı vəziyyətdə olan polkovnik Ralla tibbi xidmət təklif edir.

Hesseli qoşunlarının muzdlu döyüşçülər kimi səciyyələndirilməsi iki əsr keçsə də mübahisəli olaraq qalır. Amerika tarix dərsliklərində onlara “muzdlu döyüşçülər” deyilir və onlar hələ də insanların təsəvvürlərində belə də qəbul edilir. Amerikalı tarixçi Çarlz İnqrao hesseliləri dövlət xərclərini maliyyələşdirmək üçün şahzadəsi tərəfindən öz qoşunlarını icarəyə verən muzdlu dövlət kimi təsvir edir.[15] Bunun əksinə olaraq, İngilis tarixçisi Stiven Konvey onları köməkçi adlandırır.[16] Hərbi tarixçilər Dennis Şovalter və Rodney Ətvud qeyd edirlər ki, hesselilər öz yaşadıqları dönəmdə qanuni olaraq muzdludan daha çox köməkçilər hesab olunurdular. Muzdlular xarici hökmdara fərdi olaraq xidmət etdiyi halda köməkçi qüvvələr dövlət tərəfindən idarə olunurdu və onların xarici dövlətə xidməti peşəkar muzdlularla birbaşa rəqabət mühitində aparılırdı [17][7] Bənzər nümunələrdən biri kimi XX əsrdə Mərakeşli Qumyerlərin Afrikanın Fransız Ordusuna köməkçi qüvvələr kimi qoşulmaqları göstərilməkdədir.

Hesselilər müasir beynəlxalq hüquqa görə muzdlular kimi təsnif edilə bilməz. Cenevrə Konvensiyasının I Protokolu (1977) muzdlulara aşağıdakı tərifi verir;

" münaqişənin tərəfi olmayan dövlət tərəfindən, onun silahlı qüvvələrinin tərkibinə daxil olan şəxs kimi rəsmi vəzifələr yerinə yetirmək üçün göndərilməmişdir.[18] "

I Protokol həmçinin muzdludan “münaqişə tərəfi tərəfindən və ya onun adından həmin tərəfin silahlı qüvvələrində oxşar rütbə və funksiyalara malik döyüşçülərə vəd ediləndən əhəmiyyətli dərəcədə artıq maddi təzminat vəd edilməsini və ya ödənilməsini tələb edir.[18]

Hesselilərdən təşkil edilmiş hərbi birləşmələr Amerika Birləşmiş Ştatlarında Hessen-Kassel və Hessen-Hanau silahlı qüvvələrinin tərkibində rəsmi vəzifədə xidmət edirdilər.[19] İngilis ordusuna formal olaraq daxil olmasa da, hesseli hərbi birləşmələrinə İngilis əsgərləri ilə eyni maaş verilirdi.[20]

ABŞ İstiqlal müharibəsi zamanı xidmətləri

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: ABŞ İstiqlal müharibəsi

Böyük Britaniya nisbətən kiçik daimi orduya sahib idi, ona görə də ABŞ İstiqlal müharibəsinin əvvəlində Böyük Britaniyanın orduya böyük ehtiyacı var idi. Bu ehtiyacı fürsət kimi dəyərləndirən bir neçə alman şəhzadəsi özlərinin nizami ordu hissələrini Amerikada xidmət göstərmək üçün Böyük Britaniyaya icarəyə vermişdir. Onların qoşunları Böyük Britaniya ordusunda xidmətə fərdlər kimi deyil, bütöv birliklər halında, hərbi formaları, bayraqları, texnikası və zabitləri ilə daxil olublar.

Trenton döyüşündən sonra əsir götürülmüş hesseli əsgərlərin, ABŞ İstiqlal müharibəsi zamanı inqilabçıların (Amerika Birləşmiş Ştatları nəzərdə tutulur) paytaxtı olaraq tanınan Filadelfiya şəhərinə gətirilməsini təsvir edən qravüra.

İcarə əsasında xidmətə qəbul onların mənsub olduqları dövlətə görə dəyişirdi. Voldek-dən olan kontingent, yalnız tələbələrin azad olduğu məcburi hərbi çağırışa əsaslanırdı.[21] Digər alman knyazları, yalnız xidmət edən ordunun sayı az olduqda məcburi hərbi xidmətə çağırış elan edirdi, digər hallarda isə uzunmüddətli xidmətə və könüllü hərbi xidmətə əsaslanırdılar.[22] Bir çox şahzadələr Böyük Britaniyanın Hannover sülaləsi ilə yaxın qohum idilər və öz qoşunlarını İngilis komandanlığı altında yerləşdirməkdən məmun görünürdülər.

İstiqlaliyyət Müharibəsində ingilis qoşunları ilə birlikdə cəmi 29.875 alman əsgəri vuruşdu, onlardan 16.992-si Hessen-Kasseldən və 2.422-si Hessen-Hanaudan gəlmişdir. Digər kontingentlər Brunzvikdən (4,300), Ansbax-Bayreuthdan (2,353), Anhalt-Zerbstdən (1,119) və Valdekdən (1,225) gələn birləşmələrdən ibarət idi.[23] Etnik alman lan döyüşçülərin əksəriyyəti Hessendən gəldiyi üçün amerikalılar Böyük Britaniya ordusu tərəfində döyüşən bütün alman qoşunlarına istinad etmək üçün hessililər terminindən istifadə edirdilər.[24]

Cəbhə boyu yerləşdirilmələri

[redaktə | mənbəni redaktə et]

Hesseli qoşunlarına Jagerlər (piyada qoşun növü), husarlar (yüngül süvari qoşun növü), onları müşaiət edən üç artilleriya və dörd qumbaraatan batalyonu daxildir. Piyadaların əksəriyyəti iti atıcılar, muşketyorlar və füzilyerlər də daxil olmaqla ovçular idi. Cərgə üzrə düzülən piyadalar muşketlərlə silahlanmışdı, hesseli artilleriyası isə üç funtluq topdan istifadə edirdi. Elit Jager batalyonları meşəlik ərazilərdəki döyüşlərə yaxşı uyğun gələn qısa, iri çaplı tüfəng olan Büxsedən istifadə edirdilər. İlkin olaraq alay 500-600 nəfərdən ibarət idi. Daha sonra müharibədə, döyüşdə ölüm, xəstəlikdən ölüm və koloniyalarda məskunlaşmaq üçün ümumi fərarilik səbəbindən alayların həcmi cəmi 300-400 nəfərə qədər azaldıldı.

Britaniya Amerikasına gələn ilk hesselilər 15 avqust 1776-cı ildə Staten-Aylendə çatdı və onların ilk döyüşü iki həftədən az müddət sonra ABŞ İstiqlal müharibəsinin ilk böyük döyüşü olan Lonq Aylend döyüşündə oldu. Hessililər İngilislərin qələbəsi üçün həlledici rol oynadıqlarını sübut etdilər və sonradan həmin il demək olar ki, hər döyüşdə onların tərəfində vuruşdular. 1777-ci ilə qədər ingilislər hesselilərdən əsasən qarnizon və patrul qoşunları kimi istifadə etdilər.

Onlar Saratoqa kampaniyasının dönüş nöqtəsi olan Benninqton döyüşündə vuruşdular. Saratoqada təxminən 1.000 hesseli Vermont, Nyu-HempşirMassaçusetsdən olan təcrübəsiz, təlim keçməmiş milis qüvvələri tərəfindən məğlub edildi, öldürüldü və ya əsir götürüldü. General John Burgoyne Benningtonda 8.000 əsgərindən min nəfərini itirdi və bu qədər hesselinin itkisi onun ordusunu sonradan məhvə apardı.

Hessilərdən ibarət bir qoşun növü 1778-1780-ci illərdə cənub ştatlarında, o cümlədən Gilford Məhkəmə Evində döyüşlərdə və kampaniyalarda vuruşdu, iki alay isə 1781-ci ildə Yorktaun mühasirəsində vuruşdu. Hessilər həmçinin 1778-1783-cü illər aralığında Yeni Şotlandiyada xidmət etmişdilər, burada onlar koloniyanı amerikalılardan (ərazini özəlləşdirmək istəyənlərdən) qorudular. Buna 1782-ci ildə Lunenberqə edilən basqını misal göstərmək olar.

ABŞ-ın münasibəti

[redaktə | mənbəni redaktə et]

ABŞ-da həm inqilabçılar, həm də loyalistlər çox vaxt hessililərdən qorxurdular, onların azğın və qəddar muzdlular olduğuna inanırdılar. Hərbi əməliyyatların başlanmasından təxminən bir il sonra yazılmış ABŞ istiqlal bəyannaməsində Kral III Corc ölüm, xarabalıq və tiranlıq işlərini tamamlamaq üçün xarici muzdluların böyük ordularını daşımaqda qınanılırdı. Əlavə olaraq Bəyannamədə hətta ən barbar əsrlərdə də bu cür qəddarlıq və məkrli siyasətin aparılmadığı və buna görə də kralın sivil bir xalqın başçılığına layiq olmadığı öz əksini tapmışdır. Müharibə boyu hessilərin qarətçilik etdiklərinə dair xəbərlərin yayılması neytral mövqe tutan kolonistləri də inqilabçılara qoşulmağa vadar edirdi.

General Corc Vaşinqtonun Kontinental Ordusu 26 dekabr 1776-cı il səhər tezdən hessilərə qarşı qəfil hücum etmək üçün Dələver çayını keçdi. Trenton döyüşündə 1.400 nəfərlik hesseli qüvvəsi qısa zamanda kontinentallar tərəfindən darmadağın edildi və onlardan 20 nəfəri həlak oldu, 100 nəfər yaralı, 1.000 nəfər isə əsir kimi ələ keçirildi.[25] Trenton döyüşündə əsir düşmüş hessililər amerikalıların əhval-ruhiyyəsini yüksəltmək üçün Filadelfiya küçələrində nümayiş etdirildi; onların mövcudluğuna qəzəb Kontinental Orduya yeni əsgərlər cəlb etməyə kömək etmişdir.[26] ABŞ tərəfindən ələ keçirilmiş müharibə əsirlərindən çoxu təsərrüfat işi üçün göndərilirdi.[27]

1778-ci ilin əvvəlində Corc VaşinqtonBöyük Britaniya arasında əsirlərin mübadiləsi üçün ciddi danışıqlar başlamışdı.[28] Bunlara Nikolas Bahner, Yakob Trobe, Corc Geisler və Konrad Krain daxildir.[29] Hesselilərin nüfuzlu səhra komandirlərindən olan bu şəxslər həm ingilislər tərəfindən fərari olduqları üçün, həm də bir çox kolonistlər tərəfindən xarici düşmən olduqları üçün ələ keçirilmişdilər.

ABŞ İstiqlal müharibəsi boyunca amerikalılar hesseliləri Böyük Britaniya tərəfdə vuruşmaqdan imtinaya sövq etməyə çalışdılar, hətta böyük və firavan Alman-Amerika icmasının qurulacağını vurğuladılar. ABŞ Konqresi tərəfini dəyişən ayrı-ayrı hesseli əsgərlərinə 50 akr-a qədər (təxminən 20 hektar) torpaq təklif etməyə icazə vermişdir.[30] İngilis əsgərlərinə rütbədən asılı olaraq 50-800 akr arasında torpaq təklif olunurdu.[31]

Bir çox hesseli məhbus Pensilvaniya almanları kimi tanınan böyük bir alman icmasının yaşadığı Pensilvaniya ştatının Lankaster şəhərindəki düşərgələrdə saxlanılırdı. Amerikalılar alman məhbusları ilə tədricən daha yaxşı rəftar etməyə başladılar, bəziləri əlavə iş üçün könüllü olaraq Kontinental Orduda xidmət edən yerli kişiləri əvəz etməyə kömək etdi. İstiqlaliyyət Müharibəsindən sonra bir çox hesseli hərbi əsir heç vaxt Almaniyaya qayıtmadı və bunun əvəzinə ABŞ-ın dini azadlıq və torpaq təkliflərini qəbul edərək daimi sakinlərə çevrildilər. Bunun əksinə olaraq, İngilis məhbusları da Lançasterdə saxlanılırdı, lakin bu adamlar yaxşı rəftara müsbət yanaşmırdılar və tez-tez qaçmağa çalışırdılar.[32]

1783-cü ildə müharibə başa çatdıqdan sonra təxminən 17.313 alman əsgəri vətənlərinə qayıtdı. Geri dönməyən 12.526 nəfərdən 7.700-ə yaxını döyüş zamanı öldürüldü və ya öldü; təqribən 1.200 nəfər döyüş zamanı həlak olmuş, 6.354 nəfər isə xəstəlik və ya bədbəxt hadisələr nəticəsində vəfat etmişdir.[33] Təxminən 5.000 alman əsgəri (əksəriyyəti öz ölkələrində məcburi hərbi xidmətə çağırılmışdı) Amerika Birləşmiş Ştatları və ya Kanadada məskunlaşmağa üstünlük vermişdir. Hesselilərə aid bir çox miras bu gün Kanadada dövlət tərəfindən xüsusi tarixi abidə statusunda qorunmaqdadır.

Məşhur komandirləri

[redaktə | mənbəni redaktə et]

Hesselilərdən təşkil olunmuş hərbi birləşmələr

[redaktə | mənbəni redaktə et]
Kanadanın Yeni Şotlandiya əyalətinin Halifaks şəhərində yerləşən Entoni Holland adlı hesseli zabitə aid məzar daşı. Məzar Halifaks şəhərindəki Kiçik Alman kilsəsinin həyətində yerləşir. Kanadanın Yeni Şotlandiya əyalətində hesselilərə aid çoxlu sayda maddi və mədəni irs nümunələr yerləşir. Hesseli əsgər və zabitlərə aid məzarlar, xatirə lövhələri və dövlət tərəfindən bir zamanlar onlar tərəfindən istifadə olunmuş və indi qorunan evləri misal olaraq göstərmək olar.
  • Hesse-Hanau Azad Korpusu
  • Hesse-Hanau Yaqerslər
  • Hessen-Hanau alayı Erprinz
  • Birləşdirilmiş qumbaraatan batalyonları (bir neçə füzilyar və muşketyor alayının qumbaraatan birliklərindən təşkil edilib)
  • 1-ci Batalyon Qrenadiryers von Linsinq
  • 2-ci Batalyon Qrenadiryers von Blox (sonradan von Lenkerke)
  • 3-cü Batalyon Qrenadiryers von Minniqord (sonradan von Lövenşteyn)
  • 4-cü Batalyon Qrenadiryers von Köhler (sonradan von Qraf; von Platte)
  • Qarnizon alayı fon Bünau (qarnizon alayı)
  • Qarnizon alayı fon Huyn (sonradan von Benninq)
  • Qarnizon alayı fon Şteyn (sonradan fon Şyets; von Porbek)
  • Qarnizon alayı fon Vissenbax (sonradan von Knoblux)
  • Leib Piyada Alayı
  • Muşketyor alayı (Fon Donob rəhbərliyi altında)
  • Birinci Yüngül Piyada Batalyonu
  • İkinci Yüngül Piyada Batalyonu
  • Muşketyor alayı fon Trümbax (1779-cu ildə Von Bose rəhbərliyi altına keçmişdir.)
  • Muşketyor alayı von Mirbax (1780-cı ildə Junq von Lossberq rəhbərliyi altına keçmişdir.)
  • Muşketyor alayı Şahzadə Karl
  • Muşketyor alayı Fon Vutgenau (1777-ci ildən Landqraf rəhbərliyi altına keçmişdir.)
  • Birinci Formasiya Piyada Batalyonu
  • İkinci Piyada Batalyonu
  • Üçüncü Formasiya Piyada Batalyonu
  • Dördüncü Formasiya Piyada Batalyonu
  • Beşinci Piyada Batalyonu
  • Altıncı Formasiya Piyada Batalyonu
  • Yeddinci Formasiya Piyada Batalyonu
  • Səkkizinci Formasiya Piyada Batalyonu
  • Birinci Hussar alayı
  • İkinci Hussar alayı
  • Üçüncü Hussar alayı

Artilleriya və mühəndislər

[redaktə | mənbəni redaktə et]
  • Hesseli-Kassel Artilleriya Korpusu (alm. Artillerie-Korps‎)
  • Hessen-Hanau artilleriya birliyi
  • İngiltərə kralı və alman mühəndisləri

Populyar mədəniyyətdə

[redaktə | mənbəni redaktə et]
  • Taxıl bitkilərinin əsas zərərvericisi olan hesseli milçəyi, hesselilərin Şimali Amerikaya gəlişindən sonra bu adı almışdır.
  • Vaşinqton İrvinqin Yuxulu çuxur əfsanəsi (1820) hekayəsində Başsız atlı kimi tanınan məşhur şəxsiyyət, naməlum döyüşdə başı top gülləsi ilə qopardılan hesseli əsgərinin ruhu" təsvir edilmişdir. ABŞ İstiqlal müharibəsindən bəhs edən hekayədə hesselilər haqqında bəzi dramatik uyğunlaşdırmalar mövcuddur.
  • Devid Uork Qriffit tərəfindən ekranlaşdırlmış qısametrajlı Hesseli xainlər (ing. The Hessian Renegades) filmi ABŞ İstiqlal müharibəsinin ilkin mərhələsindən bəhs edir.
  • Şən melodiyalar cizgi film serialının bölümlərindən biri olan Banker Hill Bannidə hadisələr ABŞ İstiqlal müharibəsi dövründə cərayan edir. Baqz Banni və Yoşemite Semin arasında keçən dialoqların birində Sem, Mən heç bir aqressivliyi olmayan bir Hessiyəm ifadəsini işlədir.[7]
  • 1967-ci ildə ekranlaşdırılmış Super 6 cizgi filmində Kapitan Zammo hesselilər gəlir cümləsini parodiya edir. Cizgi filmində Kapitan Zammo və siravi Hammo 1776-cı ilə geri göndərilirlər və onların qarşılarına talançı işğalcılara qarşı mübarizə aparmaq vəzifəsi qoyulur. Cizgi filmin sonunda Kapitan Zammo görülən işlərlə bağlı general Corc Vaşinqtona hesabat verir.
  • 1972-ci ildə Hovard Fast tərəfindən qələmə alınmış Hesseli romanı autizmli bir kəndlini səhvən edam edildiyinə görə cəza olaraq özü edam edilən gənc hesseli təbilçidən bəhs edir.
  • Vaşinqtonun casusları televiziya serialının I mövsümündə Trenton döyüşü təsvir edilmiş və burada Nyu-York yaxınlığındakı döyüşlərdə iştirak edən hesselilər əks olunmuşdur.
  • Liberty's Kids cizgi filminin bir necə epizodlarında hesselilər Böyük Britaniya ordusunun üzvləri kimi təqdim edilmişdir. Hesselilər gəlir (ing. The Hessians Are Coming) bölümü hesseli əsgərlərin ABŞ tərəfinə qaçması ilə sona çatır.
  • Assassin's Creed III video oyununda əsas personaj tam gücə sahib olduqda, onun arxasınca hesseli xüsusi təyinatlı göndərilir və bu düşmən əsgərləri oyundakı digər rəqiblərə nəzərən daha bacarıqlı olmaqları ilə fərqlənirlər.
  • Empire: Total War video oyununda oyunçu Böyük Britaniyanı seçdiyi halda, Amerika koloniyalarından beşə qədər Hessi alayını işə cəlb edə bilir.
  1. 1 2 Alan Axelrod. Mercenaries: A Guide to Private Armies and Private Military Companies. SAGE Publications. 9 January 2014. səh. 66. ISBN 978-1-4833-4030-2.
  2. 1 2 "Hessians". American Battlefield Trust (ingilis). 2017-01-25. 2023-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-24.
  3. Benjamin Franklin, "The Sale of the Hessians", (1777).
  4. 1 2 3 4 5 "Hessians". George Washington's Mount Vernon (ingilis). 2023-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-24.
  5. Charles Ingrao, The Hessian Mercenary State, (Cambridge: Cambridge University Press, 2003), p. 2.
  6. Black, Jeremy. European Warfare, 1660–1815. London: Routledge. 1994. ISBN 978-1-13536955-2. Whereas in the mid-18th century, Austria and Russia had between 1.1 and 1.5% of their population in the army, the percentage for Prussia for 4.2. ... In 1730, a year of peace but also of war preparations, Hesse-Cassel had 1 in 19 of the population under arms.
  7. 1 2 3 4 Showalter, Dennis. "Hessians: The Best Armies Money Could Buy". HistoryNet. 5 September 2007. 28 May 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 May 2018.
  8. Mollo, John. Uniforms of the American Revolution. 1975. səh. 26. ISBN 0-02-585580-8.
  9. Mollo, John. Uniforms of the American Revolution. 1975. səh. 26. ISBN 0-02-585580-8.
  10. Showalter, Dennis; Astore, William J. The Early Modern World. Soldiers' Lives Through History. 3 (1). Westport, Connecticut: Greenwood Press. 2007. ISBN 978-0-313-33312-5.
  11. Lowell, Edward J. The Hessians and the Other German Auxiliaries of Great Britain in the Revolutionary War. Nyu-York: Harper. 1884. 2023-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-16.
  12. Brewer, John; Hellmuth, Eckhart, redaktorlar Rethinking Leviathan: The Eighteenth-Century State in Britain and Germany (1st). Oxford: Oxford University Press. 1999. ISBN 9780199201891.
  13. Reid, Stuart. Frederick the Great's Allies 1756–63. Osprey Publishing. 2010. səh. 5. ISBN 978-1849081771. Next in importance came the armies of Hesse-Kassel (not to be confused with Hesse-Darmstadt) and Brunswick, which were not allied contingents in a political sense, but were directly leased by the British government.
  14. Szabo, Franz A.J. The Seven Years War in Europe: 1756–1763. Pearson Education Limited. 5 November 2013. səh. 180. ISBN 978-0582292727.
  15. Charles W. Ingrao, The Hessian mercenary state: ideas, institutions, and reform under Frederick II, 1760–1785 (Cambridge University Press, 2003)
  16. Conway, Stephen. Britannia's Auxiliaries: Continental Europeans and the British Empire, 1740–1800. Oxford University Press. 2017. ISBN 9780192536136.
  17. Atwood (1980), page 8
  18. 1 2 "Protocols Additional to the Geneva Conventions of 12 August 1949" (PDF). 29 June 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18 August 2023.
  19. "Hessians. German Soldiers in the American Revolution". American Battlefield Trust. 25 January 2017. 3 March 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 August 2022.
  20. Taylor, Peter Keir. Indentured to Liberty: Peasant Life and the Hessian Military State, 1688-1815. Cornell University Press. 1994. səh. 22. ISBN 9780801429163. The British also undertook to pay each Hessian soldier at British rates of pay.
  21. Mollo, John. Uniforms of the American Revolution. 1975. səh. 27. ISBN 0-02-585580-8.
  22. Mollo, John. Uniforms of the American Revolution. 1975. səh. 28. ISBN 0-02-585580-8.
  23. Mollo, John. Uniforms of the American Revolution. 1975. 24–27. ISBN 0-02-585580-8.
  24. Kennedy, David M. The American Pageant. Cengage Learning. 2012. səh. 147. Because most of these soldiers-for-hire came from the Germany principality of Hesse, the Americans called all the European mercenaries Hessians.
  25. "Battle of Trenton" Arxivləşdirilib 2013-09-01 at the Wayback Machine, British Battles.com, accessed 13 Feb 2010
  26. Johannes Schwalm the Hessian, p. 21
  27. Rodney Atwood. The Hessians. Cambridge University Press. 2002. səh. 199. ISBN 9780521526371.
  28. Herbert M. Bahner and Mark A. Schwalm, "Johann Nicholas Bahner: From Reichenbach, Hessen to Pillow, Pennsylvania" Arxivləşdirilib 2010-05-01 at the Wayback Machine, Journal of the Johannes Schwalm Historical Association, Inc. Vol. 3, No. 3, 1987
  29. "Konrad Krain". silvie.tripod.com. 2022-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-30.
  30. "LIBERTY!". The Hessians. PBS. 2020-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-24.
  31. R. Douglas Hurt (2002) American Agriculture: A Brief History, p. 80
  32. Ken Miller, Dangerous Guests: Enemy Captives and Revolutionary Communities during the War for Independence (Cornell Univ. Press, 2014) online review Arxivləşdirilib 2023-05-29 at the Wayback Machine
  33. "Revolutionary War – The Hessian involvement". MadMikesAmerica. 4 July 2011. 2013-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-10-29.
  • Atwood, Rodney. The Hessians: Mercenaries from Hessen-Kassel in the American Revolution (Cambridge University Press, 1980), the standard scholarly history
  • Baer, Friederike. Hessians: German Soldiers in the American Revolutionary War (Oxford University Press, 2022). Website Arxivləşdirilib 2023-02-14 at the Wayback Machine
  • Crytzer, Brady J. Hessians: Mercenaries, Rebels, and the War for British North America (2015). excerpt Arxivləşdirilib 2016-03-09 at the Wayback Machine
  • Faust, Albert B. The German Element in the United States. I. Boston: Houghton & Mifflin. 1909. 349–356.
  • Fetter, Frank Whitson. “Who Were the Foreign Mercenaries of the Declaration of Independence?” Pennsylvania Magazine of History and Biography, vol. 104, no. 4, 1980, pp. 508–513. online Arxivləşdirilib 2023-02-15 at the Wayback Machine
  • Fischer, David Hackett. Washington's Crossing. Oxford university Press. 2004. səh. 517.
  • Ingrao, Charles. "'Barbarous Strangers': Hessian State and Society during the American Revolution", American Historical Review (1982) 87#4 pp. 954–976 in JSTOR Arxivləşdirilib 2023-04-11 at the Wayback Machine
  • Ingrao, Charles W. The Hessian mercenary state: ideas, institutions, and reform under Frederick II, 1760–1785 (Cambridge University Press, 2003)
  • Krebs, Daniel. "Useful Enemies: The Treatment of German Prisoners of War during the American War of Independence," Journal of Military History (2013), 77#1 pp 9–39.
  • Lowell, Edward J. The Hessians. New York: Harper & Brothers. 1884.
  • Mauch, Christof. "Images of America – Political Myths – Historiography: 'Hessians' in the War of Independence", Amerikastudien (2003) 48#3 pp 411–423
  • Mellick, Andrew D. Jr. Chapter XXV: The Hessians in New Jersey // The Story of an Old Farm. Somerville, New Jersey: The Unionist-Gazette. 1889. 352–370. ISBN 978-0722202470.
  • Miller, Ken, Dangerous Guests: Enemy Captives and Revolutionary Communities during the War for Independence (Cornell Univ. Press, 2014) online review Arxivləşdirilib 2023-05-29 at the Wayback Machine
  • Neimeyer, Charles Patrick. America Goes to War: A Social History of the Continental Army (1995) complete text online
  • Rogers, Alec D. "The Hessians: Journal Of The Johannes Schwalm Historical Association" Journal of the American Revolution (2018) Online Arxivləşdirilib 2023-08-16 at the Wayback Machine

Mövzu ilə bağlı əsaslı mənbələr

[redaktə | mənbəni redaktə et]
  • Winthrop P. Bell, ed. "A Hessian conscript's account of life in garrison at Halifax at the time of the American Revolution". Collections of the Nova Scotia Historical Society, Volume 27, 1947
  • Johann Conrad Döhla. A Hessian Diary of the American Revolution (1993)
  • Valentine C. Hubbs, ed. Hessian journals: unpublished documents of the American Revolution (Camden House, 1981), translation of the Von Jungkenn manuscripts.
  • Huth, Hans, Carl Emil Curt von Donop, and C. V. Easum. "Letters from a Hessian mercenary." Pennsylvania Magazine of History and Biography 62.4 (1938): 488–501. online