IEEE 1284
Naviqasiyaya keç
Axtarışa keç
IEEE 1284 - – kompüterlərin paralel portları üçün IEEE İnstitunun işləyib hazırladığı standartlar toplusu. Kompüteri periferiya qurğuları ilə birləşdirmək üçün nəzəri olaraq 4 Mbit/san (gerçəkdə, qurğulardan asılı olaraq, təxminən 2 Mbit/san) buraxılış qabiliyyətinə malik olan ikiyönlü paralel portu təyin edir.
IEEE 1284 standartı üç bağlayıcını (konnektoru) təyin edir: kompüterində olan ənənəvi 25-kontaktlı yuva ¬– DB-25 (IEEE 1284A), printerdə olan 36-kontaktlı Centronics bağlayıcısı (IEEE 1284B) və yeni miniatür bağlayıcı (IEEE 1284C).
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.