Hetzer

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Hetzer
Tipi Tank vurucu
Ölkə
İstismar tarixçəsi
İstismara başlanması 1944
İstifadə edilən döyüşlər İkinci dünya müharibəsi
Xüsusiyyətləri
Ağırlığı 15.75 ton
Zireh 8-60 mm
Mühərrik benzinli
Güc nisbəti 10 at gücü/ton
Mühərrik gücü 160 at gücü
Əsas silah 1x 7.5 cm PaK 39 (41 mərmi)
Köməkçi silah 1× 7,92 x 57 mm MG 34 (1200 mərmi)
Uzunluğu 6.38 m
Eni 2.63 m
Hündürlüyü 2.17 m
Ekipaj 4
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Jagdpanzer 38(t) (Sd. Kfz. 138/2), digər adıyla Hetzer (Azərbaycanca "təxribatçı"/"arapozan"), Üçüncü Reyxin ordusu olan Vermaxt tərəfindən istifadə olunan İkinci dünya müharibəsi dövrünə aid tank vurucu. Bu texnika Çexiya istehsalı olan Panzer 38 (t) şassisindən istifadə edilərək istehsal edilmişdir.

"Hetzer" adı çox istifadə edilməmişdir. Skoda fabrikində ilk olaraq E-10 adlanan bir prototip istehsal edildi. Daha sonra bu layihə ləğv edildi və yerinə Panzer 38 (t) yönəldilər. Zavodun bu vasitəyə ad verəcək çox qısa bir müddəti var idi. Axır qərar olaraq "Hetzer" adı ilə verildi. Digərlərindən fərqli olaraq, bu tank vurucu da heyvan adı istifadə edilmədi. Hərəkət mənzili 177 km, maksimum sürəti saatda 42 km, dayandırma sistemi yaylı bar olmuşdur.

Jagdpanzer 38 (t) üzərində işləyən komanda, eyni dövrdə inkişaf etdirilən Jagdpanther və Jagdtiger modelləri ilə müqayisədə bu vasitənin maya dəyəri/təsir nisbətini aşağı tutmağa çalışmışdır. Vasitədə əvvəllər istifadə edilmiş və özünü sübut etmiş şassi istifadə edilərək gələcək mexaniki problemlərin aradan qaldırılması hədəflənmişdi.

Əvvəllər istehsal edilmiş Panzerjäger, Marder və Nashorn modelləri ilə müqayisədə, Jagdpanzer 38 (t), əyri zireh forması sayəsində ön tərəfdəki 60 mm zirehin 60 dərəcə bucağı sayəsində bu zirehin müdafiə qabiliyyəti təxminən 120 mm-lik şaquli zirehə bərabər idi. Vasitə çox güclü topla təchiz edildi. Mexaniki olaraq möhkəm və asanlıqla gizlənə bilən bir görünüşə sahib idi. Onun istehsalı da çox ucuz idi. Texnikanın mənfi tərəfi, top ekipajı üçün çox dar bir üst quruluşa sahib idi və topun sola doğru yana meylliliyi çox aşağı idi.

Maili zireh: yaşıl xətt zireh qalınlığını, qara olan isə tank əleyhinə mərminin getdiyi yolu göstərir.

Jagdpanzer 38 (t) Marder III modelindən (eyni şassi üzərində qurulmuş) daha üstün və faydalı idi. 1944-cü ilin aprelindən müharibənin sonuna qədər cəmi 2584 istehsal edildi. Bu nəqliyyat vasitəsinin qurulmasında məqsəd quru qoşunları içərisində Panzerjägerabteilungen (tank məhv edən taqımları) yaratmaq və piyada birləşmələri içərisinə bir az da olsa zirehli dəstək vermək idi. Müharibədən sonra Çexoslovakiya bu nəqliyyat vasitəsini istehsal etməyə davam etdi və İsveçrəyə 158 ədəd bu maşından satdı. Bu gün salamat qalmış nəqliyyat vasitələrinin əksəriyyəti həmin satılanlardan ibarətdir.

1944-cü ilin noyabr ayında Adolf Hitlerin tələbi ilə bir neçə Jagdpanzer 38 (t) nəqliyyat vasitəsinin topları çıxarıldı və Keobe model alov maşını ilə əvəz edildi və cəbhəyə göndərildi. Alov maşınına aid sursat metal zirehlərdə qorunurdu. Çünki hər hansı bir zərbədən asanlıqla parçalanacaq qədər zəif idilər. Müharibənin sonuna qədər əlliyə qədər Flammpanzer 38-lər istehsal edildi. Yalnız Qərb Cəbhəsindəki müttəfiq qüvvələrə qarşı istifadə edildi.

Əlavə olaraq, müharibənin sonuna qədər Hetzerə 150 mm sIG33/2 haubitsa qoyaraq qurulan bu maşından 30 ədəd istehsal edildi. Bundan əlavə, yüngül xilasetmə maşını kimi yaradılmış Bergepanzer 38 (t) Hetzerdən 106 ədəd istehsal edildi. Almanların planları bu vasitənin digər modellərini istehsal etmək idi. Bunlara 105 mm hücum silahı və zenitlər daxildir. Ancaq müharibə başa çatanda bu nəqliyyat vasitələri hələ də sınaqdan keçirilirdi.

Jagdpanzer 38 (t) modeli Panzerjäger I ilə başlayan və Marder seriyası ilə davam edən yüngül sinifli tank məhv edənlərin sonuncusu idi. Silah kimi istifadə etdiyi 7,5 sm PaK 39 (sonradan Panzer IV tankının əsas silahı olacaqdı) Qırmızı Ordunun T-34 tankını 700 m məsafədən asanlıqla məhv edə bilərdi. Bu da öz növbəsində, nəqliyyat vasitəsinin ekipajlarına Marder II və Marder III seriyalı nəqliyyat vasitələrindən daha təsirli və təhlükəsiz şəkildə atəş etməyə imkan verirdi.

Jagdpanzer 38 (t) müharibənin son dövründə Almanların ən çox istifadə etdiyi tank məhv edicisi idi. Əhəmiyyətli bir sayda istehsal edildi və mexaniki olaraq da çox faydalı idi. Kiçik ölçüsü sayəsində yaxşı gizlənə bilirdi. Buna görə də onu vurmaq çətin olurdu. O düşmən tanklarından asanlıqla gizlənə və onlara təzyiq edə bilirdi.

Jagdpanzer 38 (t)-nin mənfi tərəfi, silahın yana dönmə bucağının çox aşağı olması, ekipaj üçün qeyri-erqonomik üst quruluşu və baxış bucağının aşağı olması idi. Bəzən ekipaj texnikanı bütünlükdə sürətli hərəkət edən hədəfləri vurmaq üçün sola və ya sağa hərəkət etdirmək məcburiyyətində qalırdı. Topunun sağ tərəfdə yerləşməsi yükləyici və topçu üçün böyük problem idi. Üst quruluşu 4 nəfərlik bir heyət üçün çox dar idi. Komandir nəqliyyat vasitəsinin arxasında oturmuşdu və başı üstü açıq olan qüllədən çöldə qalırdı. Arxada oturduğuna görə maşının bir az burnu yuxarı qalxsaydı, komandirin görüntü bucağı böyük ölçüdə məhdudlaşırdı.