II Mehmed

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
II Mehmed
osman. فاتح سُلطان محمد
avqust 1444 – avqust 1446
ƏvvəlkiII Murad
SonrakıII Murad
3 fevral 1451 – 3 may 1481
ƏvvəlkiII Murad
SonrakıII Bəyazid (faktiki)
Cem Sultan (iddiaçı)
Şəxsi məlumatlar
Doğum tarixi 30 mart 1432
Doğum yeri
Vəfat tarixi 3 may 1481[1] (49 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti monarx, şair
Atası II Murad
Anası Hüma Xatun
Həyat yoldaşları
Uşaqları
Ailəsi Osmanlı xanədanı
Dini islam

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

II Mehmed və ya Fateh Sultan Mehmed (osman. السلطان الغازي محمد الثاني الفاتح Mehmed-i Sani; 30 mart 1432, Ədirnə3 may 1481[1], Gəbzə, Kocaeli ili) — 7-ci Osmanlı padşahı. II Mehmed 21 yaşında İstanbulu fəth edərək 1000 illik Bizans imperiyasına son verdi və bu hadisə bir çox tarixçi tərəfindən Orta Çağın sonu Yeni Çağın başlanğıcı olaraq qəbul edildi. Fəthdən sonra Fəthin Atası mənasını verən "Əbül-Fəth" (Osmanlı türkcəsi ilə ابو الفتح), daha sonrakı dövrlərdə isə "Çağ Açan Hökmdar" və "Kayser-i Rum" (Roma imperatoru, Osmanlı türkcəsi: قیصر روم) ünvanları ilə anıldı.

Fateh, İslam Peyğəmbəri Məhəmmədin bir hədisinə nail olduğu üçün indiki vaxtda Türkiyəİslam dünyasının geniş bir hissəsində "qəhrəman" olaraq qəbul edilməkdədir.

Şahzadəliyi və ilk səltənəti

[redaktə | mənbəni redaktə et]

30 mart 1432-ci ildə bazar günü şəfəq vaxtında Ədirnədə dünyaya gəlmişdir. II Muradın dördüncü oğludur. Anası Hüma Xatun, tarixçi Babinger və yazar Lord Kinross'a görə müsəlman olmayan bir kölədir. Mehmed iki yaşına qədər Ədirnədə qaldıqdan sonra 1434-cü ildə süd anası və böyük qardaşı Ələddin ilə birlikdə 14 yaşındakı böyük qardaşı Əhmədin Rum sancaqbəyi olduğu Amasyaya göndərildi. Burada böyük qardaşı Əhmədin erkən yaşda ölməsi üzərinə Mehmed altı yaşında Rum sancaqbəyi oldu. Digər böyük qardaşı Ələddin isə Manisada Saruhan sancaqbəyi oldu. İki il sonra ataları Sultan Muradın təlimatıyla iki qardaş yer dəyişdirdilər və Mehmed Saruhan sancaqbəyi oldu. 1438-ci ildə qardaşı Şahzadə Ələddinlə birlikdə Ədirnədə sünnət edildi. Həmin ilin sonlarında böyük qardaşı olan Amasiya sancaqbəyi Şahzadə Ələddin Əlinin vəfat etməsi ilə taxtın yeganə varisi oldu. Taxtdan çəkilməyi planlaşdıran atası Sultan Murad 1444-cü ilin yazında onu Manisadan yanına gətirtdi. 12 iyun 1444-cü ildə Ədirnədə Macar kralı, Serb hakimi və Yanoş Hunyadi ilə bağlanan sülh müqaviləsinin müzakirələrində iştirak etdi. Ardından Sultan Murad oğlu Şahzadə Mehmedi taxt naibi elan edərək Anadoluya keçdi və iyul ayında Yenişəhərdə Qaramanoğulları ilə əhdnamə imzaladı. Burdan döndükdən sonra avqust ayında Bursanın Qaracabəy ordugahında bütün qapıqulu əsgəri və paşaların önündə taxtı rəsmi olaraq oğlu Mehmedə təhvil verdiyini elan etdi. Özü isə Bursa yaxınlığında, ətrafındakı din adamları ilə birlikdə siyasətdən uzaq bir həyata başladı. Dövlətin hələ 12 yaşında olan təcrübəsiz bir şahzadənin əlinə buraxılması daxildə və xaricdə böyük böhranlara səbəb oldu. BalkanlardaAnadoluda Sultan Murad dövründə ələ keçirilən torpaqlar boşaldıldı. Belə ki, 1440-cı ildə tamamilə fəth olunan Serbiya hakimliyi keçmiş sahibi Corc Brankoviçə təhvil verilmiş, Valaxiya çarlığı üzərindəki macar təzyiqi artmışdı. Anadoluda isə Konyanın Beyşəhər, Akşəhər, Seydişəhər və Oxluqhisarı kimi şəhərləri Qaramanoğullarına ilhaq edilmişdi. Cənubi Albaniyada İsgəndər bəy rəhbərliyində başlayan üsyan getdikcə güclənmişdi. 1443-cü ilin qışında düşmənlə birləşərək Sofyada özlərinə rəhbər seçən bolqarlar belə artıq siyasi rəqibə çevrilmişdi. Ədirnədə bağlanan 10 illik sülhün şərtlərini pozan macarlar isə artıq yeni bir səlib yürüşünü planlaşdırır və bu dəfə Qaramanoğullarını da öz sıralarına çəkmişdilər.

Sultan Mehmed eyni zamanada böyük bir daxili böhranla da qarşı-qarşıya qalmışdı. Həmin ilin yayında paytaxtda paşalar arasındakı rəqabət və çəkişmə, Ədirnədə qorxuya düşən əhalinin Anadoluya köç etməsi, qanlı hürufi ayaqlanması (22 sentyabr 1444) və Ədirnəni yerlə-yeksan edən böyük yanğın daxili böhranın başlıca səbəbləri olmuşdu. Kiçik yaşdakı padşah vəziyyəti ələ ala bilmirdi. Sultan Murad dövləti daha çox qocaman vəziri Çandarlı Xəlil Paşaya təhvil vermişdi. Ancaq digər dövlət adamları, xüsusilə də Çandarlı Xəlil Paşanın keçmiş rəqibi Rumeli bəylərbəyi Şəhabəddin Paşa ilə Sultan Mehmedin lələləri Nişançı İbrahim Əfəndi və Zağanos Paşa Çandarlıya qarşı gənc sultanın ətrafında toplanmışdı. Həmin ilin yayında Bizansın himayəsində olan Osmanlı şahzadəsi Orxan Çələbi taxtı ələ keçirmək üçün Konstantinopoldan yola düşmüş, özünə tərəfdar toplaya bilməyib yenidən Konstantinopola qaçmışdı.

II Varna döyüşü

Səlib ordusu 18–22 sentyabrda Dunay çayını keçdi. Bu orduda ən önəmli düşmən isə Valaxiya çarlığı idi. Xüsusi hazırlanan bir donanma isə İstanbul boğazına gəlmiş, Anadoludan gələ biləcək hər hansı bir dəstəyin qarşısını almışdı. Çandarlı Xəlil Paşa və tərəfdarları isə Sultan Muradın yenidən dövlət idarəsinə gəlməsini istəyirdi. Bursaya göndərilən Qəssabzadə Mahmud bəyin təkidləri nəticəsində Sultan Murad dərviş həyatına son qoyub Ədirnəyə gəldi. Şəhabəddin PaşaZağanos Paşa II Mehmedi ordunun başına gətirmək və atasını Ədirnədə saxlamaq istəyirdi. Nəticədə Sultan Murad idarəsindəki Osmanlı ordusu səlib ordusu ilə Varnada qarşılaşdı və səlibçilər məğlub edildilər. Çandarlı Xəlil Paşa, Varna qələbəsindən sonra yenidən siyasi gücünü qazanan Sultan Muradı əsl padşah olaraq görür, onun yenidən dövlət idarəsinə gəlməsi üçün fəaliyyətə başlamışdı. Sultan Murad isə dövlətdə ikibaşlılıq yaratmamaq üçün oğlunu taxtdan endirmədi və Ədirnədə bir neçə gün qaldıqdan sonra Manisaya çəkildi. Gənc sultanın Konstantinopolu işğal etmək planları Bizansserbləri qorxutduğu qədər QaramanKastamonu bəylərini də narahat edirdi. Bu səbəblə Manisada olan Sultan Murada elçilər göndərərək gənc sultandan şikayətlənmiş, Sultan Murad isə oğlunu və onu təşviq edən vəzirləri danlayaraq vəziyyəti sakitləşdirmişdi.

Yeniçərilərə arxalanan Çandarlı Xəlil Paşa, Sultan Muradı taxta geri qaytarmaq üçün fəaliyyətlərini sürətləndirdi. Sultan Murad da oğlunu taxt mübarizəsinə qurban verməmək və vətəndaş müharibəsinin qarşısını almaq üçün hakimiyyəti ələ almaq fikrinə düşmüşdü. O əsnada Ədirnədə böyük bir yeniçəri ayaqlanması baş verdi. Tarixdə baş verən ilk böyük həcmli yeniçəri üsyanı olan Buçuktəpə üsyanında yeniçərilər, II Mehmedin sarayında gizlənən Şəhabəddin Paşanın sarayını ələ keçirib yağmaladı. Üsyançıların bir hissəsinin Konstantinopolda olan Orxan Çələbini dəstəkləməsi və onu taxta dəvət etməsi vəziyyəti daha da ağırlaşdırdı. Üsyan yeniçərilərə paylanan ülufələrin artırılması və tabe olmayanların əhalinin də yardımıyla edam edilməsi ilə yatırıldı. Beləliklə, II Mehmedin dövləti idarə edə bilmədiyi ortaya çıxdı. Çandarlının göndərdiyi gizli məktubla 5 may 1446 tarixində yola çıxan Sultan Murad Ədirnədəki üsyan səbəbilə bir müddət Bursada gözlədi və avqust ayında Ədirnəyə gələrək yeniçərilərin dəstəyi ilə yenidən taxt çıxdı. II Mehmed isə dərhal Manisaya göndərildi. Zağanos PaşaŞəhabəddin Paşa isə ona lələ olaraq təyin edildi.

Rəsmi olaraq Mehmed Çələbi Sultan ünvanıyla anılan Mehmedin o zamankı vəziyyəti, əvvəlcədən padşah olduğu üçün digər şahzadələrdən fərqlənirdi. Egey dənizində Venesiyalıların əlində olan adalara qarşı tərtiblənən 1446–1449 tarixli səfərlər Mehmed Çələbi Sultanın idarəsindəki torpaqlardan başlamışdı. Üsyançı İsgəndər bəyə qarşı çıxılan səfərə qatılmaq üçün Mehmed Çələbi Sultan xüsusi olaraq çağırıldı (1448). Yanoş Hunyadiyə qarşı tərtiblənən II Kosova müharibəsində mənbələrin yazdığı kimi "Mehmed xan" sağ cinahda vuruşurdu. 1450-ci ildə Sultan Muradın İkinci Albaniya səfərinə də qatıldı. Akçahisar yaxınlığındakı məğlubiyyətin təsiri isə Ədirnədə heç hiss olunmadı. Belə ki, bu əsnada Ədirnədə Mehmed Çələbi ilə Dulqədiroğlu Süleyman bəyin qızı Sitti Xatunun toy mərasimi keçirilirdi (noyabr-dekabr 1450).

Fatih Sultan Mehmed Türbəsi, 2022
Fatih Sultan Mehmed Türbəsi

İkinci səltənəti

[redaktə | mənbəni redaktə et]
Sultan Mehmedin Ədirnədəki cülus mərasimi (1451)

Sülhün təmin edilməsi

[redaktə | mənbəni redaktə et]

II Mehmedin gəlinlə Manisaya getməsindən qısa müddət sonra Çandarlı Xəlil Paşa göndərilən gizli məktubla Sultan Muradın vəfat etdiyini və Mehmed Çələbinin dərhal paytaxta gəlməsini bildirdi (10 fevral 1451). II Mehmed sürətlə Gəliboluya gəldi. O əsnada atasının ölüm xəbəri yayılmış və Ədirnədə yeniçərilər ayaqlanmışdı. Çandarlı Xəlil Paşa dərhal qapıqulu əsgərlərindən bir dəstəni üsyançıların üzərinə göndərdi və yeni padşahın adından yeniçərilərə cülus vəd etdi. Yeniçərilər Çandarlı Xəlil Paşaya olan hörmətlərindən və bağlılıqlarından üsyanı dayandırdılar. II Mehmed 18 fevral 1451 tarixində 19 yaşında ikinci dəfə Osmanlı taxtına çıxdı. Manisada keçirdiyi 5 il onu daha da gücləndirmiş, dövlət idarəsindəki təcrübəsi artmışdı. Keçən bu illərdə siyasi vəziyyət də yaxşılaşmışdı.

II Mehmedin cülusu düşmənləri ümidləndirdi. İlk səltənəti əsnasında dövlətin düşdüyü vəziyyəti xatırlayanlar Osmanlı dövlətinə yeni bir zərbə endirməyi planlaşdırırdılar. BalkanlardaAnadoluda Osmanlıya tabe olan dövlətlər, hətta yalnız İstanbulla məhdud olan Bizans imperiyası sərhəd bölgələrinə hücumlar edirdilər. Anadoluda Qaramanoğlu İbrahim bəy Həmid elindəki bəzi qalaları ələ keçirmiş, Gərmiyanda, AydındaMəntəşədə keçmiş bəylərin sülaləsindən olanlar siyasi rəqabətə başlamışdı. Bu çətin vəziyyəti göz önünə alan II Mehmed yeniçərilər üzərində güclü nüfuzu olan Çandarlı Xəlil Paşanı sədrəzəm olaraq saxladı. Ancaq Anadolu bəylərbəyliyinə İshaq Paşanı göndərdi, Şəhabəddin Paşa ikinci vəzir oldu, Saruca Paşa və Zağanos Paşa da divana girdilər.

II Mehmed atasının serblərBizanslılarla bağladığı sülh müqavilələrini təsdiqlədi. Anadoludakı siyasi vəziyyət səbəbilə Serb hakimi Corc Brankoviçə bəzi torpaqlar ilhaq edildi. Bizans imperatoru Konstantin isə Çorluya qədər olan bəzi torpaqları ələ keçirmiş, əsirlikdə saxlanılan Şahzadə Orxan Çələbi üçün illik 300 min axca vergi verilməsini tələb edirdi. II Mehmed bir macar hücumunun qarşısını almaq üçün Rumeli bəylərbəyi Qaraca Paşanı Sofyaya göndərdi və may ayında özü də orduyla birlikdə Anadoluya keçdi. Akşəhərə gələndə Bizans elçilərini qəbul etdi və Bizanslılar Orxan Çələbi üçün yeni tələblər irəli sürdülər.

Sultan Mehmed tərəfindən inşa edilən Rumeli hisarı

Yeni padşah Qaramanoğullarına Alaiyə qalasını ilhaq edərək sülhü təmin edib Ədirnəyə qayıtdı. Yolda yeniçərilər qənimətdən pay istədilər. 10 kisə axca paylansa da, Çandarlı Xəlil Paşanın yaxın adamı olan yeniçəri ağası Qurdçu Doğan vəzifədən alındı və yeniçərilər sərt cəzalandırıldılar. Ədirnəyə döndükdən sonra yeniçəri ocağı əsaslı şəkildə yenidən quruldu. Padşah Çandarlı Xəlil Paşaya Anadolu hisarının qarşısında yeni bir qalanın tikilməsi əmrini vermiş, Zağanos Paşanın səyləri nəticəsində 1452-ci ilin fevralında hisarın ilk qalası yüksəldilmişdi. 26 martda padşah ordu və donanma ilə gələrək qüllələrin və qala divarlarının inşasını izlədi. Avqust ayının sonlarında tamamlanan Rumeli hisarı Konstantinopolu Qara dəniz ticarət yolundan məhrum edəcək, AnadoluRumeli arasında əsgərlərin daşınmasını təhlükəsizləşdirmişdi. Məhz bu əsnada II Mehmed imperatora Konstantinopolu təslim etməsini, əks halda müharibəyə hazırlıq işlərinin başlayacağını bildirərək müharibə elan etdi.

Konstantinopolun fəthi

[redaktə | mənbəni redaktə et]

Usta bir diplomat və dövlət adamı olan Çandarlı Xəlil Paşa hələ 15 sentyabr 1451 tarixində Venesiya ilə bağlı keçmiş əhdnaməni yeniləmiş, buğda ixracatı məsələsində mülayim siyasət yeritmişdi. Yenə sədrəzəmin təşəbbüsü ilə macarlarla 20 noyabr 1451-ci ildə böyük itkilərlə 3 illik bir atəşkəs bağlandı. II Mehmed isə Konstantinopolun fəthi ilə bağlı hazırlıqlarla məşğul olurdu. Bu yoldakı ən böyük mane isə Çandarlı Xəlil Paşa idi. Çandarlı Xəlil Paşa Konstantinopolun fəth ediləcəyi təqdirdə bütün siyasi gücünü itirəcəyini bilirdi. Bu səbəblə bütün gücüylə fəthin qarşısını almağa çalışırdı. Ancaq Zağanos PaşaŞəhabəddin Paşaların təsirində olan II Mehmed Konstantinopolun fəthini iqtidarın ilk şərti olaraq görürdü. Padşah Ədirnədə böyük bir məşvərət məclisi topladı və şəhərin fəthi məsələsini müzakirəyə qoydu. Bu məşvərətdə dövlət adamları iki qrupa ayrılsalar da, azlıq çoxluğa tabe oldu və şəhərin fəthi üçün rəsmi hazırlığa başlandı.

6 aprel — 29 may 1453 tarixləri arasında 54 gün davam edən Konstantinopol mühasirəsi əsnasında bu iki qrup yenidən qarşı-qarşıya gəldi. Mayın dördüncü həftəsində macarların və yeni bir səlib donanmasının Konstantinopola köməyə gəlməsi xəbəri ordugahda yayıldı. Padşahın şəhəri sülhlə almaq istəməsi də ordunu səbirsizləşdirirdi. Toplanan hərbi məclisdə Çandarlı Xəlil Paşanın qərb dünyasını təşviq etmənin nələrlə nəticələnə biləcəyi haqqında çıxışı Zağanos Paşa tərəfindən cavablandırıldı. Ümumi hücumun nə vaxt olacağı isə Zağanos Paşaya tapşırıldı. Həm Osmanlı, həm də Bizans mənbələrində toplarla qala divarlarının dağıdılması, Bizanslılarla katoliklər arasındakı razılığın pozulması və şəhərin mühafizəsi ilə vəzifələndirilən baş komandir Giovanni Giustiniani-Longonun yaralanaraq mühasirəni yarımçıq qoyması şəhərin ələ keçirilməsində önəmli rol oynayan amillər kimi qeyd olunur. Ümumi hücum Ədirnəqapı istiqamətinə 5–10 əsgərin qala divarlarına çıxaraq bayraq sancması ilə başladı. Ancaq əsas ordu Topqapı və Yalıqapı arasında açılan oyuqdan şəhərə girdi.

İstanbulun fəthində qeyd olunmalı olan əsas məsələ isə yunan əhalinin vəziyyətidir. Bir çox Bizans tarixçiləri müqavimətin şəhər əhalisi tərəfindən deyil, köməyə gələn katoliklər tərəfindən göstərildiyini qeyd edir. İmperator isə qərb dünyasını köməyə çağırmaq üçün 12 dekabr 1452-ci ildə Ayasofyada iki məzhəbin birləşdirilməsi üçün ayinlər keçirmiş, ancaq şəhərin katoliklərin əlinə keçməsinə qarşı çıxan əhali və bir çox keşiş Gennadiyin rəhbərliyi ilə ayaqlandılar. Şəhərdə "Latınların başlığını görməkdənsə, türk sarığını görmək yaxşıdır" sözləri şüara çevrilmişdi. İmperator şəhərdəki idarəni tamamilə itirmişdi. Mühasirə əsnasında yunanlardan bir çoxu pulu vaxtı-vaxtında almadığına görə işləməkdən imtina edirdilər. 8–9 minlik müqavimət dəstəsinin 3 minlik hissəsini latınlar təşkil edirdi. Padşah isə şəhəri dağıdılmadan ələ keçirmək istəyirdi. Bir çox mənbələrə görə, katolik latınlar yunanları müqavimətə məcbur edirdilər. Çünki yunanlar yalnız Konstantinopolu, latınlar isə bütün müstəmləkə torpaqlarını itirməkdən qorxurdular. Fəthdən sonra padşah, latınlarla müttəfiq olan yerli əsilzadələrlə yaxşı davrandı. Şəhərin boş qalmaması üçün yunanları vergidən azad etdi və yaşamaları üçün icazə verdi. "Xüms-i sultani" olaraq öz payına düşən əsirləri isə azad edərək Haliç sahilində yerləşdirdi və onlara da evlər verdi.

İstanbulun fəthi xəbəri bütün Avropada həyəcanla qarşılandı. Papa V Nikolay İtaliya dövlətləri arasında birlik istədi və bütün xristianları xaç altında birləşdirdi. Vyanada imperator III FredrixNapoli kralı V Alfonso bu xaçlı ordusunun rəhbərliyinə keçmək istəyirdi. Reqensburqda toplanan məclisdə bütün xristian dünyasında 5 illik sülh bağlanması və Çanaqqala boğazına bir donanma göndərilməsi irəli sürüldü (aprel 1454).

Fəthdən sonrakı siyasi hadisələr

[redaktə | mənbəni redaktə et]
Belqrad mühasirəsi

Fateh Sultan Mehmed, xaçlı ordusuna birləşməyən Venesiya ilə yeni bir andlaşma imzaladı (18 aprel 1454). Genuya isə Qara dənizEgey dənizindəki müstəmləkələrini itirməmək üçün padşahla razılaşdı və xərac ödəməyi qəbul etdi. Ancaq Rodos cəngavərləri papaya bağlı olduqlarını və heç vaxt padşaha vergi ödəməyəcəyini bildirib müharibə şəraitini davam etdirdi. 1456-cı ildə Sultan Mehmed Egey dənizinin şimalında Limni, İmroz və Enez adalarını aldı.

1456-cı ildə baş tutan Belqrad mühasirəsində Papa tərəfindən göndərilən 16 gəmilik böyük bir donanma daha sonra Egey dənizinə çəkildi. Rodosda dayanan donanma Saqqız və Midilli adalarına gedərək Limni, Taşoz və Semandirek adalarını ələ keçirdi (1457). Buna cavab olaraq Fateh Sultan Mehmed İsmayıl bəy idarəsindəki donanmanı bölgəyə yolladı. Bu donanma Midillini geri aldı və Taşoz ilə Semandirek adalarını ələ keçirdi. Sultan Mehmed 1461-ci ildə Trabzon səfərinə çıxarkən Rodos cəngavərləri ilə bir atəşkəs bağladı. 1454–1456-cı illərdə isə serblərin aqibəti əsas məsələyə çevrilmişdi. 1451-ci ildə Sultan Mehmed taxta çıxanda serblər Alacahisar qalasını və ətraf bölgələri ələ keçirmiş ancaq İstanbulun fəthindən sonra bu bölgələri tərk etmişdi. 1454-cü ilin yayında Moreya yarımadasına tərtiblənən səfərdə Omolridon və Sifricehisarı ələ keçirildi. Osmanlı ordusu çəkildikdən sonra isə Vidin-Niş bölgəsində macarlar, Kosova bölgəsində isə serblər əks hücuma keçdilər. Bu səbəblə 1455-ci ilin yayında ikinci Serbiya səfərinə çıxan Sultan Mehmed bütün qüvvələri cənubi Serbiyaya yönləndirdi. Nəhayət ard-arda edilən hücumlarla serblər sülh imzalamağa məcbur oldular. Serbiya çarı illik 3 milyon axca xərac ödəməyi və səfərlərə müəyyən miqdarda əsgər göndərməyi qəbul etdilər. Sultan Mehmed isə bütün Serbiyanın ələ keçirilməsi üçün macarların əlində olan Belqradı hədəfləmişdi. Serblər bitərəf vəziyyətə gətirilmişdi və macarların məcburi katolikləşdirmə siyasətindən narazı idi. Osmanlıların Serbiya siyasətində önəmli rol oynayan Vəli Mahmud Paşa, qardaşı Mixail Angeloviç vasitəsilə macarlara qarşı olan serb dəstələrindən istifadə etdi və Osmanlı tərəfdarları bu torpaqlarda qüvvətləndi.

Sultan Mehmed 1456-cı ildə mühasirəyə aldığı Belqrad qalasını şəxsi şücaətinə baxmayaraq ələ keçirə bilmədən geri çəkildi (döyüş meydanında alnından yaralandı). Bu məğlubiyyət isə qərb dünyasında səlibçiləri ümidləndirdi. 1457-ci ildə Papa III Kalliktus şəxsi donanmasını Egey dənizinə göndərmiş, Uzun Həsəngürcülərlə Osmanlı əleyhində ittifaq qurmaq planları qurmuşdu. Xələfi II Piy isə yeni bir səlib yürüşü üçün bütün katolik dünyasını Mantuada məşvərət məclisinə çağırmışdı.

Serb çarı Corc Brankoviçdən sonra oğlu Lazarın da qısa müddət sonra vəfatı ilə (20 yanvar 1458) Serbiya taxtı uğrundan qanlı mübarizə başladı. Macarlar, vəfat edən çarın qızını Bosniya kralı ilə evləndirib macar himayəsində bir Serb çarlığı yaratmaq niyyətində idi. Digər tərəfdən həmin il Moreya yarımadasında keçmiş Bizans imperatorunun 2 qardaşı (Demetrios və Tomas) arasında çıxan taxt mübarizəsi nəticəsində bölgədə Venesiya nüfuzu artmaqda idi. Yenə 1457-ci ildə alban əsilli İsgəndər bəy Evrenosoğlu İsa bəyi məğlub etmiş, bütün bunların sonunda Sultan Mehmed İsa bəyi yeni qüvvəylə bölgəyə yollamış, özü isə böyük bir orduyla Moreya yarımadasına keçərək Vəli Mahmud Paşanı Serbiyaya göndərdi. Serblər müəyyən şərtlər daxilində bəzi qalaları Vəli Mahmud Paşaya təslim etsələr də, Səməndirə yaxınlığında şəxsən Macar kralı Mattias Corvinin rəhbərlik etdiyi ordunun yaxınlaşması ilə Nişə çəkildi. Bu əsnada Sultan Mehmed Moreyada vaxtıyla imperator Konstantinə məxsus olan torpaqları ələ keçirmiş, Skopyedə Mahmud Paşanın qüvvələri ilə birləşmişdi. Macar kralı isə atasının yeritdiyi siyasəti davam etdirərək qışın gəlməsini və Osmanlı ordusunun geri çəkilməsini gözlədi. Sultan Mehmed isə bu planı başa düşüb o qışı Skopyedə keçirdi (1458-ci ilin yazına qədər burada qaldı). Dunay çayını keçərək Tahtaluya hücum edən kralın qüvvələri geri püskürdüldü. Bu qələbədən sonra padşah Ədirnəyə döndü (dekabr 1458). Növbəti ilin yazında isə şəxsən Səməndirə bölgəsinə gələrək Sofiya qalasının açarını yerli əhalidən təslim aldı (iyun 1459). Beləliklə, Serbiya çarlığı birbaşa Osmanlı hakimiyyətinə girmiş oldu. Səməndirə səfəri vaxtından tez bitdiyi üçün həmin ilin yayında Qara dəniz sahilindəki Amasraya gələn Osmanlı ordusu burada Genuyaya məxsus torpaqları döyüşsüz təslim aldı. Səməndirənin itirilməsi katolik dünyasına ağır zərbə oldu və papa toplanan Mantua məclisində yeni bir səlib yürüşü elan etdi. Bu əsnada Moreyada keçmiş Bizans imperatorunun qardaşları arasındakı taxt mübarizəsi katoliklərin də müdaxiləsi ilə Tomasın qələbəsi ilə başa çatmışdı. 1460 tarixli Moreya səfərində isə sahildəki Venesiya qalaları istisna olmaqla bütün yarımada Osmanlıya tabe edildi. Ancaq yarımadanın tamamilə ələ keçirilməsi üçün Venesiyaya məxsus Koron, Modon, Nauplia və Arqos kimi strateji qalaların fəth edilməsi vacib şərt idi. 1463-cü ildə Arqos qalasının yerli bir rahibin köməyilə Osmanlılara təslim olması nəticəsində Venesiya ilə davam edən soyuq müharibə alovlandı (28 iyul 1463).

ValaxiyadaBosniyada baş verən hadisələr isə macarlarla olan münasibətləri daha da gərginləşdirdi. 1461-ci ildə Sultan Mehmed birbaşa Valaxiya knyazı üzərinə hücuma keçdi. Valaxiya knyazı III Vlad isə Macar kralı ilə ittifaq quraraq padşahın Trabzon səfəri səbəbilə cəbhədən uzaqlaşmasından istifadə edərək Dunay çayı sahilindəki bəzi qalalara hücum etdi. Bunun ardından Sultan Mehmed 1462-ci ilin yayında Valaxiyanı işğal edib III Vladı qaçmağa məcbur etdi və sarayda qalan kiçik qardaşı Radulu onun yerinə knyaz elan etdi. Bu əsnada həmin ilin sentyabrında Midilli adası Osmanlı tabeliyinə keçdi. Venesiya bunu Egey dənizindəki mülklərə təhlükə hesab edərək Osmanlıya müharibə elan etdi. Bosniya kralı isə macarların himayəsini qəbul etmiş, xanımının şəcərəsi səbəbilə Serbiya çarlığı üzərində taxt namizədliyini irəli sürdü. Bütün bu hadisələr 1463-cü ildə Bosniyanın fəthiylə nəticələndi. 1463-cü ildə Papanın səyləri ilə VenesiyaMacarıstan krallığı Osmanlılara qarşı ittifaq qurdular. Bu isə II Mehmedin Avropadakı fəthlərində dönüm nöqtəsi oldu. 1464-cü ilin mayında müttəfiq qoşunları hücuma keçdi. Osmanlı torpaqlarının necə bölüşdürüləcəyi belə hazır idi. Plana görə, Venesiyalılar Moreya, BeotiyaAttika bölgəsini, İsgəndər bəy Makedoniya torpaqlarını, Macarıstan isə indiki Bolqarıstan, Serbiya, BosniyaValaxiya bölgəsini ələ keçirməli idi.

1463-cü ilin payızında hücuma keçən Venesiyalılar Arqos qalasını ələ keçirdi və Kerme hasarını bərpa etdirdilər (sentyabr 1463). Moreya yarımadasındakı bir çox şəhər üsyan edərək Venesiyalılarla birləşdilər. Yarımadada yaşayan müsəlmanlar isə qalalara gizləndilər. Eyni tarixdə Macar kralı Bosniyanın paytaxtı Yaytse şəhərini zəbt etdi (16 dekabr 1463). Venesiya donanması isə Çanaqqala boğazına gəlib çıxmışdı. Bütün bu hadisələrin önünü almaq üçün Sultan Mehmed Mahmud Paşanı güclü bir orduyla Moreyaya göndərdi. Osmanlı donanmasına dəstək üçün Kadırqa limanı tərsanəsini inşa etdirdi və İstanbulun təhlükəsizliyini təmin etmək üçün Çanaqqala boğazının hər iki sahilinə Sultaniyə və Kilidbahir qalalarını inşa etdirdi (1463–1464 qışı). 1464-cü ilin əvvəllərində isə Venesiyalılar Moreyada məğlub oldular və yarımada bird aha Osmanlı tabeliyinə keçdi. 1464-cü ilin yazında isə Sultan Mehmed Bosniyaya doğru irəlilədi. Həmin yaz Yaytse şəhərini mühasirəyə alan Osmanlılar şəhəri ələ ala bilmədilər və qışı Sofyada keçirdilər. Sofyada ikən Macar kralının Bosniya torpaqlarına girdiyini öyrənən Sultan Mehmed Mahmud Paşa rəhbərliyində bir ordunu bölgəyə yolladı. Nəticədə Macar kralı geri çəkilməyə məcbur oldu.

Qaraman bölgəsindəki qarışıqlıq və aylardır davam edən səfərlər səbəbilə növbəti il Venesiyamacarlarla sülh müzakirələri başladı. Digər yandan Sultan Mehmedin də səhhəti pisləşmişdi. Müzakirələr əsnasında Venesiya Moreya və Midilli adasını özü üçün, Bosniyanın şimal bölgəsini isə müttəfiqi macarlar üçün istəyirdi. Sultan Mehmed isə Bosniyadan çəkilmək istəmirdi. Bu səbəblə 1465-ci ildə davam edən müzakirələr nəticəsiz qaldı. Növbəti ilin yazında Sultan Mehmed, müttəfiqlər tərəfindən istifadə olunan İsgəndər bəyi cəzalandırmaq səbəbilə Albaniya torpaqlarına səfərə çıxdı. Ancaq bu səfər əsnasında albanlar dağlara çəkildilər və mübarizəni dayandırdılar. Sultan Mehmed isə bu bölgənin tam mərkəzində, strateji bir nöqtədə İlbasan qalasını inşa etdirib geri döndü. Ancaq Osmanlıların çəkilməsinin ardından albanlar bölgədəki Osmanlı qoşunlarını məğlub edib İlbasan qalasını mühasirəyə aldı. Mühasirə xəbərini eşidən Sultan Mehmed olduqca hiddətləndi və 1467-ci ildə ikinci Albaniya səfərinə çıxdı.

Çandarlı Xəlil Paşanın edam edilməsi

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Çandarlı Xəlil Paşa

Fateh ilk taxta çıxdığı və İstanbulu fəth etdiyi vaxtlarda ona qarşı sərgilədiyi münasibətlərə görə Çandarlı Xəlil Paşanı 10 iyul 1453-cü ildə Ədirnədə edam etdirdi. Bəzi mənbələrə görə Çandarlı Mehmedi səbirsiz və təcrübəsiz qəbul edirdi. Bu hadisə ilə Fateh öz hakimiyyətini gücləndirdi və hər kəs gənc hökmdara baş əydi.

Xəlil Paşa edam edilməzdən əvvəl 40 gün Qızıl qapıda məhbəs həyatı keçirmişdir. 10 iyulda isə edam edildi. Sonra isə oğlu İbrahim Paşa tərəfindən İznikə aparılıb türbəsində basdırıldı. Xəlil Paşa edam edilən ilk Osmanlı sədrəzəmidir.

Belqrad döyüşü, 1456

İstanbulun fəthindən sonra Osmanlılarla əlaqə quran və tutduqları bəzi qalaları geri qaytaran serblər macarlarla ittifaqa girərək yenidən Osmanlıya qarşı düşmən oldular. Buna qarşılıq Osmanlı 1454–1457-ci illərdə 3 dəfə Serbiyaya səfər etdi. Belqrad xaric bütün serb torpaqları tutuldu.

Serb kralı Bronkoviçin ölməsi ilə başlayan taxt uğrunda mübarizədən istifadə edən Osmanlı serblərdən vergi almağa başladı. Taxt mübarizəsinin yenidən alovlanmasının ardınca Fateh serb məsələsini bitirməyi əmr etdi. Mahmud Paşa 1459-cu ildə paytaxt Səməndirəni tutaraq Səməndirə sancaqbəyliyi yaratdı. Beləlikdə Serbiyanın Osmanlı hakimiyyəti altında 350 illik dövrü başladı.

İstanbulun fəthindən sonra Bizans imperatoru XI Konstantinin qardaşları rəqibləri Kantakuzen ailəsinə qarşı Morada Osmanlının köməyini istədi. Turahanoğlu Ömər bəy akınçılarla hərbi müdaxilə etdi. İki qardaş arasında mübarizə başladı. Moranı işğal etmək planlarını bilən Fateh 1458-ci ildə hərəkətə keçdi. Korenti tutan Fateh Moranın bir hissəsini mərkəzə qataraq burada sancaqlıq yaratdı. Afina və digər ərazilər Osmanlı hakimiyyətini qəbul etdi. Qardaşı Dmitriyə qarşı albanlardan kömək istəyən Tomasın Osmanlı ilə imzalanan sülhü pozması səbəbi ilə osmanlılar ikinci dəfə Moraya hərbi yürüş etdi. Tomas papanın yanına qaçdı. Əraziyə çoxlu türk yerləşdirildi. Venesiyalılar əhalini Osmanlıya qarşı üsyana qaldırmağa çalışırdı. Bunda uğur qazana bilməyən Venesiya Osmanlı qoşunları tərəfindən məhv edildi (1465).

Fateh Sultan Mehmet 1477-ci ildə Krım xanlığını Osmanlının hakimiyyəti altına aldı. Candaroğullarının hakimiyyətindəki Sinopu tutdu.

Genuyada Amasranı tutdu. 1479-cu ildə sülh bağlayaraq Venesiya ilə apardığı 16 illik müharibəni bitirdi. Venesiya Albaniyadakı qalaları Osmanlıya verdi. Qarşılığında isə Moradakı bəzi limanlardan istifadə hüququ qazandı. Fateh ardınca 1480-ci ildə İstaliyanın cənubundakı Ortanto limanını tutdu. Otrantonun tutulması Avropada böyük səda yaratdı.

Bosniya ilə müharibə

[redaktə | mənbəni redaktə et]

Albaniya ilə müharibə

[redaktə | mənbəni redaktə et]

Trabzon imperiyasının süqutu

[redaktə | mənbəni redaktə et]

Ağqoyunlularla və Qaramanlılarla mübarizə

[redaktə | mənbəni redaktə et]

Qaramanoğlu İbrahim bəyin ölümündən sonra (1469) mərhum bəyin oğullarından Pir Əhməd bəy (Sultan Mehmedin bibisi oğlu) və qardaşları Konyada, vəliəhd seçilən İshaq bəy isə Silifkədə bəyliyi idarə etməyə başlamışdı. Bəyliyin birləşməsi üçün İshaq bəy Uzun Həsəndən, Pir Əhməd bəy isə Sultan Mehmeddən kömək istədi. Sultan Mehmedin Bosniyada olması səbəbilə 1464-cü ilin payızında Uzun Həsən Dulqədiroğulları üzərinə səfərə çıxdı və qalib gələrək İshaq bəyin qardaşları ilə mübarizəyə başladı. Nəticədə ələ keçirdiyi Kayseri, Dəvəli, Aksaray, Konya və Beyşəhər bölgəsini İshaq bəyə təslim etdi. Bu əsnada Pir Əhməd bəy və qardaşları qaçıb Sultan Mehmedə sığındılar.

Bu səbəblə Sultan Mehmed 1444-cü ildə Qaramanoğullarına bağışlanan torpaqların geri alınmasını istədi. İshaq bəy isə taxtını gücləndirmək üçün bir tərəfdən Misir sultanı ilə, digər tərəfdən isə Sultan Mehmedlə danışıqlara keçmişdi. Sultan Mehmed isə sülh şərti olaraq 1391-ci ildə Qaramanoğlu Mehmed bəylə İldırım Bəyazidin bağladığı sülh şərtlərinin eynilə təsdiqlənməsini istəyirdi. Bu səbəblə sülh təmin olunmadı. Digər yandan Dulqədiroğlu Arslan bəy Osmanlılarla sülh bağladığı üçün Məmlük sultanın təhriki ilə gizlicə öldürülmüş, yerinə Məmlük tərəfdarı Şahbudaq bəy gətirilmişdi. Buna cavab olaraq Sultan Mehmed Dulqədiroğullarından Şahsüvar bəyi əhdnamə bağlayaraq bəy elan etdi. Şahsüvar bəy qazandığı Osmanlı dəstəyi ilə 1467-ci ildə bəyliyi birləşdirdi.

Osmanlı qüvvələrinin köməyilə irəliləyən Pir Əhməd bəy İshaq bəyi məğlub edərək Silifkə istisna olmaqla, bütün bəyliyi öz hakimiyyəti altında birləşdirdi (iyun 1465). Qaçaraq Uzun Həsənə sığınan İshaq bəy isə çox keçmədən vəfat etdi (avqust 1465).

O tarixə qədər bir yandan səlibçilərin hücum təhlkəsi, digər yandan Qaramanoğlu İbrahim bəyin Məmlük torpaqlarına hücum etməsi səbəbilə Osmanlı-Məmlük münasibətləri yaxşı idi. Ancaq Sultan Mehmedin 1461-ci ildən sonra şərqə yönəlməsi Məmlükləri narahat etdi. Misir sultanı Uzun Həsəni, QaramanoğullarıDulqədiroğullarını himayəsinə almış, Uzun Həsənin xanımı vasitəsilə özünə tabe etdiyi Trabzon imperiyasının 1461-ci ildə fəthindən sonra Osmanlıları təbrik etməmişdi. 1463-cü ildə xristian dünyasına qarşı qəti qalibiyyət qazanan Sultan Mehmed bu münasibətlə Misir sultanına göndərdiyi məktubda özünü, İslamın qoruyucusu hesab edilən Misir sultanı ilə bərabər saydı. Bu isə Misir sultanı Sultan Xoşqədəmi narazı saldı. Qaraman bölgəsində başlayann siyasi hadisələr, 1465-ci ildə Misir sultanının Venesiyaya elçi göndərməsi, Uzun Həsənin Fərat çayı sahilinə ordu ilə yaxınlaşması isə bu iki dövlət arasındakı münasibətləri daha da gərginləşdirmişdi. Nəhayət, Misir sultanı elçisi Nurəddin Kuşeyrini dostanə bir məktubla Sultan Mehmedə göndərdi. Bu elçi Osmanlılar tərəfindən də yaxşı qarşılandı. Ancaq 1467-ci ildə Şahsüvar bəyin Osmanlı himayəsində Dulqədiroğlu taxtına keçməsi və Məmlüklərlə mübarizəyə başlaması Məmlük-Osmanlı münasibətlərini yenidən pisləşdirdi. Sultan Mehmed 1468-ci ildə Anadoluya səfərə çıxmış, bu səfərin Məmlüklər üzərinə olduğu şayələri yayılmışdı. İshaq bəyin ölümündən sonra Qaramanoğlu taxtına tam olaraq sahiblənən Pir Əhməd bəy sülh şərtlərini pozmağa başlamış, hətta sərhəd bölgəsindəki bəzi torpaqları geri istəməyə başlamışdı. Qərb cəbhəsində İskəndər bəy vəfat etmiş (17 yanvar 1468), Sultan Mehmed isə Venesiyamacarlarla ikinci sülh müzakirələrinə başlayaraq onları məşğul etdi. Həmin ilin yazında Afyona gələn Sultan Mehmed Pir Əhməd bəyŞahsüvar bəydən bağlılıq əlaməti olaraq ordugaha gəlmələrini istədi. Ancaq may ayında sultana Pir Əhməd bəyin ordugaha gəlməyəcəyi xəbəri verildi. Nəticədə Osmanlı ordusu Konya şəhərini aldı. Sultan Mehmed, o əsnada Manisada olan oğlu Şahzadə Mustafanı Konyaya çağıraraq onu sancaqbəyi təyin etdi və özü İstanbula qayıtdı.

Sultan Mehmed çəkildikdən sonra, Pir Əhməd bəy Konyaya hücum etmiş, ancaq uğur azana bilməmişdi. 1469-cu ildə Qaramanoğulları Konya düzünün şərq hissəsini yenidən ələ keçirdi. Sultan Mehmed 1470-ci ildə Əyriboğaz səfərində ikən Qaramanoğlu Qasım bəy Ankaraya qədər irəlilədi və buradakı yerli qüvvələri məğlub etdi. Nəhayət, Osmanlı ordusu 1471-ci ildən etibarən bütün Qaraman elini özünə tabe etmək üçün ard-arda səfərlərə çıxdı. Bu səfərlərdən ilki 1471-ci ilin yazında sədrəzəm İshaq Paşa tərəfindən idarə olundu; nəticədə Larəndə və Niğdə ələ keçirildi. Həmin il Gədik Əhməd Paşa sahil bölgəsindəki Alaiyəni təlim aldı. 1472-ci ildə səfər dağlıq bölgələrə yönəldi. Gədik Əhməd Paşa, Pir Əhməd bəyin ailəsini və xəzinəsini gizlətdiyi Mokan hasarını, sahildə Kurku və Gülək qalalarını ələ keçirdi. Bu əsnada qərbdən yaxınlaşan səlib donanması və şərqdən yaxınlaşan Uzun Həsən Qaraman torpaqlarına girdilər. Beləliklə, Qaraman məsələsi dövlətlərarası bir səviyyəyə yüksəldi və Sultan Mehmed səltənətinin ən böhranlı dövrü başlamış oldu.

Uzun Həsən Təbrizdə taxta oturduqdan sonra özünü Anadolu bəylərinin ən böyüyü elan etdi. Sultan Mehmedin imperiyanı böyütməsi və aldığı iqtisadi tədbirlər nəticəsində Ağqoyunlu dövləti təhlükəyə düşmüşdü. Osmanlılar, Ağqoyunlulara məxsus olan Qoyluhisar və Trabzonu ələ keçirmişdi. İpək yolu üzərindəki Tokat şəhərində ipəyə qoyulan ikinci gömrük vergisi isə əsas münaqişə səbəbi oldu. 1471-ci ildə Osmanlılar, Qaramanoğullarına qarşı ciddi tədbirlər gördü və nəticədə bəylikdən qaçanlar Uzun Həsənə sığındılar. Bu səbəblə Rodos cəngavərlərinə, Kipr kralına və Alaiyə bəyinə məktub göndərərək oğlu Zeynal bəy idarəsindəki 30 minlik ordunu Osmanlılar üzərinə göndərəcəyini bildirən Uzun Həsən bu ölkərlərdən Osmanlılara qarşı dəstək istədi. Uzun Həsənin yanında İsfəndiyaroğlu, Gərmiyanoğlu, Dulqədiroğluİnaloğlu bəylərindən qaçan bəylər toplanmışdı. Uzun Həsənin Sultan Mehmeddən ilk istəyi Trabzon, SinopQaramanın azad edilməsi idi. Uzun Həsən əvvəlcə 1472-ci ilin yazında keçmiş Trabzon imperatorunun ailəsindən olan bəyləri Trabzona göndərdi. Ağqoyunlu dəstəyini alan İsfəndiyaroğlu Əhməd bəy və Pir Əhməd bəylə Qasım bəyin Tokata hücum edərək şəhəri darmadağın etməsi nəticəsində Sultan Mehmed bu məsələyə birdəfəlik son qoymaq istədi. Əvvəlcə, Vəli Mahmud Paşa yenidən sədarətə gətirildi. Şahzadə Mustafaya isə Afyon və ya Kütahyaya çəkilərək Anadolu bəylərbəyi Qoca Davud Paşa ilə birlikdə Bursa şəhərini müdafiə etməsi tapşırıldı. Beyşəhər yaxınlığında önü kəsilən Ağqoyunlular ağır məğlubiyyətə uğradı. Uzun Həsənin qardaşı oğlu Yusif Mirzə əsir düşdü, Qaramanoğulları qaçdı. Nəticədə Sultan Mehmed İstanbula qayıdaraq müharibə hazırlığına başladı.

Uzun Həsən Anadolunun və öz imperiyasının gələcəyini müəyyən edən bu müharibə üçün böyük hərbi və siyasi hazırlıq görməkdə idi. 1471-ci ildə 4 elçisi Venesiyaya gedərək Sultan Mehmed və Misir sultanı əleyhində ittifaq qurmaq istədi. İttifaqa görə, Venesiyagəmiləri odlu silahlarla dolu bir neçə gəmini Qaraman sahillərinə gələrək burada Ağqoyunlu qoşunu ilə birləşməli idi. Venesiyanın qurduğu plana görə, Uzun Həsən Anadolunu ələ keçirəcək, zəifləyən Osmanlı Moreya, Midilli, Əyriboğaz və Arqos qalalarını Venesiyaya təhvil verəcəkdi. Venesiya, Napoli, Rodos, Papa dövlətiKipr donanmasından ibarət böyük bir səlib donanması 1472-ci ilin yayından bəri Osmanlıların Aralıq dənizi sahillərinə hücum edirdi. Antalya (avqust 1472) və İzmir (13 sentyabr 1472) qalaları ələ keçirilərək yandırılmışdı. Bu donanma 1473-cü ilin yazında Qaramanoğlu Qasım bəylə ittifaq quraraq Qoriqos, Sıqın və Silifkə qalalarını ələ keçirdi. Ancaq Sultan Mehmed bu donanmanın bölgəyə gəlməsinin əsas səbəbini anlamışdı və bu səbəblə hələ qış aylarından böyük bir axıncı dəstəsini Sivasa göndərmişdi. Beləliklə, Uzun Həsən Qaraman sahili ilə olan əlaqəsini itirdi. Hər şey Fərat çayı sahilində baş tutacaq döyüşün nəticəsindən asılı idi.

Otluqbeli döyüşü
[redaktə | mənbəni redaktə et]

Sultan Mehmed meydan müharibəsi edərək qəti qələbə qazanmaq istəyirdi. Uzun Həsən isə geri çəkilərək Osmanlı ordusunun ərzaq ehtiyatının azalmasını və əsgərlərin yorulmasını gözləmək niyyətində idi. Sultan Mehmedin ordusu təxminən 70–100 min əsgərdən ibarət idi. Tərcan və Ərzincan arasındakı bir düzdə Fəratın digər sahilinə keçən Rumeli qüvvələri Ağqoyunlu ordusu tərəfindən tərtiblənən ani basqınla məhv edildi. Rumeli bəylərbəyi Has Murad Paşa bu basqında həlak oldu. Sultan Mehmed bu məğlubiyyətin ordudakı əsgərlərin mənəvi zəifləməsinə səbəb olmaması üçün tədbirlər gördü. Uzun Həsən, oğullarının da təhriki ilə Otluqbeli adlanan yerdə meydan müharibəsinə girməyi qəbul etdi (11 avqust 1473). Osmanlı ordusunun yalnız 8 günlük ərzaqı qalmışdı. Qoca Davud PaşaMahmud Paşa isə strateji yüksəklikləri ələ keçirmişdi. Sol cinahda Şahzadə Mustafanın idarəsindəki Anadolu birliklərinin uğurlu basqınları və Uzun Həsənin oğlu Zeynal bəyin öldürülməsi döyüşün nəticəsini müəyyənləşdirdi. Sultan Mehmedin idarəsindəki qapıqulu ordusunun döyüşə girməsinə ehtiyac belə qalmamış, Uzun Həsən döyüşdəki bütün ümidlərini itirərək döyüş meydanından qaçmışdı. Döyüşün ardından 4 min türkmən edam edildi və 2 min əsir alındı. Ardından Girəsun bölgəsinə irəliləyən Sultan Mehmed burada Şəbinqarahisar qalasını təslim aldı. Bu əsnada Uzun Həsənin elçisi Əhməd Bəkri sülh təklifi ilə sultanın hüzuruna girdi. Sultan Mehmed bir daha Osmanlı torpaqlarına hücum edilməməsi və Qarahisardan əl çəkilməsi şərtilə sülhü qəbul etdi. Uzun Həsən yenə eyni elçini İstanbula göndərərək bu şərti ikinci dəfə qəbul etdi. Buna baxmayaraq qısa müddət sonra Uzun Həsənin xristian dünyasını Osmanlı əleyhinə təhrik etməsini öyrənən Sultan Mehmed, Teymuri Hüseyn Bayqaraya məktub yazaraq Uzun Həsənə qarşı ittifaq təklif etdi. Sultan Mehmed Uzun Həsənə qarşı o qədər nifrət bəsləmişdi ki, Ağqoyunlularla sülh bağlamağı təklif edən sədrəzəm Mahmud Paşa İstanbula döndükdən dərhal sonra sədarətdən alındı. Uzun Həsənin vəfatından sonra (1478), Sultan Mehmed TrabzonGürcüstan arasındakı bölgəni də zəbt edərək Trabzonun fəthini tamamladı. Otluqbeli qələbəsi nəticəsində, Sultan Mehmed Fərat çayı sahilinədək olan Anadolu torpaqlarında tam idarəni ələ almış, xristianların, xüsusilə də Venesiyanın Osmanlılar üzərində qələbə qazanma ümidlərini aradan qaldırmışdır.

Daha sonra 1472-ci ildən bəri Qaraman elində hakimiyyəti ələ alan Qasım bəyi aradan qaldırmaq üçün 1474-cü ildə Gədik Əhməd Paşa yeni bir səfərə çıxdı. Səfərin sonunda bu bölgə tamamilə zəbt edilmiş, səfərin davamı isə Şahzadə Cemin lələsi Rum Mehmed Paşa tərəfindən idarə olunmuşdur.

Venesiya və Macarıstan krallığı ilə müharibə

[redaktə | mənbəni redaktə et]

Osmanlıların şərq cəbhəsi ilə məşğul olması, xristian dünyasını daim ümidləndirmişdir. Sultan Mehmed 1468 tarixli Qaraman səfəri əsnasında Venesiyamacarları sülh müzakirələri bəhanəsiylə məşğul etsə də, növbəti ilin yayında Venesiya donanması Rumeli sahillərinə gəlmiş, Limni və İmroz adaları ələ keçirilmiş, bir çox şəhər və qala yandırılaraq məhv edilmişdi. Bu əsnada Osmanlı donanması Qara dənizdə idi. Bütün bu hadisələr nəticəsində Sultan Mehmed əks hücuma keçdi və hədəf olaraq Əyriboğaz qalası seçilmişdi. Gəlibolu sancaqbəyi Mahmud Paşa donanma ilə dənizdən hücuma keçmiş, digər yandan ada istiqamətində bir körpü inşa etdirərək adaya əsgər çıxarmış, ard-arda edilən hücumlarla 11 iyul 1470 tarixində qala ələ keçirilmişdi.

Qapıqulu əsgəri ilə birlikdə ordunu Qaramana göndərən Sultan Mehmed, Əyriboğaz qalasının ələ keçirilməsindən sonra yeni bir səlib səfərinin qarşısını almaq üçün 1471-ci ilin iyul ayında Venesiyaya elçi göndərərək sülh təklif etdi. Ancaq Sultan Mehmedin Egey adaları və Moreya yarımadasındakı istəkləri və tələb etdiyi illik xərac miqdarı sülh müzakirələrinin uzanmasına səbəb oldu və nəticədə müzakirələr dayandırıldı (mart 1472). Bir il sonra çıxılan Ağqoyunlu səfəri əsnasında Rumeliİstanbul təhlükəyə düşdü. İshaq Paşa ilə Rumeli mühafizəsi üçün Ədirnəyə göndərilən Şahzadə Cem isə şərq cəbhəsindən gələn məğlubiyyət xəbərləri qarşısında çətin vəziyyətə düşmüşdülər. Dənizdən gələ biləcək hər hansı bir hücuma qarşı şəhərin qala divarları təhkim edildi. Bu əsnada Rumelidə kiçik üsyanlar başlamış, hətta Şahzadə Cemə taxta keçməsi məsləhət görülmüşdür. Bu məsləhəti görən Süleyman bəy və Nasuh bəy Sultan Mehmed İstanbula döndükdən sonra dərhal edam edildilər.

Digər yandan Sultan Mehmed macarlara qarşı müdafiə tədbirləri gördü. Macar kralının hücumları nəticəsində Bosniya torpaqlarını qorumaq üçün Dunay çayı sahilində Böyürdələn qalası inşa edildi. Macarlar sülh təklifi ilə sultana müraciət etsələr də, Ağqoyunlu cəbhəsində davam edən müharibə səbəbilə göndərilən elçilər gözlədildi.

Qələbənin ardından elçi qəbul edildi. Belqrad qalası yaxınlığındakı Havalə qalası ilə Göyərçinlik qalasının tərk edilməsi və ya dağıdılması tələb edilirdi. Ancaq bu təkliflər Sultan Mehmed tərəfindən qəbul edilmədi və Yaytse qalasının Osmanlılara verilməsini istədi. Bu əsnada Mihaloğlu Əli bəyə Macarıstan üzərinə axınlara çıxmasını əmr etdi. Mihaloğlu Əli bəy 1474-cü ilin qışına qədər böyük hücumlar tərtiblədi. Macar kralı isə 14 fevral 1476-cı ildə uzun müddətdir mühasirəyə aldığı Böyürdələn qalasını ələ keçirdi. Sultanın göndərdiyi sülh məramlı elçiləri qəbul etməyən Macar kralı Dunay çayı üzərində 3 hisar inşa etdirdi. Ancaq Boğdan səfərindən dönən Sultan Mehmed bu xəbəri eşitmiş, əsgərin yorğun olmasına baxmayaraq qış ortasında Səməndirəyə gəldi. 1477-ci ildə isə bütün qüvvələr Venesiyaya yönəldi. Venesiya ilə sülh bağlandıqdan sonra (1479) Macarıstana qarşı Osmanlı hücumları yenidən artdı.

Sultan Mehmed 1474–1478-ci illərdə Venesiya torpaqlarına qarşı böyük bir səfərə başladı. Rumeli bəylərbəyi Hadım Süleyman Paşa, Albaniyanın ən güclü qalası olan İşkodranı mühasirəyə almış, ancaq ələ keçirə bilməmişdi (15 iyul-28 avqust 1474). 1475-ci ildə ordunu Kəfəyə göndərən Sultan Mehmed Venesiya ilə yeni bir sülh müzakirələrinə başladı. Ertəsi il isə Boğdan səfərinə çıxdı. 1477-ci ildə Venesiyaya qarşı yenidən hücuma keçdi. Süleyman Paşa bu dəfə də Venesiyaya aid İnəbaxdı qalasına hücum etdi. Dənizdən yardım qüvvələri alan qala bu səbəblə alına bilmədi. Həmin tarixdə Venesiya tərəfindən qorunan Akçahisar qalası Evrenesoğlu Əhməd bəy tərəfindən mühasirəyə alındı. Əhməd bəy qalaya yardım üçün dənizdən gələn bir Venesiya donanmasını qarşılayaraq məğlub etdi. Yenə həmin ilin payızında Bosniya bəyi İsgəndər Paşa idarəsindəki bir ordu Venesiyanın şimali İtaliyadakı torpaqlarına hücum etdi. Osmanlı süvariləri bölgəni darmadağın edib geri çəkildi. Növbəti il bölgəyə yenidən hücum edildi. 1478–1479-cu illərdə Moreyada Venesiyaya aid qalalara hücum edən Turhanoğlu Ömər bəy donanma ilə gələn bir Venesiya ordusunu məğlub etdi. 1478-ci ilin yazında şəxsən padşah Albaniyada Venesiyaya qarşı bir səfərə çıxdı. Birbaşa hərəkət edərək İşkodraya gələn Sultan Mehmed qalanı mühasirəyə aldı. Mühasirə davam edərkən ətrafdakı digər 3 qala ələ keçirildi. Qalanı dənizdən təcrid etmək üçün Boyana çayının hər iki sahilində 2 qala tikdirdi. Qalanın mühasirəsi davam edərkən Sultan Mehmed geri döndü (8 sentyabr 1478). Evrenesoğlunun mühasirəyə aldığı Kruya qalası isə daha tez ələ keçirildi (16 iyun 1478). Həmin ilin əvvəlində İstanbulda başlayan sülh müzakirələri Sultan Mehmedin İşkodra səfərindən sonra yenidən gündəmə gəldi və 25 yanvar 1479-cu ildə 16 illik müharibəyə son qoyan bir sülh bağlandı. Sülhə görə, Venesiya İşkodra, Akçahisar, Limni, Əyriboğaz adaları və Mayna bölgələrini təslim etdi. Qarşılığında isə Osmanlılar Moreya, Albaniya və Dalmatsiya bölgəsində ələ keçirdiyi digər yerləri geri qaytardı. Azad ticarət hüququ ilə yanaşı illik 10 min qızıl xərac ödəməyi qəbul edən Venesiya borclu olduğu 100 minlik xəracı da gələcəkdəki 2 ildə ödəyəcəyini qəbul etdi. Venesiya İstanbula bir səfir (balyos) göndərməyi və bu səfir vasitəsilə burada yaşayan vətəndaşlarının hüquqlarını qorumağa başladı. Bu sülh ilə Sultan Mehmed Rumeli sahillərindəki bəzi qalaları almamaqla birlikdə, Venesiyalıları Albaniyadan, MoreyadanEgey dənizi sahillərindən uzaqlaşdıraraq onları illik xəraca bağlamış oldu.

Ardından Sultan Mehmed Rodos, İtaliya və Roma papasını hədəf aldı. İtaliyada Napoli, Venesiya və Milan arasında davam edən rəqabət və Venesiyanın Osmanlıları Napoli krallığına qarşı təhrik etməsi nəticəsində 1480-ci ilin yazında Sultan Mehmed bir yandan vəzir Məsih Paşa idarəsindəki donanma ilə Rodosa, digər yandan isə Gədik Əhməd Paşa idarəsindəki orduyla cənubi İtaliyaya səfərə başladı. Rodos qalası önlərində 90 gün davam edən uğursuz mühasirədən onra Osmanlı ordusu ağır itkilər verdi və geri çəkildi (mühasirə 23 may 1480-ci ildə başlamışdı). Gədik Əhməd Paşa isə 1479-cu ildə Ayamavra, Kefalinya və Zanta adalarını almış, Napoli krallığının daxil işlərinə qarışmağa başlamışdı. Ardından 132 gəmi və 18 minlik bir orduyla Avlonyadan irəliləyərək (26 iyul 1480) Otrantoya hücum keçdi və qalanı ələ keçirdi (11 avqust 1480). Qalanı təhkim edərək burdan ətraf bölgələrə hücumlara başlayan Osmanlı ordusu növbəti hədəfi Roma seçilmişdi. Papa qorxaraq şəhəri tərk etmişdi. Otranto qalasının xilas edilməsi üçün İtaliyadakı xırda dövlətlər arasında və hətta Macarıstan və Fransada yeni bir səlib ruhu canlanmışdı. Gədik Əhməd Paşa yorğun düşən orduya yeni birliklər toplamaq üçün Rumeliyə gəlmiş, bu sənada Sultan Mehmedin vəfat etdiyini və iki oğlu arasında taxt mübarizəsinin başladığını eşitdi. Ardından Sultan Bəyazidin əmriylə Gədik Əhməd Paşa Otrantoya doğru yola çıxsa da, Otrantodakı Osmanlı qüvvələri birləşən səlib ordusu tərəfindən məhv edilmişdi (10 sentyabr 1481).

Qara dəniz hakimiyyəti

[redaktə | mənbəni redaktə et]

İstanbulun fəthindən sonra 1 iyunda Qalata sahilləri Genuyalılardan təslim alındı və onlara Osmanlı ölkəsində azad ticarət hüququ verildi. İstanbul boğazına sahib olan Sultan Mehmed Qara dənizdə də hakim olmaq istəyirdi. Bu məqsədlə 1454-cü ilin yayında böyük bir donanma Qara dənizə açıldı. Genuyanın Qara dənizdəki müstəmləkələrinin mərkəzi olan Kəfə bölgəsi Krım xanı I Məngli Gərayın müttəfiq ordusuyla sıxışdırılmışdı. Uzun müzakirələrdən sonra Genuyalılar Osmanlı padşahına 3 min və Krım xanına 1200 qızıl xərac verməyi qəbul etdi. Həmin ilin yayında Osmanlı donanması Akkirman qalasına da hücum etmiş, Boğdan çarından xərac istəmişdi. Şimal ticarət yolunun əsas mərkəzi hesab edilən Boğdan çarlığı 5 oktyabr 1455 tarixində Osmanlı himayəsini və illik 2 min qızıl xərac verməyi qəbul etdi. Qarşılıq olaraq Boğdanlılara Osmanlı ölkəsində azad ticarət icazəsi verildi.

Trabzon imperiyası da 1456-cı ildə Osmanlı himayəsini qəbul etdi. Beləliklə, Qara dəniz sahillərindəki bütün dövlətlər Osmanlı hakimiyyətini tanımış oldu. Sultan Mehmed 1479-cu ilədək bütün bu dövlətləri (Boğdan çarlığı istisna olmaqla) fəth etdi. Əvvəlcə 1459-cu ildə Amasranı, 1461-ci ildə Sinop və Trabzon bölgəsini alaraq Qara dənizin Anadolu sahillərini Osmanlı torpaqlarına qatdı. Digər tərəfdən şimal sahillərində yerləşən Kəfə və digər Genuya koloniyaları Osmanlı işğalına qarşı Krım xanı, Manqup bəyi və Boğdan çarlığı ilə ittifaq qurmağa çalışırdı. O illərdə Litva və Lehistana hakim olan Jagiellon ailəsi Qara dəniz sahillərində möhkəmlənmək və Krımla Boğdan çarlığı üzərində güclü nüfuz qurmaq istəyirdi. Bu səbəblə Qara dəniz üzərindəki nüfuz mübarizəsində Jagiellonlar Sultan Mehmed üçün ən mühüm rəqib olmuşdu. Krım xanı da Osmanlıların Kəfədə möhkəmlənməyini istəmirdi. 1469-cu ildə Yaqub bəy idarəsindəki Osmanlı donanmasının Kəfəyə hücumunu, Krım xanı I Məngli Gəray Sultan Mehmedə "qardaşım" xitabıyla yazdığı məktubla etiraz etdi. Bütün bunlara baxmayaraq Sultan Mehmed öz siyasətini davam etdirdi. 1470-ci ildə Kəfənin xəracını daha da artırdı. Bölgədə baş verən siyasi hadisələr isə Sultan Mehmedin Qara dənizin şimal sahillərini ələ keçirməkdə səbəb oldu. Jagiellonların Krım xanlığını ələ keçirmək üçün Qızıl Orduyla ittifaq qurması Krım xanının həm Osmanlılara, həm də Rus knyazlığına yaxınlaşmasına səbəb oldu. Boğdan çarı Böyük Stefan isə Jagiellonlardan asılı hala düşmüş, illərdir Osmanlılara ödədiyi xəracı dayandırmışdı. Çar 1469-cu ildə Boğdana hücum edən Krım qüvvələrini məğlub etmiş, Əminək Mirzə əsir düşmüşdü. 1473-cü ildə Osmanlı ordusunun Uzun Həsənə qarşı səfərə çıxmasından istifadə edən çar Valaxiyaya hücum edərək Osmanlı tabeliyində çar radunu ölkədən qovdu və öz adamını Valaxiya çarı elan etdi. Sultan Mehmed isə onu sülhə dəvət etdi və Rumeli bəylərbəyi Hadım Süleyman Paşa idarəsindəki ordunu bölgəyə göndərdi. Ancaq bu ordu 1475-ci ilin yanvarında məğlub edildi. Sultan Mehmed yazda şəxsən özü Boğdana getmək istəsə də, ağırlaşan xəstəliyi buna mane oldu. Bu əsnada Krımda baş verən hadisələr ordunun istiqamətini dəyişdi. Belə ki, Osmanlı tərəfdarı olan Əminək bəy ölən qardaşının yerinə Krım xanlığının başbəyi olmuşdu. Ancaq Genuyanın artan təzyiqi səbəbilə Məngli Gəray onu bu vəzifədən uzaqlaşdırmış, nəticədə Əminək Krım xanına qarşı üsyan qaldırmışdı. Krım xanı məğlub edildi və qaçıb Genuyalılara sığındı. Əminək bəyin çağırışı ilə Osmanlılarla birləşən Krım ordusu Kəfədəki Genuyalılara qarşı mübarizəyə başladı. Digər yandan Boğdan çarı 300 nəfərlik hərbi dəstə ilə Manqubu işğal etmişdi.

Krım regionunu özünə tabe etməsi üçün lazımi şəraitin yarandığını görən Sultan Mehmed dərhal sədrəzəm Gədik Əhməd Paşanı güclü bir donanma ilə bölgəyə yolladı. 4 günlük mühasirədən sonra Kəfə şəhəri Əhməd Paşaya təslim oldu (6 iyun 1475). Daha sonra Kəfəyə bağlı olan Genuya koloniyalarını ələ keçirən Gədik Əhməd Paşa ardından Azak qalasını ələ keçirdi. alınmazlığı ilə məşhurlaşan Manqup qalası mühasirəyə alındı və bir müddət sonra ələ keçirildi. Trabzon imperatoru və Boğdan bəyinin qohumu olan Manqup bəyi və ailələri Yeddiqüllə zindanlarında uzun müddət həbs edildi və daha sonra padşahın əmriylə edam edildilər. Gədik Əhməd Paşanın Genuyalılar tərəfindən 3 qardaşıyla birlikdə əsir alınan Məngli Gərayı azadlığa buraxması nəticəsində Krım xanı Osmanlılara tabe olması haqda bir sənəd imzaladı.

Krımı özünə tabe edən Sultan Mehmed artıq Qara dənizin şimalında daha sərbəst hərəkət etməyə başladı. 1476-cı ilin iyulunda Boğdana gələn Sultan Mehmed, digər yandan Əminək bəy idarəsindəki Krım qüvvələrini də bura gətirdi. Nəticədə Boğdan ordusunu məğlub edən Osmanlı ordusu mərkəz şəhərləri dağıdaraq yandırdı, ancaq Çar Stefanı ələ keçirə bilmədi. Osmanlı ordusu geri çəkildikdən sonra çar yenidən bölgəyə gələrək hücumlara başladı. O əsnada şərq cəbhəsində Məngli Gəray məğlub olmuş, Qızıl ordu xanı onu təqib edərək Krım bökgəsinə gəlmiş, Kəfə qalası önlərində möhkəmlənmişdi. Krımın işğal olunduğunu öyrənən Əminək bəy yorğun ordusuyla Boğdandan Krıma qayıtdı. İstanbulda gizlənən Məngli Gəray isə Yeddiqüllə zindanlarında həbs edildi və qardaşı Nur Dövlət Gəray yeni Krım xanı oldu. Sulta Mehmed Qızıl Ordu xanı Seyid Əhmədə məktub yazaraq Krım xanlığının və xanının Osmanlı himayəsində olduğunu xatırlatdı. Ancaq daha sonra xanlıq yenidən qarışdı. Əminək bəyin təklifi ilə Məngli Gəray yenidən Krıma göndərildi. 1478-ci ildə Məngli Gəray ikinci dəfə Krım taxtına oturdu. Sultan Mehmed bir il sonra Qara dənizdəki hakimiyyətini tamamlamaq üçün Taman və Çərkəzistan sahillərinə yeni bir donanma göndərdi. Göndərilən donanma bölgəni Osmanlı torpaqlarına birləşdirdi.

Daxili siyasət

[redaktə | mənbəni redaktə et]

Fateh Sultan Mehmedin daxili siyasətindəki əsas məsələlər bir yandan İstanbulun abadlaşdırılması və yüksəlməsi, digər yandan isə səfərlər və fəth olunan bölgələrin qorunması üçün mərkəzləşdirilmiş hərbi sistemin yaradılması idi. Bu iki məsələ xərclərin artmasına və bu səbəblə yeni vergilərin qoyulmasına yol açmış, nəticədə əhali arasında gizli və açıq narazılıqlar yaranmışdı. İstanbulun abadlaşdırılması və yüksəlməsi cəhdləri bir çox problemləri də özüylə birlikdə yaratdı.

Bir imperiya yaratmaq niyyəti olan Fateh Sultan Mehmed, Bizans əsilzadələrindən olan gəncləri Osmanlı sarayına alaraq Osmanlı bürokratı olaraq yetişdirmişdir. Rum Mehmeddən başqa, Paleoloqlardan Has Murad Paşa və qardaşı Məsih Paşa bunlardan ən tanınmışları idi. Bundan başqa Avropaya qaçdıqdan sonra orada yaşaya bilməyən və səfalətə düşən bəzi Bizans əsilzadələri sonralar yenidən İstanbula qayıtdı.

Daxildə gedən əsas canlanma maliyyə sahəsində baş verdi. İstanbulun paytaxt olaraq bərpası və sıxlaşan səfərlər səbəbilə məsrəflər artmışdı. Sultan Mehmed yeni axca çıxarmaq və keçmiş axcaları beşdə bir dəyərində dəyişmək üçün fəaliyyətə başladı. Belə ki, 1451, 1460, 1470, 1475 və 1481-ci illərdə yeni axcalar kəsildi. Tez-tez yeni axcaların kəsilməsi o qədər narazılığa səbəb olmuşdu ki, II Bəyazid taxta çıxanda ona qoyulan ilk şərt bir dəfədən çox olmamaqla yeni axca kəsdirməməsi idi. Bundan başqa Sultan Mehmed duz, sabun və şam kimi gündəlik ehtiyac mallarını ayrı-ayrı şəxslərdə inhisarlaşdırdı. 1458-ci ilin payızında Anadolu sipahilərini döyüş meydanında saxlamaq üçün Anadoludakı əhalidən toplanan verginin miqdarını 22 axcadan 33 axcaya yüksəltdi. Bütün torpaqlar nəzarətə alındı və 20 mindən çox kənd və torpaq sahəsi iqta olaraq sipahilərə paylandı. Nişançı Mehmed Paşanın sədarəti dövründə baş tutan bu torpaq islahatı ölkədə narazılığa səbəb olmuşdu. Bu islahatın əsas məqsədi isə timarlı sipahilərin sayını artırmaq idi. Bir müddət atasıyla münasibətləri pisləşən Şahzadə Bəyazid bu qanunun öz sancaqbəyliyində (Amasya, Tokat və Trabzon) tədbiq edilməsinin qarşısı aldı və bununla da əhalinin rəğbətini qazandı. Digər taxt namizədi olan Şahzadə Cem isə atasının fəth siyasətini davam etdirməyə namizəd sayılırdı və Nişançı Mehmed Paşa tərəfindən dəstəklənirdi. Fateh Sultan Mehmedin xəstəliyinin artdığı son illərdə Şahzadə Bəyazid və Cem arasında taxt üçün başlayan mübarizə ölkədə geniş bir sosial təsir yaratdı. Sultan Bəyazid taxta çıxdıqdan dərhal sonra əmlakı əlindən alınan şəxslərə mülklərini geri qaytardı.

Fateh Sultan Mehmed İstanbul ətrafında Anadolu-Rumeli mərkəzli bir imperiya qurarkən mühüm ticarət tədbirləri də gördü. Osmanlı imperiyasının müxtəlif bölgələri arasında formalaşan ticarətdə italyanların yerinə, türk əsilli müsəlmanlar, yəhudi, yunan və erməni yerli tacirlər gəlmişdi.

Yeni bir imperiyanın həqiqi mənada qurucusu olan Fateh Sultan Mehmed yeni bir səfər üçün Üsküdara keçdikdən sonra Üsküdarla Qəbzə arasında Maltəpə yaxınlığındakı ordugahında 3 may 1481-ci ildə 49 yaşında vəfat etdi. Ölüm səbəbi olaraq nikris xəstəliyi göstərilsə də, zəhərlənərək öldüyü də bəzi mənbələrdə göstərilir. Məzarı öz adına inşa etdirdiyi məsciddəki türbəsinə (Fateh Sultan Mehmed türbəsi) dəfn edilmişdir.

Venesiyalı rəssam Bellini tərəfindən çəkilən portreti

Fateh Sultan Mehmed Osmanlı türkcəsi, latınca və slavyanca olmaqla 3 dil bilirdi. Çağdaşı olan ərəb mənbələrində "üləmaya qarşı yaxınlıq göstərən, onlarla görüşərkən təzim edən, kafirləri dəf etmək yolunda atasından geri qalmayan" olaraq qeyd olunur.

Taxta keçdiyi ilk illər siyasi olaraq çətin bir dövr idi. Bu məqsədlə İstanbulun fəthindən dərhal sonra iqtidarını məhdudlaşdıran Çandarlı Xəlil Paşa ilə bir müddət taxta mübarizəsi apardığı Orxan Çələbini aradan qaldırdı. Çandarlı Xəlil Paşadan sonra sədarətə gətirdiyi sədrəzəmlərdən Nişançı Mehmed paşa istisna olmaqla, hamısı dəvşirmə idi. Bu sədrəəmlərdən Vəli Mahmud PaşaRum Mehmed Paşanı edam etdirmişdir. Beləliklə, dövlət idarəsində olan keçmiş türk ailələrini iqtidardan uzaqlaşdıran Sultan Mehmed padşahın vəkili olaraq sədrəzəmlərinin səlahiyyətlərini artırmışdır. Molla Gürani başqazıların təyinatında sərbəst hərəkət etdikdə isə, onu istehfa etməyə məcbur etmiş, onun səlahiyyətlərini də sədrəzəmə vermişdir. Fateh Sultan Mehmed birbaşa özünə tabe olan qapıqulu ordusunu yenidən təsnifləşdirdi və saylarını artırdı. Nüfuzunu məhdudlaşdıran yeniçəriləri və uc bəylərini özünə tabe etdi. Sultan Mehmed taxta çıxar-çıxmaz hələ südəmər qardaşı Şahzadə Əhmədi boğdurmuş, "Karındaşlarını nizâm-ı âlem için katletmek câizdir" hökmü ilə şahzadələrin dövlətin bölünməsində istifadə olunmasının qarşısını aldı.

İstanbulun fəthindən sonra şəhərdəki 8 kilsəni mədrəsəyə çevirdi (Ayasofya mədrəsəsi başda olamqla). 1470-ci ildə öz məscidinin ətrafında məşhur Sahn-ı səman mədrəsələrini inşa etdirdi. Bundan başqa Sultan Mehmedin 1461-ci ildən bəri öz portretini hazırlaması üçün İtaliyadan rəssam gətirtmək istədiyi bilinir. Nəhayət, məşhur Venesiyalı rəssam Bellinini İstanbula dəvət etdi (onun İstanbulda qaldığı dövr: sentyabr 1479 – yanvar 1481). Bellini bundan başqa yeni sarayın (Topqapı sarayı) divarlarını Rönesans üslublu freskolarla bəzəmişdir.

Oğlan uşaqları

[redaktə | mənbəni redaktə et]

Qız uşaqları

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 Mehmed (Mehmed II. Fatih) // Brockhauz Ensiklopediyası (alm.).
  2. Alderson, 1956, table XXVII.
  3. Tural, Sadık (2001). Türk dünyası edebiyat tarihi. Atatürk Kültür Merkezi Başkanlığı, p. 285.
  • Babinger, Franz (2003). Fatih Sultan Mehmed ve Zamanı. İstanbul: Oğlak Yayınevi. ISBN 975-329-417-4
  • Gazavât-ı Sultân Murâd b. Mehemmed Hân (2 bas.). Ankara: Türk Tarix Qurumu. 1989. ISBN 975-16-0153-3.
  • Gökbilgin, Tayyip (1993). "Osmanlı-Macar Mücadeleleri Esnasına Edirne". Edirne (2 bas.). Ankara: Türk Tarih Kurumu. ISBN 975-16-0562-8.
  • İnalcık, Halil (1995). Fatih Devri Üzerinde Tetkikler ve Vesikalar I. Ankara: Türk Tarih Kurumu. ISBN 975-16-0749-3.
  • İnalcık, Halil (2008). Osmanlı İmparatorluğu Klasik Çağ (1300–1600). İstanbul: Yapı Kredi Yayınları. ISBN 978-975-08-0588-7.
  • Kinross, Lord (1977). The Ottoman Centuries. İstanbul: Sander Kitabevi. ISBN 0-224-01379-8.
  • Nicol, Donald M. (1999). Bizans'ın Son Yüzyılları (1261–1453). İstanbul: Tarih Vakfı Yurt Yayınları. ISBN 975-333-096-0.
  • Ma‘nevî ve Ağriboz Fetihnâmesi (nşr. Ahmet Ateş, Fâtih ve İstanbul içinde), I/3, İstanbul 1953–54, s. 281-299;
  • Fetihnâme-i Kara Boğdan, DTCF Ktp., İsmail Saib Sencer Yazmaları, nr. 305;
  • Ķānūnnāme-i Sulŧānī ber Mūceb-i ǾÖrf-i ǾOŝmānī (nşr. R. Anhegger – Halil İnalcık), Ankara 1956;
  • Kanunnâme-i Âl-i Osmân (nşr. Abdülkadir Özcan), İstanbul 2003;
  • Fâtih Mehmet II Vakfiyeleri (nşr. Vakıflar Umum Müdürlüğü), Ankara 1938;
  • Fatih Devri Kaynaklarından Düsturnâme-i Enverî, Osmanlı Tarihi Kısmı: 1299–1466 (nşr. Necdet Öztürk), İstanbul 2003, s. 48 vd., 97;
  • İbn Tağrîberdî, Ĥavâdiŝü’d-dühûr (nşr. W. Popper), New Haven 1967, I, 298-299;
  • Âşıkpaşazâde, Târih, s. 143 vd.; a.e. (Giese), s. 133;
  • Gazavât-ı Sultân Murâd b. Mehemmed Hân (nşr. Halil İnalcık – Mevlûd Oğuz), Ankara 1978, tür.yer.;
  • Tursun Beg, Târîh-i Ebü’l-Feth: The History of Mehmed the Conqueror (ed. Halil İnalcık – R. Murphey), Minneapolis-Chicago 1978;
  • Ducas, Istoria turco-bizantina (ed. V. Grecu), Bucureşti 1958, tür.yer.;
  • Kritovoulos, History of Mehmed the Conqueror (trc. Charles T. Riggs), Princeton 1954;
  • Sehâvî, Vecîzü’l-kelâm, Köprülü Ktp., nr. 1189, vr. 87a;
  • İdrîs-i Bitlisî, Heşt Bihişt, Nuruosmaniye Ktp., nr. 3209, vr. 360a-362b vd.;
  • Feridun Bey, Münşeât, I, 221-289;
  • İbn Kemal, Tevârîh-i Âl-i Osmân, VII. Defter, tür.yer.;
  • Tâcîbeyzâde Câfer Çelebi, Mahrûse-i İstanbul Fetihnâmesi (TOEM ilâvesi), İstanbul 1331, tür.yer.;
  • Kıvâmî, Fetihnâme-i Sultan Mehmed (nşr. Fr. Babinger), İstanbul 1955;
  • Tevârîh-i Âl-i Osmân (nşr. F. Giese), Breslau 1922, tür.yer.;
  • Bir Yeniçerinin Hatıratı (trc. Kemal Beydilli), İstanbul 2003, tür.yer.;
  • Osmanlı Tarihine Ait Takvimler (nşr. Atsız), İstanbul 1961, tür.yer.;
  • Zinkeisen, Geschichte, II, 149;
  • A. C. Contarini, Travels in Tana and Persia, London 1873, s. 31;
  • T. S. Cantacasin, Petit traicté de l’origine des turcqz (nşr. Ch. Schefer), Paris 1896, s. 72 vd.;
  • E. Pears, The Destruction of the Greek Empire, London 1903;
  • G. Jacob, Der Divan Sultan Mehmeds des Zweiten des Eroberers von Constantinopel, Berlin 1904;
  • G. Angielello, Historia turchesca (nşr. I. Ursu), Bucuresti 1909, tür.yer.;
  • N. Jorga, Geschichte des Osmanischen Reiches, Gotha 1909, II, 22;
  • a.mlf., Histoire des états balkaniques, Paris 1925, tür.yer.;
  • L. von Thallóczy, Studien zur Geschichte. Bosniens und Serbiens, München-Leipzig 1919, tür.yer.;
  • W. Heyd, Histoire du commerce du Levant (trc. F. Raynaud), Leipzig 1936, II, tür.yer.;
  • A. A. Vasiliev, The Gots in the Crimea, Cambridge 1936, s. 244, 252;
  • A. Gegaj, l’Albanie et l’invasion turque au XVe siècle, Paris 1937, tür.yer.;
  • Saffet Sıtkı [Bilmen], Fâtih Divanı, İstanbul 1944;
  • Kemal Edip Ünsel [Kürkçüoğlu], Fâtih’in Şiirleri, Ankara 1946;
  • A. Süheyl Ünver, İstanbul Üniversitesi Tarihine Başlangıç: Fatih, Külliyesi ve Zamanı İlim Hayatı, İstanbul 1946;
  • Chalkokondyles, Ordo Portae (nşr. Şerif Baştav), Budapest 1947;
  • Fr. Babinger, Mehmed der Eroberer und seine Zeit, München 1953;
  • a.e.: Fatih Sultan Mehmed ve Zamanı (trc. Dost Körpe), İstanbul 2003;
  • İsmail Hikmet Ertaylan, Fatih ve Fütûhâtı I: Bizans ve Karadeniz, İstanbul 1953;
  • Selahattin Tansel, Osmanlı Kaynaklarına Göre Fatih Sultan Mehmed’in Siyasî ve Askerî Faaliyeti, Ankara 1953;
  • Halil İnalcık, Fatih Devri Üzerinde Tetkikler ve Vesikalar, Ankara 1954;
  • a.mlf., “Ottoman Galata: 1453-1553”, Première rencontre internationale sur l’empire ottoman et la Turquie moderne (ed. Edhem Eldem), İstanbul-Paris 1991, s. 17-105;
  • a.mlf., “Yeni Vesikalara Göre Kırım Hanlığının Osmanlı Tabiliğine Girmesi ve Ahidname Meselesi”, TTK Belleten, VIII/30 (1944), s. 185-229;
  • a.mlf., “Fatih Sultan Mehmed’in Fermanları”, a.e., XI/44 (1947), s. 693-703;
  • a.mlf., “Mehmed the Conqueror (1432–1481) and his Time”, Speculum, XXXV, Cambridge 1960, s. 408-427;
  • a.mlf., “Mehmed II”, İA, VII, 507-535;
  • a.mlf., “Meĥemmed II”, EI² (İng.), VI, 978-981; S. Runciman, The Fall of Constantinople, London 1955;
  • Ahmed Aymutlu, Fâtih ve Şiirleri, İstanbul 1959, s. 41-63;
  • A. Pertusi, La Caduta di Constantinopoli, I. Le testimonianze dei contemporanei II. L’eco nel mondo, Verona 1976;
  • Feridun Emecen, İstanbul’un Fethi Olayı ve Meseleleri, İstanbul 2003;
  • İskender Pala, Fâtih’in Şiirleri, İstanbul 2003, s. 9-21;
  • Z. Dolfin, “1453 Yılında İstanbul’un Muhasara ve Zabtı” (trc. Samim Sinanoğlu – Suat Sinanoğlu), Fatih ve İstanbul, I/1, İstanbul 1953, s. 19-62;
  • Abdülkadir Karahan, “Şair Avnî: Fâtih”, TDED, VI (1954), 1-38

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
II Mehmed
Doğum: 30 Mart 1432 Vəfat: 3 May 1481
Hakimiyyət titulları
Sələfləri 
II Murad

Osmanlı İmperiyası (دولت عالیه عثمانی) Sultanı

1444–1446
Xələfləri 
II Murad
Sələfləri 
II Murad

Osmanlı İmperiyası (دولت عالیه عثمانی) Sultanı

3 Fevral 1451-3 May 1481
Xələfləri 
II Bəyazid
Haqq iddası titulları
Sələfləri 
Özünü elan etdi

İslam Xəlifəsi (خلافة إسلامية)
Xələfləri 
II Bəyazid
Sələfləri 
XI Konstantin Paleoloq

Şərqi Roma Qeysəri
Xələfləri 
II Bəyazid